1930-cu il üçün iş planı
Plansız yaramır bizim Şura quruluşumuzda iş görmək. Çalışmaq istəyənlərin hamısı bu qanuna tabe olmalıdır. Hər işi plansız başlayanda görürsən ki, axırda içindən qənbərqulu çıxır, iş baş-ayaq qalır.
Başqaları birdən-birə beşillik plan tərtib verib, təsdiq eləyib, sonra parça-parça, hissə-hissə o plandakı işi həyata keçirirlər. Ancaq bu qaydanı “Molla Nəsrəddin” məcmuəsində işlətmək mümkün olmur. “Molla Nəsrəddin”in iş planı ancaq birillik ola bilər.
Səbəbini soruşursunuz?
Səbəbi odur ki, “Molla Nəsrəddin”in ümumi iş planı hamıya məlumdur. O plan hələ 25 il bundan qabaq tərtib verilibdir və bu günə kimi də, hətta bir çox illər də bundan sonra, o planın üstündə çalışıb vuruşacaqdır.
O zamanlar iş planı tərtib vermək çox az yerlərdə adət idi. Lakin 25 il bundan qabaq “Molla Nəsrəddin” deyib ki, din, məzhəb, şəriət, etiqad, iman, cənnət, cəhənnəm, müctəhid, molla, keşiş, xaxam, mürid və habelə bütün bu qism sözlər gərək insanlar arasından götürülüb lüğətlərdən, kitablardan, yazılardan tamamilə silinib tullansınlar! Məscidlər, kəlisalar, sinaqoqlar, təkyələr, ibadətgahlar, pirlər, ziyarətgahlar, məhfillər, əza yerləri tamamilə sökülüb, dağılıb, maarif və mədəniyyət evlərinə döndərilsinlər.
25 il bundan qabaq “Molla Nəsrəddin” deyib ki, mülkədarlar, bəy və xanlar, məlik və əyanlar, bütün dövlətli və varlılar kəndli və zəhmətkeşlərin zəhmətlərindən istifadə edib, onların qanlarını soranlar və zülümkarlardırlar, onlar cəzalara məhkum edilməlidirlər!
Bu və buna oxşar bir çox fikir və arzular “Molla Nəsrəddin”in 25 il bundan qabaqkı tərtib verdiyi planın əsas maddələrindəndir ki, hələ bu günə kimi bu yolda çalışır və çalışacaqdır.
O ki qaldı 1930-cu il planı, bu il də “Molla Nəsrəddin”in müəyyən və ən aydın bir proqramı vardır; o proqram bundan ibarətdir:
Bakının işçi dairələrində, məsələn, Balaxanı, Suraxanı, Zabrat, Bibiheybət, Bayıl, Zavağzal, Fabrika, Şubanı, Binəqədi, Xorazan, Xırdalan, Biləcəri və başqa bu kimi yerlərdə... – o yerlərdə ki, türk işçiləri, xüsusən iranlı yoldaşlarımız başdan-başa ciblərində həmkarlar ittifaqlarının üzvlük kitabçalarını və haqq-hesab dəftərçələrini saxlayırlar və bir paralarının da ciblərində Azərbaycan Kommunist (bolşeviklər) Firqəsinin üzvlük kitabçası vardır və özləri də firqə özəklərinə gedirlər, allahsızlar ittifaqında və başqa ictimai təşkilatlarda ciddiyyətlə iştirak edirlər... – həmin dairədəki bütün məscidlər, təkyələr, əzadarlıq evləri, pirlər və Molla Qurbanın otağı gərək 1930- cu ildə başdan-başa bağlansınlar! O yerlərdə klub, ümumi yaşayış evləri, məktəb, qiraətxana, kitabxana və daha bu kimi maarif və mədəniyyət guşələri açılmalıdır.
“Molla Nəsrəddin” çalışacaq ki, o dairələrin gözüaçıq və düşüncəli işçiləri hamı bir yerdə söz qoyub aralarındakı molla, mərsiyəxan, fala baxan, rəml atan, dua yazan, cəddinin payını yığmaq üçün Ərdəbildən buraya gələnlərin hamısını aralarından, fəhlə dairələrindən çıxarıb qovlasınlar.
“Molla Nəsrəddin” çalışacaq ki, 1930-cu ildə 15-20 illik stajı olan həqiqi zəhmətkeşlər öz haqlarını tanısınlar, sinfi düşmənlərini dostlarından ayıra bilsinlər.
“Molla Nəsrəddin” çalışacaq ki, təşkilatlaşmış işçilər öz aralarında apardıqları işləri sonra da mütəşəkkil olmayan şəhər əhalisinə, kəndlilərə də təbliğ etsinlər; onlar üçun nümunə olsunlar, onlara yol göstərsinlər, gözlərini açsınlar.
“Molla Nəsrəddin”in builki iş planıdır ki, bu yol ilə çalışacaq və bütün proletar sinfini də özünə köməyə çağırır.
Əlbəttə, “Molla Nəsrəddin” inanır ki, Bakının siyasi və ictimai təşkilatları, xüsusən allahsızlar ittifaqı, bu böyük işdə ona birinci yardımçı olacaqdır.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 19 dekabr 1929, № 51
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-1930-cu-il-ucun-is-plani
Use ← → keys to move, R for a random poem
More by this author
Yox, əzizim, qanlı faciə bu deyil ki, Daşkənd civarında Gödək qəryəsi əhalisindən 60 yaşlı Canbəy Muradovun 14 yaşında övrəti cavan nökəri ilə qoşulub qaçır və Muradovun bir nəfər qohumu başına 15 nəfər türkmən yığır, gedir qızı və oğlanı tutur, tikə-tikə doğrayır.Xeyr, qanlı faciə bu deyil.
Təzə xəbərQardaşlar bu gün bir təzə xəbər eşitmişəm, doluşun başıma, nağıl eləyim.Bu xəbəri “Tərcüman” qəzetində oxudum. Əhvalat budur ki, baronessa Rozen adında bir nemes xanımı “Tərcüman” qəzetinin sahibinə bir belə məktub yazıb: “Cənab mühərrir, mən otuz yaşında bir övrətəm, özüm də oxumuş və dövlətli. Fikrim budur ki, bir müsəlmana ərə gedəm və islamı da qəbul edəm. Ancaq bir məsələ qabağımı kəsir: əgər mən müsəlman olandan sonra başıma çarşov salıb üzümü örtsəm, gərək dünyadan əl çəkəm və mülk-məaşımı atam ərimin üstünə. Bu da mənim üçün böyük zülmdür; çünki otuz il açıq və azad yaşayan bir şəxin başına çarşov salıb dama qatmaq – onu öldürmək kimi bir şeydir.
MollaBir gün yolum düşdü Malıbəyli kəndinə. Kəndi gəzdim və elə şeylər gördüm ki, qeyri müsəlman kəndində onları görmək olmaz.Əvvəla, burada bir məktəb var, bu məktəbdə çox oğlan uşağı oxuyur. Uşaqların ataları ilə danışıb gördüm ki, hər bir kəs ki, oğlunu oxumağa qoyub, çox razıdır ki, onun övladı elm oxuyur. Bu da görsənməyən bir işdir, çünki özgə müsəlman kəndlərində çox adamlar uşaqlarını məhz o səbəbə məktəbə göndərirlər ki, evdə bikar qalıb anasından çörək istəməsin.
Bibiheybət ziyarətgahıBakının qiblə ilə günbatan tərəfində təxminən, 7 verstlikdə Bibiheybət kəndində İmam Muzeyi-Kazimin qızı və İmam Rza əleyhüssəlamın bacısı Hökümə xatun əleyhüssəlamın mübarək qəbri mövcuddur. Bu qəbri-mübarək Bakı qoçularının və oğlan uşaqları ilə haman Bibiheybət ziyarətgahına eşqbazlığa səfər edən islam lotularının ziyarətgahıdır; necə ki tarzənlər və xanəndələr həmişə çalıb oxuyurlar:Getdim Bibheybətə, bişirdim aşı,
Poems by other poets
İstərəm qəmli və tufanlı gecə yolçularaBir fanus tək, ya da qütb ulduzu tək rəhbər olam.
MəsləhətMəşədi Sijimquluya cavab**Sijimqulu, eyləmisən məsləhət,
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.