Page 3 of 12 · 17%

Biri fasiq, facir, hədsiz zinakar,
Biri əyri-üyrü, xeyli nahəmvar,
Biri danışanda baş-ayaq atar,
Bir neçə it tutdu bixəbər məni,

Adəm idim, əbəs yerə zay oldum,
Vilayət içində mən rüsvay oldum,
Oğrulara, quldurlara tay oldum,
Sanırdı xəlayiq peyğəmbər məni.

Dövlətlidən dövlət, kordan məzərrət,
Harda bihəya var, zatına lənət!
Süxənçin sözilə etdi aqibət
Pəsərimdən cüda bipədər məni.

Dövləti-alidə ağarıb saqqal,
Bir xilafım yoxdu, bu mən, o jurnal;
Bir zaman gördüm ki, yazıbdı filhal
Qüttaüttəriqə bərabər məni.

Yetmişində zurna çalmaq öyrənən
Gərək axirətdə çala....;
Az qalıb həştadı tamam edim mən,
Sən indi yazırsan əhli-şər məni.

Yetmək olmaz hərcayinin sirrinə,
Yalanı yeridir doğru yerinə;
Lənət oxur şərirlərin pirinə
Diyari-qürbətdə kim görər məni.

Hər kimin vilayətdə simü zəri var,
Yüz adam öldürə, həbsdən çıxar;
Yegənsiz[7] danışmaq nə yanə çatar,
Bihörmət eylədi simü zər məni.

[7]- Yegən -- pul mənasındadır.

Dərdbilməzə dərdi-dili açınca,
Ruzigarın cəfasından qaçınca,
Namərd körpüsündən rahət keçincə --
Razıyam apara o sellər məni,

Kişi yoxdu, baxma çula-çuxaya,
Adam gərək dağa-daşa toxuya;
Getmə-getmə -- deyib qoydu yuxuya
Axırda itirdi Yekəpər məni.

Dalınca deyiləm bir şüğlü karın,
Bilmənəm dövrünü leylü nəharın;
Həvəsi-vüsalın, zövqi-didarın
Qoymaz yuxu yatam ta səhər məni.

Rəhi-müsibətdə keçmişəm candan,
Müxənnəsdir qorxan bir qaşıq qandan;
Ehtiyatım yoxdur paşadan, xandan,
Analar doğubdur şiri-nər məni!

Olmuşam Bakıda sakin, fərağət,
Zövqi-təmaşası misali-cənnət;
Ziyadə dərdisər, dəxi nə hacət,
Fəramuş eyləmə, müxtəsər, məni.

Bu məktubda şair öz təbii istiqamət və dəyanətindən söz açıb, hər qisim dərdü bəlalara tab gətirməyini bəyan edir. Əgərçi şairin simü zəri yoxdur ki, onların köməyi ilə özünü safa çıxartsın, vəli o, təbən ğənidir və heç bir vəch ilə özünə qəbul etməz ki, əksilib, dərdbilməzlərə dərdi-dilini söyləsin.

Şair sinəsini ruzigari-cəfakarın oxlarına sipər edib, namərdlərdən yetən köməyə əsla etina etməz:

Namərd körpüsündən rahət keçincə
-Razıyam apara o sellər məni.

Çul və çuxaya bəzənib zahirlərinə zinət və sığal verənlərə kişi demək şayəstə deyil. Həqiqətdə mərd igid o kəsdir ki, özünü dağa-daşa toxuyub haqq yolunda mərdanə dava eləsin.

Şairə ariz olan bəla onu məqmum və pərişan etmir. Şair rahi-müsibətdə candan və başdan keçibdir. Bir qaşıq qandan qorxan, şairin əqidəsincə, adam deyil və paşadan, xandan dəxi onun bakı və ehtiyatı yoxdur.

O adamlar ki, düşmənçilik üzündən onu bəlalara və əziyyətlərə giriftar ediblər, belə güman etməsinlər ki, onu məğlub qılıblar. Xeyr! Bu, böyük səhvdir!

