Bir az da özümüzdən
“Yeni fikir” yoldaş!
Keçənlərdə barəmizdə, yəni “Molla Nəsrəddin” haqqında bir tənqid yazmışdınız.
Sözün doğrusu, bu tənqid deyildi. Bəlkə barəmizdə bir tərifnamə idi.
Hətta bilmək istəsəniz məcmuəmizin satışına da xeyli təfəvüt etdi. Belə ki, məcmuəmizin satışı bir-iki yüz də artdı.
O zamandan hey fürsət axtarırdıq ki, biz də sizə bir yaxşılıq edib, xəcalətinizdən çıxaq.
İndi əlimizə belə fürsət keçdiyi üçün bu xəcalətdən çıxmaq istəyirik. Ancaq dərd burasındadır ki, bizim tərifimiz tərsinə olacaq. Nə edəsən ki, bizimki əvvəldən belə gətiribdir. Ağzımızı xeyirliyə aça bilmirik.
Düz ilə işimiz yoxdur.
Yaxşılığınıza yamanlıqla cavab verəcəyik.
Yenə deyirik ki, bizim bu yamanlığımız məcmuəmizin təbiətindəndir. Yəni :
Hişi – əğrəb nə əz rəhi-kin əst,
Müğtəzayi-təbiətəş in əst.
Nə isə, mətləbə keçək.
Əsl məsələyə keçmədən əvvəl oxucularımıza köhnə Molla Nəsrəddinin bir lətifəsini xatırlatmaq istəyirik:
Molla bir gün arvadına deyir ki, evdə pendir varsa, ver bir az yeyək. Mədəyə xeyri vardır.
Arvad yox cavabını verdikdə Molla da deyir ki, yaxşıdır ki, yoxdur. Dişə çox zərəri var.
Arvad soruşur ki;
– A kişi, o dediyinə inanaq, ya sonra dediyinə?
Molla cavab verir ki;
– Varsa, əvvəl dediyimə. Yoxsa, sonra dediyimə.
İndi bizim “Yeni fikir” yoldaşımızın işi Mollanı da keçibdir. Biz də lap məəttəl qalmışıq ki, yoldaşımızın hankı dediyinə inanaq. Çünki Mollanın arvadının şəkki bir ilə iki arasında idi. Bizim şəkkimiz isə üç ilə dörd və bəlkə dörd ilə beş arasındadır.
Bir-bir sayaq:
- Ə.Şərif məqalə yazır:
“Yeni fikir” çap edir.
- Ə.Qərib yazır ki, Ə. Şərif tartan-partan yazır.
“Yeni fikir” çap edir.
Ə.Şərif də, Ə. Qərib yazır ki, tartan-partan sənin yazdıqlarındır. “Yeni fikir” yenə çap edir.
Gənc də yazır ki, Ə. Şərif də, Ə. Qərib də həcvguluq edirlər (yəni ikisi də tartan-partan yazır ). ”Yeni fikir” bunu da çap edir. bunların hamısını deyən “Yeni fikir” yoldaşımızdır.
İndi biz Mollanın arvadı kimi “Misala münaqişə yoxdur” məəttəl qalmışıq ki, hankıya inanaq?
Tartan-partan yazan:
Ə.Şərifmidir?
Ə.Qəribmidir?
Yaniki hər ikisimidir?
Bəs onda gənc haqsızmıdır?
“Yeni fikir” yoldaşımızın əvəzinə yenə özümüz cavab verərik. Biz olsaydıq əvvəldən ya tartan-partan yazana meydan buraxmazdıq. tartan-partana heç olmazsa gənc yoldaşdan əvvəl, bundan belə tartan-partan yazmağı idarə adından tövsiyə edərdik.
Oxucularımız qoy bizim biri-birimizlə bu səmimi qonuşmamızdan sıxılmasınlar. Həmişə siz oxucularımızdan yazırıq. Ara bir özümüzdən də yazanda qiyamətmi qopar?
“Yazıçı”
“Molla Nəsrəddin”, fevral 1926, № 7
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-bir-az-da-ozumuzden
Use ← → keys to move, R for a random poem
More by this author
Allahü əkbər, Allahü əkbər! Məni bir başa salan yoxdur ki, təzə hökumətimizin xariciyyə vəziri Milyukov axır nə deyir. – Deyir ki, gərək İstambuldan türkləri yerli-dibli qovaq. Dardanel boğazını tutub onlardan alaq!..Allahü əkbər, sübhanallah!
Zənciri-müqəddəsAprelin 15-də Bakıda əmələ gələn yığıncağın Molla əmiyə iki mənfəəti oldu: biri budur ki, təzə bir “qurultay” sözü qazandıq. Hərçənd qabaqca bir az ülkən kimi oldum, amma tez vaxtda adət elədim. İndi bu saat elə bilirəm, elə atam-anamdan öyrəndiyim sözdür.Doğrudur, çox yerdə müsəlman qardaşlar bir çox başlar sındırdılar, bir çox lüğət kitabına baxdılar ki, qurultayın vətənini öyrənsinlər. Amma nə fars, nə ərəb kitablarında bir işarə tapa bilmədilər və tapa bilməzdilər də; çünki “qurultay” sözü tək bircə Dağıstan tərəfində [.. . ] qardaşlarımızın cığataylı əmi oğullarının arasında Nadir şah əsrində işlənən söz.
BayramlarDünən getmişdim poçtxanaya atama pul göndərəm, Poçtun qapıları bağlı idi. Soruşdum:– Nə səbəbə?
Müsəlmanlar silahlanırMöhtərəm oxucularımıza məlumdur ki, bu axır vaxtlar bizim əziz və mehriban erməni qonşularımız dünya və aləmə çığır-bağır salıblar ki, ay aman, qoymayın müsəlmanlar silahlanırlar ki, bu gün, sabah osmanlılar Qafqaza hücum edəndə bunlar da onlara qarışıb birdən tökülsünlər və xaçpərəstləri qırıb qurtarsınlar.Bu söhbətlərin nəticəsi o oldu ki, Qarsda, Tiflisdə və bir para qeyri yerlərdə soldatlar, doğrudan da, müsəlmanlardan bədgüman olub başladılar fəqir-füqəraya əziyyət eləməyə.
Poems by other poets
Ta müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
CananımınFələk rəğminə bir nəzərGörsəm üzün cananımın,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,