Getdim, məni apardı dərd
Getdim, məni apardı dərdZaman atında apardı.Doğrusunda,yalanındaZarafatında apardı.
Təkcə ilanmı soyulan?Hər günü mənəm oyulan.Adım adına qoyulanMəni adında apardı.
Yazdığım yazı dilində,Nöqtəsində, vergülündə,Açılan qönçə gülündəQuş qanadında apardı.
Ömür əsən yeldi, getdi.Çaydı daşdı, seldi getdi .Məni sevən öldü getdi.Məni yadında apardı.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-ismayil-getdim-meni-apardi-derd
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Dağlar
Salırsan baş çəkib ovc səmayə,Nəzər hiqarət cahanə, dağlar,
EylərEy tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər
StudentStudentik, mey içib məst olarıq,Hər gecə bir qıza pabəst olarıq,
Eşqə könül verməyən cananı qıymaz banaEşqə könül verməyən cananı qıymaz bana,Bəlləgini tərk edüp, qal ilə gəlməz bana.