Şair necə ki, ölməyibdir öz ali məqamında durub büxlü həsədlə iştihar bulan dənitəblərə -- ki, əqrəb misal yer üzündə qeyrilərə niş vurmaq üçün sürünürlər, -- yuxarıdan aşağa həqarət nəzərilə baxır. O dənitəblər şairin müqabilində qorxaq tülkü və çaqqal misalında bir məxluqdurlar, şair isə xövfü hərasdan uzaq və kənar «şiri-nər» kimi bir vücuddur:

Ehtiyacım yoxdur paşadan, xandan,
Analar doğubdur şiri-nər məni!

Ancaq şairi məhzunü məlul edən dusti-həqiqisinin, yəni mərhum Mirzə Fətəlinin fəraqıdır ki, ona dair yazmışdır:

Həvəsi-vüsalın, zövqi-didarın
Qoymaz yuxu yatam ta səhər məni.

Dusti-cani və rəfiqi-mehribanı olan Mirzəyə göndərdiyi namələrə bir müddət cavab almayıb və uşaqlarının Sibiryaya getməyindən dilgir və məyus olub, atidə zikr olunan naməni ona göndərir:

Gözüm yolda qaldı, könül intizar,
Gəlmədi cavabi-namələr səndən.
Bir aydan artıqdır gedib uşaqlar,
Yetişmədi bizə bir xəbər səndən.

Aşina, müsahib, yarü həmsayə
Lazımdır yetişə qövrə, hərayə;
Kitabətin dəyər mali-dünyayə,
Nə hacət istəmək simü zər səndən?

Tək yaradıb səni vahidü yekta,
Əxlaqına, ətvarına mərhəba!
Neyləmisən Molla Səfi, Bəybaba
--Məmnundu, əzizim, bu qədər səndən?

O vilanın yoxdu bu yer tək pisi,
Təqəllübü, hərzəkarı, xəbisi;
Yaxşı gördüm tamam əhli-Tiflisi,
Razıyam nəhayət biştər səndən.

Olan dəmdə mənə mənzil Şadno,
Hər tərəfə eylər idim təküdo;
İvana bəy, Kolyubakin, İliko[8]
Çalışırdı, əlhəq, bərabər səndən.

[8]-İvana bəy, Kolyubakin, İliko -- Qasım bəyin tanışlarıgürcü nücəbası imiş ki, onun özünün və övladının təmizə çıxması və xilası yolunda səyü təlaş edirlərmiş.

Həsən bəyə[9] söylə əmri-məlumi,
Qəziyyə məlumdur deyəndə Rumi,
Sərəfraz eylərsən yüz bəxtişumi,
Zahir olsa əgər bu hünər səndən.

[9]- Həsən bəy--məşhur general Həsən bəy Ağalarovdur ki, o da Zakirin qurtarmağı üçün çox çalışmışdır.

Tutub damənini sən tək əmirin,
Təvəqqein eylər iki əsirin[10],
Qarabağ mülkündə bir mərdi-pirin
Təmənnası budur, taci-sər, səndən!

[10]-Bu iki əsirdən birisi Zakirin oğlu Nəcəfqulu bəy və o birisi bəradərzadəsi İskəndər bəydir.

Qoyma ki, qürbətdə gedələr zayə,
Sayə salmaq təqazadır hümayə;
Laçın balasıdı gəmiş sonayə,
Seyd etmək olardan, balü pər səndən.

Salıbdır bəlayə dənəbgan ali[11],
Dağılıb əmlaki, dövlətü mali;
Sakit eyləməyə bu qilü qali
--İstər o xoştəbü suxənvər səndən.

[11]-«Dənəbgan ali» kəlməsini lazımdır «bəndəgan ali»» məzmununda anlamaq. Bu sayaq Cəfərqulu xan öz nökərlərin və müqərriblərin öyrətmişdi ki, sözləri tərsinə söyləsinlər, tainki lazım olan məqamda hüzzar onların danışmaqlarını anlamasınlar.

Tutuşub mənimlə çərxi-bədəfal,
Yerə girsin görüm ha belə iqbal!
Bizim üstümüzdə, ey nikuxisal,
Eşitdim incinib Yekəpər[12] səndən.

[12]- Yekəpər--necə ki, saabiqdə zikr olundu,--Cəfərqulu xana işarədir.

Baş verən zamanda bu əmri-əbəs,
Gərək ona sən deyəydin: «Ey tərəs,
Sən bir ağacsan ki, ömründə heç kəs
Nə sayə görübdür, nə səmər səndən».

Çoxların qılıbsan çörəyə möhtac,
Axtarır, tapılmaz dərdinə əlac
Fironu Hamanü Zöhhakü Həccac
Ola bilməz ola sitəmgər səndən.

Bidətin yandırıb qövmü əshabi,
Müşküldü gətirmək bu zülmə tabi,
Düşüb Cəbrəilli, Maralyan, Babi,
Horadiz, Qoyucaq dərbədər səndən.

Zülmü sitəminlə aləm dolubdur,
Əhli-beytin rəngi-ruyi solubdur,
Neçə rövşən xanimanlar olubdur
--Şəbi-yelda kimi tirətər səndən.

Böyük oğlun gəzər payi-piyadə,
Şol biri də tələf oldu aradə;
Xah kodxuda, xah büzürgzadə,
O kimdi çəkməyə yüz həzər səndən?

Sikkə olmaz evladının cibində,
Rizqləri yırtıq çuval dibində;
Can verdi madərin özgə evində,
Nə düxtər yarıyıb, nə pəsər səndən.

Өmri-təvilinə budur ki, dəlil,
İstəməz üzünü görə Əzrail;
Bundan sonra hələ yaşarsan yüz il,
Vəchi budur, əcəl yan gəzər səndən.

Üləmayə dersən föhşü latayil,
Təriqi-islamə deyilsən qail;
Bu hal ilə yenə çox əqli zail
--Gəlib eşiyinə zad istər səndən....

Təsəllütün yetsə şeyxülislamə,
Anı bizdən betər salırsan damə;
Əbəs yerə düşmə xəyali-xamə,
Nifrət eylər, billah, kim görər, səndən.

Mən səni tanırdım, işlərin qandır,
Yüz deyələr, elə haman-hamandır,
Elə bilsin padişahi-zamandır--
Hər kim iraq olur, müxtəsər, səndən,

Təğəllübdə, təfənnündə ustadsan,
Doğru sözün yoxdu, kizbə mötadsan;
Qatili-imamsan, İbni-Ziyadsan,
Lazımdır eyləmək əlhəzər səndən.

Vəsfi-sifatından danışdım xeyli,
Eşitsin hər kimin var isə meyli;
Elə yalqız Zakir deyil gileyli,
Azürdədir aləm sərasər səndən.

Əgərçi sabiqdə şairin Cəfərqulu xan ilə ülfət və mürafiqəti var imiş və yek-digərinə bir neçə zərifanə məktubat yazıblar ki, onların barəsində aşağıda filcümlə məlumat veriləcəkdir, vəli sonradan səbəb nə olubsa bunların mabeynində soyuqluq bəhmə gəlibdir və yuxarıda zikr olunan kəlamdan məlum olunur ki, Cəfərqulu xan Zakirin haqqında böyük pislik və bədguluq edibdir və hətta Mirzə Fətəli Axundov Zakirin xilasına və safa çıxmağına divan hüzurunda çalışdığı zamanda xani-məzkur ona mümaniət göstərib və bir növ Mirzeyi-mərhumdan rəncidə olubdur. Necə ki, bu hala şairin öz sözləri şəhadət verir:

Tutuşub mənimlə çərxi-bədəfal,
Yerə girsin görüm ha belə iqbal
Bizim üstümüzdə, ey nikuxisal,
Eşitdim incinib Yekəpər səndən.

Qasım bəyə üz verən qəzada və pürxəta əmrdə köməkçi olanların birisi də qutqaşınlı Nəsrulla Sultanın xələfi-ərcüməndi general İsmayıl bəy imiş. Şairin ona yazdığı bir neçə məktubati-mənzuməsindən məlum olunur ki, ona artıq bəndəçiliyi və ixlası var imiş.

Zakir öz əhli-vilayətindən şikayət edib, onların bihimmətü birəhm və bir-birinə yağı olmaqlarını zikr qılıb, İsxmayıl bəyi «Qutqaşın tərlanı» və «Şəki şahbazı» əlqabı ilə sifətləndirir və ondan bu sayaq kömək və mədəd diləyir:

Bu əhldən mehribanlıq görmədim,
Məgər bizə ola o yandan mədəd.
Qutqaşın tərlanı, Şəki şahbazı,
Sakini-biladi-Şirvandan mədəd.

Qarabağ əşxası yeksər yağıdır,
Əvvəldən axıra zülm ortağıdır;
Bir gecədə canavarlar dağıdır,
Olmasa kəlləyə çobandan mədəd.

Nücəbalər qədrin bilir nücəba,
Əxlaqına, ətvarına mərhəba!
Daş-daş üstə durmaz aləmdə əsla,
Dəyməsə insana insandan mədəd.

Qəzayi-möhnətdə qalmışam möhtac,
Uşaqlarım olub vətəndən ixrac;
Təbibi-haziqsən, eylə bir əlac,
Yoxdur mənə özgə dərmandan mədəd.

Yığılsa bir yerə yüz alinəsəb,
Danışığın mənat, sözün müntəxəb;
Aləm bilir bivasitə, bisəbəb
Müşküldür arizə divandan mədəd.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Molla Məhəmməd Bağdadi "Füzuli" təxəllüs

Molla Məhəmməd Bağdadi türk şairlərinin babası hesab olunur. Ona binaən, Azərbaycan şüəra və üdəbasından bəhs edib də, onların sərvəri və pişrəvi məqamında olan Füzulinin ismi-şəriflərini zikr etməmək bir növ haqqı və əməyi itirmək kimidir. Bir halda ki, ol fəsahət və bəlağət kanının təsiri bu əsrdəki şüəramızın asar və əşarında dəxi müşahidə olunmaqdadır.Məşhur qövlə görə, Molla Məhəmməd ibn Süleyman Kərbəlada və Bağdadın həvalisində Hillə adlı balaca bir qəsəbədə, Sultan Süleymanın əsrində--hicrətin 900-cü tarixində təvəllüd etmişdir. Bəzi rəvayətə görə, yetmiş sənəyə qədər ömür edibdir. Tarixi-vəfatı dürüst məlum deyil isə də, ömrünün müsinn çağında dari-bəqaya rehlət eləməyi öz kəlamından dəxi anlaşılır. Necə ki, deyibdir:

192521 min
Molla Pənah "Vaqif" təxəllüsləri

Azərbaycan türklərinin məşhur və müqtədir şairi Molla Pənah hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi adlanmağa onun haqqı vardır. Molla Pənah öz zamanında bir çox ülum və fünuna vaqif olduğu üçün özünə "Vaqif" təxəllüs ittixaz etmişdir.Müasirləri onun dərin elmini və mollalığını müşahidə edib haqqında demişdir: "Hər oxuyan Molla Pənah olmaz!" və bu istilah indi də Zaqafqaz türkləri arasında bir məsəli-məşhurdur. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şer və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş ediblərsədə, onun kimi mühəssənatlı, gözəl və açıq kəlam söyləməkdə aciz qalıblar.

192548 min
Şeyx Əbuməhəmməd İlyas İbn Yusif İbn Müəyyəd Nizami

Şeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur."Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur:

192510 min
Şirvan və Şamaxı

Şeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur."Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur:

192510 min

Poems by other poets