Contents
  1. I
  2. II
  3. III
  4. IV

Page 1 of 3

I

Simferopol alınan günün səhəri Himmler Berlində birinci olaraq İsrafil bəyi qəbul etdi:

– Sizin, - dedi, - bəy, şənliyinizi yaxşı başa düşürəm. Bu həmişəlik olmaq üçün, türk millətinin hamısına müyəssər olmaq üçün, müvəffəq ordumuza kömək etməlisiniz. Xüsusilə Krımda, bu gün-sabah iş aparmalı olacağımız Qafqazda sizi tanıyırlar. Köhnə kişilər arasında, necə olsa, etibarınız var...

İsrafil bəy nazirin etibarına qarşı min təşəkkür edib çıxdı. Mirzə Xəyalın mənzilinə yüyürdü:

– Evin tikilsin, hələ durmusan! Niyə çalıb-oynamırsan. Niyə şələpələni yığışdırmırsan! Muştuluğumu ver, Mirzə Xəyal, vətənə gedirik! Nazirin yanından gəlirəm.

Mirzə Xəyal az da olsa, məsələdən hali idi:

– Axı, - dedi, - bizi Batum tərəfdən yola salacaq idilər.

İsrafil bəy tələsə-tələsə Mirzənin mənzilini yığışdırır, şeyləri çamadana doldurmaq üçün hazırlayırdı:

– Ay rəhmətlik oğlu, yolun nə dəxli var. Lap istəyir, göydən aparsın. Mənə Bakı lazımdır. Kişilər qan töküb, can qoyurlar. 22 ildə sənin yaxın düşə bilmədiyin sərhədləri vurub dağıdır, şərqə yol açırlar. Haradan deyirlər, gedərik. Qalx! Bu axşam çıxırıq!

Mirzə Xəyalın deməyə sözü olmadı. O, hər şeydən əvvəl çarpayısının yanından asdığı balaca xalçanı dörd qatlayıb çətinliklə çamadana yerləşdirdi. Ürəyindən keçirdi ki: "Ay gidi xalça. 22 il qürbətdə qaldın! Bir igid ömrü keçirtdin. Mən qocalıb qax kimi qurumuşam, sən həmin xalçasan. Gedək, Bakıda sənin ləzzətin ayrıdır!" Birdən yadına vacib bir şev düşmüş kimi ayağa qalxıb İsrafil bəyin üzünə baxdı:

– Ay İsrafil, - dedi, - sən...

İsrafil bəy ona acıqlandı:

– Mirzə Xəyal, bu Berlin elə yer idi ki, səni, məni tanıyan, saya salan yox idi. Ağzımıza gələni danışır, zarafatlaşırdıq. Amma vilayətə qayıdırıq. Abır-həya ilə danışmaq lazımdır, "İsrafil" nədi? Bəy desən, ağzın ağrıyar...

Mirzə Xəyal o saat hiss etdi ki, bəy ciddiləşmiş, əmələ gələn vəziyyəti, doğmaqda olan gələcəyin vəzifələrini ətraflı düşünüb-daşınmağa başlamışdır.

– A bəy, dəliyəm, rəiyyət yanında səni yalxa adnan çağıram. Belə şeyi mənə irad tutmağın artıqdır. Mən sənə ayrı söz demək istəyirəm.

– Nə söz?

İsrafil bəy Mirzə Xəyalın cavabını eşitmədiyindən, başını qaldırıb ona tərəf döndü. Mirzənin ayaq üstdə əsa kimi şax durduğunu, əllərini yana açıb başını aşağı dikdiyini, nəzəri ilə nə isə soruşduğunu gördü.

Mirzə Xəyalın işarəsi İsrafil bəyi də işdən ayırdı. O da əlini belinə qoyub düzəldi, bir müddət dinməz-söyləməz yoldaşının üzünə baxdı. Mirzə Xəyal sözsüz də bəyi fikrindən agah etdiyi üçün, özündən razı bir halda dedi:

– Sən demişkən, bura heç! Axı orada bizi tanıyırlar. Beş kişinin bıri idik. Eşidəndə ki, İsrafil bəy gəlir", - dost da, düşmən də tamaşaya duracaq. Səni, məni belə görsələr, deyərlər: "Bunlar haranın bambılısıdır." Xəspuşdu, nədi... Bu barədə nazir ilə danışdınmı? Heç olmasa, əl borcu ilə bizi bir az abıra mindirsinlər?

İsrafil bəy duruxdu. Mirzə Xəyal öz qiyafəsi ilə onun qarşısında danışan bir mənzərə kimi dayandı. Kişinin əynində bir boz pencək var idi ki, Berlin Amerikankalarının hamısını ziyarət etmişdi. Yaxası bir kilometrlik məsafədən gümüş kimi işım-işım işıldayırdı. Şalvarının ağzı kəsilə-kəsilə baldıracan yüksəlmiş, yanakı əyilən və nə rəngdə meşindən tikildiyi seçilməyən tufliləri quruyub dabanının altınacan yığışmışdı. Həm aşağıdan və həm yuxarıdan zağarası getmiş qəhvəyi buxara papağı elə bil büzüşüb kəlləyə qalxmışdı. Bu papağı görəndə İsrafil bəy özünü gülümsəməkdən saxlaya bilmədi:

– A zalım oğlu, - dedi, - bunun əvəzinə iki abbasılıq gecə papağı da qoyammazsan?!

Mirzə Xəyal bu sözü çox eşitmişdi.

– Bəy, - dedi, - danlama! Vətəndən, şad günlərdən yadigardır. Əl üzə bilmirəm. Danlama məni!

İsrafil öz əyin-başının ondan qalmadığını xatırlayıb susdu. Qapı-pəncərəyə göz gəzdirib, yavaşcadan dedi:

– Özündə nə abır var, sənə nə verə! Görmürsən, yekə zabitlər köşəli çarıq axtarır! Mirzə Xəyal, libas söhbəti çox çətin məsələdi! Yemək, geyməkdən danışma, qalan şeylərdən, məsələn, aqitasiya materialından, qəzetdən-zaddan nə xahişin var, söylə, nazir əsirgəməz!

Mirzə Xəyal bir də təkrar etdi:

– Vallah, bu kökdə vətənə getmək, bir iş deyil. Bizə müsavatçı deməzlər, xırdavatçı deyərlər.

– Sözün düzdür. Düz deyirsən, qardaş. Əlac nədi, gərək axşam necə olsa, naziri bir də görəm!

Bu məyusluq, dostları səfərdən soyutmadı. Onlar nazirdən tapşırıq almışdılar. Bir günün içində satmalını satdılar, sovmalını sovdular. Mənzilləri qıfıllayıb açarını şofer Müntəzir oğluna verib axşamüstü Şərq vağzalına yola düşdülər. Nazirin hörmətli qəbulu, mehriban dindirməsi İsrafil bəyi cürətləndirmişdisə də, axşam qısıla-qısıla qapıçıya yaxınlaşıb ezam kağızını göstərdi. Günün müharibə parolunu deyib Himmlerin görüşünü xahiş etdi. Himmler də rədd etmədi. İsrafil bəyin iki kəlmədə ifadə olunan xahişinə bir kəlmə cavab verdi:

– Düzələcəkdir!

Doğrudur, İsrafil bəy haçan düzələcəyini, kim düzəldəcəyini və "düzəlmək" sözünün bu yerdə nə demək olduğunu seçmədi. Amma müsbət cavab aldığı üçün sevincək çıxdı. Mirzə Xəyalı bir də muştuluqladı.

Qatarın yollanmasına yarım saat qalanda "qafqazlıları" hissə ştabı naçalnikinin yanına çağırdılar. Mayor Ştaksper İsrafil bəyi, deyəsən, qabaqcadan tanıyırdı. Onunla əl verib görüşdü. Yer göstərib əyləşdirdi, sonra hara isə zəng elədi!

– Leytenant, - dedi, - qafqazlılar mənim yanındadırlar. Aparıram. Eşitmiş olarsan, nazir xüsusilə tapşırıb. Bu gün bütün günü onların əyin-başları ilə məşğul olmuşam. Birtəhər sahmanlamışıq. Ancaq sənə də işimiz düşüb. Bir cüt yol çəkməsi varındırım? On günlüyə qafqazlılara versən, nə olar...

Leytenant Brunner vaxtilə ehtiyatda hesab olunurdu. Millətin arxayın vaxtında baha qiymətə, yaraşıqlı bir çəkmə tikdirib gümüş mahmız taxmışdı. 39-cu ildə ordu sağa-sola hücumlara başlayanda, tanış zabitlər Brunnerin çəkmələrini birovuz apardılar. Xoşbəxtlik düşdü ki, hamısı da qaytarıb gətirdi. Məhz buna görə də Brunnerin çəkmələri moda minmişdi. Onu geyənlərin səfəri uğurlu sayılardı.

İndi Brunner artıq ehtiyatda deyildi. Şəhər qarnizonunun bir hissəsində çalışırdı. Ancaq vətəndə, necə deyərlər, "ev içində" olduğu üçün bu çəkməni geyinmirdi. Ştaksperin xahişi Brunneri pis vəziyyətdə qoydu. Dana bilməyəcək idi. Verməyə də ürəyi gəlmirdi. Telefonda duruxmağından məlum idi ki, ürəyi gəlmir. Brunner soruşdu:

– Qafqazlılar, yəni İsrafil bəygili demirsinizmi, cənab?

