Pasport
Düz iyirmi iki il bundan qabaq İran konsulxanasında məndən altı manat alıb əlimə bir qəbz itələyiblər ki, yazarıq, sənə pasport gəlsin.
Hər il bir dəfə gedərəm soruşaram ki, mənim pasportum gəlib ya yox?
Və hər dəfə soruşanda mənə cavab verərlər ki, hələ gəlməyib.
İndi mən öz-özümə belə fikir eliyirəm: mən deyirəm ki, mənim heç ağlım yoxdur. O səbəbə ki, mənim qeyr vətəndaşlarım nə qədər zəhmət çəkib xərc qoyurlar ki, ildə bir dəfə pasportlarını təzələsinlər.
Amma iyirmi iki ildir ki, hər kəs məndən pasport soruşanda çıxardıram altı manatın qəbzini nişan verirəm və dəxi heç kəs mənə bir söz demir.
İndi mən deyirəm bu qəbz məndən ötrü bir möhkəm pasport olub. Özü də həmişəlik, necə ki Rusiyada nəcibzadələrə həmişəlik pasport verirlər.
Allah qəbzə bərəkət versin. İyirmi iki ildi mənim canımı qurtarıb.
Odur ki, qoltuq cibimə qoyub bərk-bərk saxlıyıram.
Dəli
“Molla Nəsrəddin”, 7 iyul 1908, №27
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-pasport
Use ← → keys to move, R for a random poem
More by this author
Bir çuval ki, köhnəldi – o tərəfdən, bu tərəfdən hey başlayacaq yırtılmağa və dəlinməyə.– Ədə, çuval dəlinib, çuvalduzu ver mənə, deşiyi tikim.
DəllalBirisinin gözü düşür bir ata, amma qorxur gedib sahibindən istəsin, deyir, bəlkə satmaq istəmədi, ya baha dedi.Burada bir dəllal lazımdı. At dəllalı da hər şəhərdə və hər kənddə tapılar.
SürməBir neçə vaxtdan bəri idarəmizə gələn kağızların çoxunda bizdən soruşurlar ki, “müsəlmanların axırı nə olacaq?”. “İrşad” qəzeti də 79-cu nömrəsində bir belə şey yazmışdı.Doğrudan da, Türkiyədə Sultan Həmid kimi bir bədbəxti, İranda Mədəli şahın vücudunu, Əfqanıstanı, Fası, Bakını, Danabaş kəndini görən üçün belə sualı vermək təəccüb deyil, çünki hər bir yana hər bir tərəfdən baxanda görükür ki, işlər bir az şuluqdu.
OraqBəli, dedilər ki, kəndə bir yaxşı müəllim gəlib, adı da Molla Bağırdı. Çox gözəl, biz də uşaqları aparıb qoyduq ki, oxutsun. Yəni bunu da deyirdilər ki, müəllim darülfünun qurtarıb və hər bir elm oxuyub, məsələn, elmi-zərafəti, elmül-əkl, elmi-səməni, elmül-cəzb, əlhasil, hər bir elmdən xəbərdardır və hamısını təhsil edib. Məktəbi də araba yolunun üstündə camaat mərəkəxanasında 36 nömrəli evdə açıb çox ucuz qiymətə uşaqları qəbul eləyirdi. Məsələn, ayda bir uşaq 30 yumurta və 5 dənə cücə və 7 boşqab aş.Əvvəlinci sinfə oxudurdu əlifbanı. Üsuli-təlimi də belə idi: əlif sərv ağacı kimi, bey təknə kimi, tey ona bənzər, sey də ona bənzər, cim oraq kimi, hey də ona bənzər, xey də ona bənzər.
Poems by other poets · Satire
Insafa gəlib rəhm elə mən zarə, müdirim!Qoyma məni bu dəhrdə avarə, müdirim!
Heykəl xəstəsiBir hekayə, bir novella yaza bilmirəm,Hıqqanıram dost-aşnaya məktub yazanda.
Əvvəl və indiƏvvəl kəbin kəsərdi bir kəllə qəndə molla,Gündə nikah oxurdu dörd-beş həpəndə molla.
Üç ildən əfzundur iki fərzəndimÜç ildən əfzundur iki fərzəndimSürülüb qürbətə, dağılıb kəndim.