Elan

Əbdürrəhim bəy Haqverdiyevin 35 illik ədəbi fəaliyyətini qeyd etmək üçün Tiflisdə bu yanvarın 28-də, Rustaveli teatrosunda, “Yeni fikir” qəzetəsi binagüzarlığı ilə tərtib yubileyi axşamı veriləcəkdir.

Bizə qalsa, bu yubiley hələ tezdir. Yaxşı olardı ki, bir yüz il də gözləyərdik. Biryolluq möhtərəm ədibin yüz otuz beş illik fəaliyyəti gəlib çataydı. Çünki yazdıqları əsərlər də hələ azdır. Ancaq on-on beş böyük əsər və pyeslərdir. Bir o qədər kiçik əsərlər, vodevillərdir, bir o qədər hekayədir və hədsiz böyük və kiçik məqalələrdir.

Bunlar hamısı keçəndən sonra Əbdürrəhim bəy Haqverdiyev hər bir şeydən qabaq “Molla Nəsrəddin” məcmuəsinin ibtidasından ta bu vaxtadək məcmuənin ən yavuq əməkdaşlarından və məsləhətçi dərəcəsində yoldaşlarından hesab olunur.

Köhnə yoldaşımızın bu dünyada başına nə qəzavü qədər gəlsə, qəlbimiz həmişə onun yanında olacaqdır. Onun üçün də qoca əməkdaşımızın bu günlərdə təhiyyə olunan yubiley bayramını “Molla Nəsrəddin” məcmuəsi öz bayramı kimi alqışlayacaqdır.

“Molla Nəsrəddin”, 22 yanvar 1927, № 4, səh 7

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Həmmalül-müqəddəs

Həmin nömrənin səhifəsində çəkilən bir həmmalın dalındakı namaz tayları barəsində, söz yox, bəzi oxucular ola bilər ki, əhvalatdan müxbir olmayalar. Onunçün də burada bu barədə mətləbə şərh verməyi lüzumdan xali görmədik.Bu bəndeyi-xuda bir mömün islam ümməti və Əli şiəsidir, gün, yövmiyə dua və sənada razü niyaz əhlidir və demək olar ki, bir gün də vacibi namazlarını qəzaya qoymayıbdır, sonra bu mömin Allah bəndəsini əcəl dərk eləyir və bu da darülfünadan darülbəqaya rehlət edib çıxıb gedir.

2 min
Tövhid

Qül hüvəllahü əhəd!Bu zalım oğlu müşriklərə həzrət rəsuli-xuda deməkdən yoruldu ki, Allah-taala birdir, necə ki, Şəkidə qadınlar klubunda pedağoji texnikum tərəfindən tərtib olunan müsamirə vahid bir nəfərin şərəfinə imiş.

2 min
Məktəblər

Biz bunu inkar edə bilmənik ki, bir məmləkətdə məktəblərin çox olmağı az olmağından yaxşıdır; ancaq necə ki, hər işdə bir həd və sərhəd lazımdır, burada da bir sərhəd qoymaq icab edər. Yoxsa sən əgər başlayasan bir ucdan hey məktəbdir açasan və dalını-qabağını yoxlamayasan, onda şiş də yanacaq, kabab da yanacaq.Məsələn, götürək Bakı məktəblərinin indiki halını: indi baxıb görürük ki, Bakıda az bir məktəb var ki, darısqallıqdan yana şikayət eləməsin. Amma on beş il bundan qabaqda da mənim Bakıya yolum düşmüşdü; o vaxt belə giley-güzar eşitməmişdim. İndi bu nədəndir? Bu ondandır ki, biz istəyirik hələ hər məhəllədə bir məktəb açaq.

2 min
Əsrimizin möcüzələri

Qədim əsrlərdə də avam camaatı möcüzələrlə aldadırdılar ki, avamın başını qatıb onu yükləmək asan olsun və onun südünü sağmaq (yəni istismar eləmək) asan olsun.İndiki əsrdə də hərdən bir oyunbazlar zühur edir və hər növ bicliklərlə sadədil zəhmətkeş camaatı iğfal edirlər ki, onların ciblərinə sahib olsunlar.

2 min

Poems by other poets