Ştaksper bu sualdan nə hiss etdisə, zabitə təsəlli verdi:

– Qorxub eləmə. Bu da köynək-şalvar deyil ki, bit-sirkə sala. Onca günlüyünə lazımdır. Bakıya çatandan sonra o qədər sursat ələ keçəcək ki, daha İsrafil bəyin bizə yox, bizim ona ehtiyacımız olacaq

Ştaksper nə qədər romantik, idealpərvər idisə, Brunner də bir o qədər realist, həyatpərəst adam idi.

– Cənab mayor, – dedi, – o çəkməni özüm beş gün ağız ləzzəti ilə ayağıma geyinməmişəm. Qorxuram, gedə gəlməyə. Yoldur, davadır. Nə demək olar. İşdir, elə olmadı, belə oldu.

Ştaksper dedi:

– Bilirəm, nə deyirsən. Cənab zabit, düzəltmək lazımdır.

– Əlbət ki, başlarını düzəldib yola salırıq, ayaqlarını da gərək düzəldək!

– Bə nə! İsrafil bəyin getməyi bir növ öz işimizdir. Yaman ayaqda... Yanında özgə adam yoxdur ki... yaman ayaqda İsrafil bəy tələf olsa da, sənin çəkmələrin gələcək.

– Ölsə, gərək soyundurasınız, cənab!

– Özüm yanımca aparmırammı! Ölsə nədi, yaralanan kimi çəkib ayağından çıxartmırammı!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qəhrəman qız

Səfərəliyev rayonunda Füzuli kəndinin "Qırmızı Oktyabr" kolxozunda cavan bir qız ən yaxşı pambıq ustaları ilə yarışır. O, yaşına münasib olmayan bir rəşadətlə əkinçilik işində elə işlər görür ki, çoxlarını heyran qoyur.Bu qız kolxozçu Mürsəl kişinin qızı, komsomolçu Sədaqət Verdiyevədir. Mən onun haqqında çox eşitmişdim. Qəzetlərdə oxumuşdum ki, Sədaqət manqa başçısıdır. 1947-ci ildə beş hektar pambıq sahəsinin hər hektarından 90 sentnerə yaxın pambıq vermişdir, Sosialist Əməyi Qəhrəmanı adı almışdır.

19484 min
Firuzə

– İlk dəfə məni rayonumuzun Dımıs kəndində orta məktəbə müəllim təyin etdilər. İllərdən bəri arzusunda olduğum bu şərəfli və müqəddəs peşəyə alovlu bir həvəslə gedirdim.İndi mənim qəlbim bütün istəklərinə çatmış bir adamın hədsiz sevinci ilə dolmuşdu: "Deməli, mən dərs verəcəyəm. Mən də əlimə jurnal alıb sinfə girəcəyəm. Uşaqlar məni də diqqətlə eşidəcək, sözlərimi dəftərə yazıb oxuyacaqlar. Analar, atalar mənim də yanıma gəlib övladları haqqında soruşacaq, məsləhətləşəcəklər. Sovet pedaqojisinin bütün tələblərini onların hər birinə danışacağam, başa salacağam, elə edəcəyəm ki, məndən narazı getməsinlər, mənim işimə kömək etsinlər. Yox, onlar məndən razı qalacaqlar. Ancaq bir söz deyə bilərlər ki, "bu müəllim nə cavandır!" Bilirəm ki, bunu deyəcəklər. Qoy desinlər, heç eybi yoxdur!..."

19486 min
Tarla mənzərələri

Mən rəssam olsaydım, elə həmin bu yerdə, Alıuşağı kəndinin üzüm bağları qurtaran, pambıq tarlaları başlayan yerdə dayanar, bir yuxarıya - Kəpəzə, Qoşqara gedən yollara, bir də aşağıya - qələmə, palıd, qarağacların arxasında görünən, Reməyə ətəklənən geniş düzlərə baxar və fırçamı işə salardım. Burada gözəl bir lövhəni əmək qəhrəmanlarının əlləri yaratmışdır. Deyəsən, fikrimdən keçəni "Azərbaycan" kolxozunun qocaman sədri, sovet kəndinin məşhur adamlarından biri - Allahverdi əmi hiss etmişdi:– Gedək, - dedi, - tarlada gözləyirlər.

6 min
Qızıl oktyabr

Ölkəmizi xandan, bəydən qurtaran,Nurlu işıq ziyasını verən sən.

1 min

Poems by other poets