Mənim bir xərəngə yoldaşım bu gün üç dəfə göz elədi.

Birinci dəfə vağzaldan bir tanışımız gəlirdi.

Soruşdum – hardan gəlirsən?

Dedi: – Gəncədən.

Soruşdum – nə var, nə yox?

Dedi – sağlığınız. Bir şey yoxdur, amma təzə xəbər budur ki, indi dəxi dəmiryol qulluqçuları rüşvət almırlar.

Yoldaşım göz elədi.


İkinci dəfə: Nikolayevski küçə ilə bir zınqırovlu madam gedirdi, yanaqları tir-tir titrəyirdi, dodaqlarını elə möhkəm qızartmışdı ki, hinduşka xoruzunun saqqalından qırmızı idi.

Yoldaşım göz elədi.


Üçüncü dəfə:

İstəyirdik qayıdaq evimizə, azfilan idarəsindən bir cavan çıxdı rastımıza, soruşduq – nə var, nə yox?

Dedi: – bir şey yoxdur, ancaq idarə qulluqçularının on yeddi ay bu gün–sabaha düşən məvacibləri sabah veriləcək.

Yoldaşım göz elədi.

Cəfəng

“Yeni yol”, 7 oktyabr 1922, №3

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire