Dünən baqqal Məşədi Qulam gəlmişdi idarəmizə. Deyir:

– Dükanımı yığışdırıram.

Deyirəm:

– Niyə?

Deyir:

– Bu kooperativ qoymaz biz baş saxlayaq.

Deyirəm:

– Niyə?

Deyir:

– O səbəbə ki, hər bir fırıldaqdan savayı, indi də hökumət məcbur edir ki, gərək satılan şeylərin hər birinin üstündə qiymətlər yazıla ki, kasıb görüb, hər dükançı, istədiyi qiyməti deməsin.

Deyirəm:

– Nə olar? Bunun nə eybi var?

Məşədi Qulam bir qədər mat-mat üzümə baxandan sonra gör nə deyir:

– Axund Molla Nəsrəddin, mən səni təcrübəli və bizim kimi gözüaçıq bir şəxs zənn edirdim, amma heyfa ki, indi görürəm çox xamsan! Əgər biz başıdaşlı duraq şeylərin üstündə qiymətini yazaq, onda gör evimiz necə gərək yıxıla. Cihəti budur ki, bizim asan qazancımızın ata-babadan qalma asan yolu həmişə bu olubdur ki, dükanımıza gələn gözüaçıq müştərilərə bir qiymət demişik, xam müştərilərə bir ayrı qiymətə satmışıq. Amma indi gör başımıza nə gəlir. Qəndin girvənkəsinin üstündə, kooperativ yazan kimi, biz də otuz qəpik yazanda, gərək otuz qəpiyə də sataq. Belə də olanda evimiz bilmərrə dağılar.

Deyirəm:

– Xub, Məşədi Qulam, bəs, kooperativlər ki, otuz qəpik yazırlar, bəs, onlar nə tövr baş saxlayır?

Bu sualın cavabını yazıq Məşədi Qulam rəfiqim az qaldı ağlaya-ağlaya versin və belə cavab verdi:

– Ay Molla əmi, Allah atana rəhmət eləsin. Siz ki, Allaha şükür, dünyanın hər bir yaxşı-yamanını seçənsiniz! Siz kooperativ sözü danışırsınız. Bir mülahizə edib buyurun görək kooperativlərin artıq qazanca nə ehtiyacları var? Məgər onların da bizim kimi cəlallı xeyrü şəri var? Məgər onların da məscid, minbər xərci, moizə və mərsiyəsi, həcc səfəri, çahardəh məsum ziyarəti, hər il bir dəfə siğə-mitə məsarifi, neçə ildən bir ali imarət binası, ticarətin böyüyüb şərakət surətinə düşməsi, sonra “Hacı Qafar kampaniya” olması, “ticarətxaneyi-bəradərani Qafar İsfahani”, filan, filan və filan...

Bəratlar işləyir, malüttiçarə anbarlardan anbara daşınır, bəs, bunlar necə olsun? Ey Molla Nəsrəddin! Gör mənim evim necə yıxılır, ümidlərim necə pozulur. Amma sən hələ fəqir-füqəra sözü danışırsan.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 22 noyabr 1924, №24

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qatma-qarışıq

Yəni bu mətləbin o mətləbə heç dəxli yoxdur. O səbəbə ki, əgər sən deyirsən ki, müəllimlər kursunun müdiri bir gün müəllimlərə məvacib almaq məqsədi ilə Bakı şurasının maliyyə müdiri Andreyevin yanına girmək icazəsi istəyən vaxt həmin Andreyev tərəfindən təhqir olunubdur.Bu mətləbin dəxi idarələri milliləşdirmək məsələsinə dəxli yoxdur. Çünki əgər sən istəyirsən deyəsən ki, maliyyə idarəsinin müdiri əgər türk dili bilən olsa idi, o vədə ümidvaram ki, müəllimlər kursunun müdirinə lazımi ehtiram qoya bilə idi. Amma çünki sən mətləblərin hamısını biri-birinə qarışdırıb, bulaşdırırsan, onun üçün sənin sözlərindən də bir mətləb hasil olmur ki, görək aya nə deyirsən? Məsləhət budur ki, sən artıq-əskik danışmayasan. Çünki bu danışıqdan heç bir fayda ələ gəlməyəcək. Bunlar hamısı qəza və qədərdir ki, Xudavəndi-zülcəlalın öz yanındadır.

1 min
Cümə

Cümə günü müsəlmanların əziz günüdür: həmin bu gün Allah-taala dünyanı yaradıb tamam edibdir.Mən cümə gününü çox dost tuturam, xüsusən ki, bu günün qabağı cümə axşamıdır ki, mömin qardaşlar buna “pəncşənbə” də deyirlər. Pəncşənbə günü daha da əziz və müqəddəsdir, çünki bu günün axşamları rəhmətlik ölülər bacaları kəsib halva axtarırlar.

1 min
Söz pəhləvanı

Çəyirtkə qırmaq aləmindənAtalar sözüdür: ”davaya gedəndə özünü tərifləmə”. Çox heyif olsun ki, yoldaş Stepanov atalarımızın bu nəsihətinə baxmayıb camaatı nahaq yerə müştəbeh elədi ki, guya ”düşmənimizin biri yox oldu, yəni çəyirtkəni qırıb qurtardıq”. Hələ gör yoldaş Stepanovun arxayınçılığı nə dərəcədədir ki, yazıq çəyirtkə barəsində bu arxayınçılığı verəndən sonra deyir ki: ”Yay çəyirtkəsi barəsində də böyük müvəffəqiyyət qazanmışıq”.

2 min
Məhərrəmlik

“Məhərrəmlik yaxınlaşır” sözlərini indidən eşidən həqiqi müsəlman qardaş, bu vilayətdən baş alıb qaçmağı hər bir şeydən əfzəl (yaxşı) hesab edir.Demək ki, bu nə ibadətdir və nə də təziyədir. Bu bir biyabırçılıq, bircə iftizahdır. Çünki küçələri bambılı kimi atılıb düşə-düşə dolanmaq, öz əli ilə öz başını-gözünü qana boyamaq, nəinki avamlıq, vəhşilik, bəlkə dəlilikdən də dəlilikdir.

1 min

Poems by other poets · Satire