Page 3 of 3 · 67%

-Senzor, polis məmuru və fərraşlar çıxıb gedirlər.*

R ü s t ə m b ə y, M i r z ə M ə h ə m m ə d ə l i v ə S ə m ə d V a h i d (birdən). Xoş gəldiniz.

-Qardaşlar başlayırlar kitablarını yığışdırmağa. Rüstəm bəy kitablarını şkafa düzdüyü yerdə birdən üzünü çöndərir qardaşlarına və qah-qah çəkib başlayır gülməyə. Mirzə Məhəmmədəli və Səməd Vahid təəccüblü baxırlar Rüstəm bəyə. Bir dəfə də uğunub cüləndən sonra Rüstəm bəy qardaşlarına deyir:*

R ü s t ə m b ə y. Hələ indiyə kimi xalq bir şeyi başa düşmürdü. İndiyə kimi xalq deyirdi: mərhəba-Əbdüləzimin oğlanlarına! Maşallah, biri Peterburqda elm təhsil edib, biri İstambulda, biri Nəcəfül-əşrəfdə. Üçü də, maşallah, oxuyub alim olub. Amma bundan sonra ağızlarda söylənəcək ki, haman üç alimlərin biri (Mirzə Məhəmmədəliyə işarə edir) xüsüf-küsuf duası yazır; biri (Səməd Vahidə baxır) məfailün fəilatün; biri də … (özünə baxır), vallah, mən özüm də heç başa düşmürəm ki, mən nəçiyəm. Qah-qah-qah! (Qah-qah çəkir).

M i r z ə M ə h ə m m ə d ə l i (Rüstəm bəyə). Cənab Rüstəm bəy! Əksər üləma və füzəladan mütəvatir rəvayətdir ki, "əl-qəhqəhətü minəşşeytan"--yəni bilirsən bunun mənası nədir? (Bir az dayanır). Bilmirsən təfsir edim. Bunun mənası budur ki, qah-qah çəkib gülmək şeytan sənətidir (məşğul olur kitablarını yığışdırmağa).

R ü s t ə m b ə y (çığırır). Biədəb!

M i r z ə M ə h ə m m ə d ə l i (çığırır). Biədəb özünsən!

R ü s t ə m b ə y (çığırır). Sənsən!

M i r z ə M ə h ə m m ə d ə l i (çığırır). Sənsən.

S ə m ə d V a h i d (çığırır). Bəradərlərim, nə qovğa?

-Zəhrabəyim girir içəri və qoltuğundan bayazını çıxarıb tutur gah Rüstəm bəyin qabağına, gah Mirzə Məhəmmədəlinin qabağına. Bunlar da Zəhra bəyimi itələyib deyirlər: "Sən də cəhənnəm ol başımızdan!" İkisi də övrətin kitabını tullayırlar, vərəqləri dağılır. Gülbahar və Qənbər, çobanlar ilə tökülürlər içəri. Mirzə Məhəmmədəli "sənsən!" deyə-deyə çıxıb gedir. Səməd Vahid "nə qovğadır!" deyə-deyə çıxıb gedir. Zivər xanım gəlib yapışır Rüstəm bəyin qolundan, çəkib aparır. Zəhra bəyim yıxılıb bihuş olur. Gülbahar özünü salır arvadın yanına. Qənbər də yavuq gəlib, məəttəl qalır.*

-P ə r d ə s a l ı n ı r.*

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets