Lavrenti kağız yazıb 30 manat yolpulu istəyir. O sənə yazmışdı, əgər onu kağız yazıb çağırmaq lazımdırsa, ya sən 30 manat yolpulu göndər, ya da yaz, mən göndərim. Mən onu sizə zorla qəbul elətdirmək fikrində deyiləm: fikirləşin. Əlbəttə, dəyirmanı təmir etdirmək lazımdır və hər nə gərəksə o eləyəcək, hərçənd onu həmişəlik dəyirmanda işlətməyin mənası yoxdur, çünki onda Əbdülkərim inciyəcək. Xülasə, fikirləşin. Təmir qurtaranda Lavrentini işdən azad eləmək olar. Ünvanı belədir: Çerez Lanqxutı, Atsana. S. Mamatı Şatiri. Lavrentiyu, Qoqeliya.

Hələlik. Xudahafiz, əziz uşaqlar.

Cəlil

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Təzə xəbər

Qardaşlar bu gün bir təzə xəbər eşitmişəm, doluşun başıma, nağıl eləyim.Bu xəbəri “Tərcüman” qəzetində oxudum. Əhvalat budur ki, baronessa Rozen adında bir nemes xanımı “Tərcüman” qəzetinin sahibinə bir belə məktub yazıb: “Cənab mühərrir, mən otuz yaşında bir övrətəm, özüm də oxumuş və dövlətli. Fikrim budur ki, bir müsəlmana ərə gedəm və islamı da qəbul edəm. Ancaq bir məsələ qabağımı kəsir: əgər mən müsəlman olandan sonra başıma çarşov salıb üzümü örtsəm, gərək dünyadan əl çəkəm və mülk-məaşımı atam ərimin üstünə. Bu da mənim üçün böyük zülmdür; çünki otuz il açıq və azad yaşayan bir şəxin başına çarşov salıb dama qatmaq – onu öldürmək kimi bir şeydir.

3 min
Molla

Bir gün yolum düşdü Malıbəyli kəndinə. Kəndi gəzdim və elə şeylər gördüm ki, qeyri müsəlman kəndində onları görmək olmaz.Əvvəla, burada bir məktəb var, bu məktəbdə çox oğlan uşağı oxuyur. Uşaqların ataları ilə danışıb gördüm ki, hər bir kəs ki, oğlunu oxumağa qoyub, çox razıdır ki, onun övladı elm oxuyur. Bu da görsənməyən bir işdir, çünki özgə müsəlman kəndlərində çox adamlar uşaqlarını məhz o səbəbə məktəbə göndərirlər ki, evdə bikar qalıb anasından çörək istəməsin.

1 min
Bibiheybət ziyarətgahı

Bakının qiblə ilə günbatan tərəfində təxminən, 7 verstlikdə Bibiheybət kəndində İmam Muzeyi-Kazimin qızı və İmam Rza əleyhüssəlamın bacısı Hökümə xatun əleyhüssəlamın mübarək qəbri mövcuddur. Bu qəbri-mübarək Bakı qoçularının və oğlan uşaqları ilə haman Bibiheybət ziyarətgahına eşqbazlığa səfər edən islam lotularının ziyarətgahıdır; necə ki tarzənlər və xanəndələr həmişə çalıb oxuyurlar:Getdim Bibheybətə, bişirdim aşı,

3 min
Nə olardı?

“Günəş” qəzetini 101-ci nömrəsində “Erməni katalikosu” sərlövhəsi altında axund Pişnamazzadənin imzası ilə imzalanmış bir neçə sətri oxuduq. Burada şeyx cənabları üzünü ölən katalikosa tutub onun ölməyinə çox təəssüf edə-edə bir neçə söz deyir. Bu sözlər hətta rus qəzetinə də tərcümə olunmuşdur.Biz bilmirik bu nədir? Əgər bilən varsa bizi başa salsın.

1 min

Poems by other poets