Meşə çığırları dönüb bir çaya,Torpaq yağışlardan bəhrələnibdir,Necə gözəl olub təbiət, Allah-Quru kötüklər də pöhrələnibdir!Gəzmək istəyirəm dünyanı yazdaHardasa, hardasa məni duyan var,Hələ yaşamağa dəyər bir az da.

Təkliyi keçmişə ötürməliydim,Ömrümə bir yoldaş götürməliydim.Bacım arzudaydı,anam murazdaHardasa, hardasa məni sevən var,Hələ yaşamağa dəyər bir az da.

Yollar eniş-yoxuş,bələn-bələndi.Yollarmin ildir ki, gedib gələndi.Təzəydi,köhnəydi,nəydi, bilmədim,Talada çığırlar qafiyələndi...Dünən Bethovini çaldılar sazda,Hardasa, hardasa bizi duyan var,Hələ yaşamağa dəyər bir az da.

Mənim bir gecikmiş məhəbbətim var,Dönüb nağıllaşan həqiqətim var.Səni səsləyirəm, ay ev yiyəsi,Səsimə səs versin o tayda kim var.Dodaglarda donan bir busə kimiHarda görünüb ki, sönə arzular.Qıvrıla-qıvrıla bir gürzə kimiƏsrin ovsununa yatıb Araz da.Dünyanın işini nə bilmək olarHələ yaşamağa dəyər bir az da,Hələ yaşamağa dəyər bir az da.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets