İsrafil
Page 3 of 5 · 40%
Polad necə bərkidi
İsrafilin olduğu hissə vətənin ucsuz-bucaqsız, yallı-yaşıllıqlı, bağlı-bağatlı düzlərindən birində yerləşmişdi. Yamacdan bəri aşanda ipləri çarpazlaşmış əsgər çadırları görünürdü. Onlar görkəmli bir yerdə gözətçilər kimi durmuşdu. Göyə sarı bir cida boyu uzanmış al bayraq, havada qızıl quş kimi qanad çalır, sanki yaz səhərinin bütün feyzlərini gətirən güclü günəşə qovuşmaq istəyirdi.
Həmin bu zaman İsrafil olan vzvod yamacda təlim keçirdi. Tərəflər bir-birinə hücum edir, pulemyot atəşini tüfəng, tüfəngi bomba, bombanı süngü əvəz edirdi. İsrafil qan-tər içində iri əsgər addımları ataraq "düşməni" öz mövqeyində yaxalayır, süngü oynadırdı. Alıcı quş kimi hədəfinin üstünü kəsirdi. İsrafilin cəld, ciddi hərəkəti, mübarizə alovu saçan gözləri, günəşdən parıldayan süngüsü qarşıdakının bağrını yarır, taqətdən salırdı.
Təlimdən sonra "düşmən" əsgərləri şikayətə gəlmişdilər:
– Yoldaş komandir, - deyirdilər. - Məmmədovunku təlim deyil. O doğrudan-doğru vuruşur. Yayınmasaydıq, bizi süngüyə taxacaq idi. Siz ona tapşırın!
Komandir İsrafilin üzünə baxır, əsgərlərə deyirdi:
– Təlim ki, həqiqi döyüşdən seçildi, xeyri az olar. İsrafilin o xasiyyəti mənim xoşuma gəlir. Onun zirək silah oynatmağı sizi qorxutmasın. Siz də onun kimi tərpənin ki, vura bilməsin. Ancaq qorxmaq nahaqdır. İsrafil vurmalı yerini yaxşı bilir.
İsrafil əsgəri həyat rejiminə fikir verəndə görürdü ki, bunların bəzisini anası da vaxtilə demişdi:
– Səhər tezdən durmaq adamı diribaş edər. Su igidin canıdır. Hər azar təmizlikdən qorxar.
İsrafil günarası, istirahət vaxtı dəsmalını götürər, sərin bulaq sularının axıb birikdiyi dərəyə enərdi. Bu yerlər həyatın mənbəyidir. Günəş, su, torpaq, hava!
Kəndlilər, yerin-göyün həqiqi ağası olan bu zəhmət adamları, torpağın şirəsini çəkirlər. Onun məhsulu ilə yaşayırlar, yaşadırlar. Əməyin qüdrətli əli torpağın hər qarışında görünür. Şumlanmış torpaqlar, xalça kimi naxışlı zəmilər, göyərmiş ləklər, hamısı, hamısı sovet kəndlisinin, kolxozçusunun həyata xidmət kitabı kimi oxunur. Kəndli fəhləni, fəhlə kəndlini, kənd şəhəri, şəhər kəndi təmin edir. Böyük və mehriban atanın 180 milyonluq sovet ailəsi belədir. Bu ailə milyonlarla əl-ələ tutuşmuş, həyatı, əməyi, hissi, fikri ilə birləşmiş, 70 arxa keçmişdən başlayaraq 70 arxa gələcəyə qədər ata-babalarm, nəvə-nəticələrin bütün yaxşı əməllərini təmsil edən bir cəmiyyətdir. Bunların gücü, birlikdə, məhəbbətdədir. Əsgər də bu ailənin gözətçisi, igididir, vuran əlidir. İsrafil haqlı bir şərəf hissi ilə ayağa qalxar, gənc və girdə sifətini işıqlandıran təbəssüm ilə ətrafım seyr edərdi.
Saf və təmiz üfüqlər, azadlıq hissi ilə yanan geniş düzlər, həyatın sirlərini pıçıldaşan dərə suları, döyüşçülərə mahnı oxuyan quşlar, ətir səpən otlar, çiçəklər, yollar, izlər, bu bağın nemətləri ilə yaşayan kəndlər, şəhərlər hamısı, hamısı İsrafilin həyat, döyüş və gələcək eşqini alovlandırardı.
Böyük Vətən müharibəsi başlananda, İsrafil sıravi döyüşçü deyildi. Komandanlıq onun döyüş məharətinə, istedadına, ləyaqətinə qiymət qoymuş, serjant adı vermişdi.
Faşist Germaniyasının Sovetlər ölkəsinə hücumunu İsrafil alovlu bir qəzəblə qarşıladı.
Yayın isti günlərindən biri idi. İsrafilin əsgərləri laqerdə siyasi məşğələdə idilər. Bir döyüşçü gəlib məşğələni aparan siyasi rəhbərə kağız verdi. Siyasi rəhbər əsgərləri radio dinləməyə apardı.
İsrafil Molotov yoldaşı mikrofon qabağında biləndə "yəqin ki, mühüm bir hadisə var", - deyə düşündü. Bütün əsgərlər bir-birinə yaxın dayanıb diqqətlə dinləyirdilər. Sovet dövlətinin başçısı faşist hiyləgərlərinin son, qanlı macərasını aləmə xəbər verir. Vətən üfüqlərində qaralan təhlükəni göstərir, hamını - döyüşçüləri, siyasi işçiləri, fəhlələri, kolxozçuları, ziyalıları, bütün xalqı səfərbərliyə, silaha sarılmağa çağırır.
Hirsindən İsrafilin rəngi qızardı, silahı ovcunda elə sıxdı ki, az qaldı barmaqlarından qan dama: "Deməli, kor şeytan indi də bizə dolaşır. Müqavilə-zad hamısı hiylə imiş! Yaxşı, a quduz, baxarıq. Baxarıq, görək kim kimin anasını ağlar qoyur. O yanda dişin şirəyə batıb, fransızlar səni qudurdublar, gəl, sovet torpağında çox sənin kimilərin papağı boş qalıb!"
İsrafil köksünü oynadan qəzəb və hiddət hissini gizlədə bilmədi. Siyasi rəhbərdən söz alıb tribunaya çıxdı:
– Qardaşlar, - dedi, - məslək, silah qardaşlarım. Hitlerin qudurğanlığına bizim ancaq bir cavabımız var!
Bunu dedi: əlindəki avtomatını havaya qaldırdı. Onun par-par parıldayan silahı, tunc kimi qabaran igid biləkləri, qəzəbli siması hamını döyüşə, irəliyə, vətən torpağını müdafiəyə çağırdı. Ürəklərdən qopan gurultulu ura səsləri, yaylım atəşi kimi havanı yardı. Vətən oğullarının fədakarlıq duyğularını müqəddəs bir ana kimi həyəcana gətirən xalqımıza, atalara, analara, balalara yetirdi.
İsrafil igidlər kimi dedi, igidlər kimi də elədi. Atışma başlanan gündən davaya girdi. Hər yerdə, hər səfərdə düşmənin başına odlar, alovlar yağdırdı.
Müharibə indi artıq İsrafil üçün adi bir məşğələ, sənət olmuşdu. Səngərlərdə, yürüşlərdə, hücumlarda, mürəkkəb döyüş tədbirlərində, kəşfiyyatda o qədər cəld, möhkəm idi ki, əsgərlərdən tutmuş komandirə, komissara qədər hamı onu tanımışdı. Hissəyə mühüm bir vəzifə tapşırılanda, çətin bir işə başlamaq, adam seçmək lazım gələndə komandir onun üzünə baxıb deyirdi: "Bunu, İsrafildən yaxşı kim bacarar? Əlbəttə ki, gərək Məmmədov getsin!"
İsrafil dərhal "hazıram!" deyib irəli çıxırdı. Müharibədir. Hər dəqiqəsində min məna var. Hər addımda insanın gözü görmədiyi şeylər görür, qulağı eşitmədiyi şeylər eşidir. Hər döyüş səfərindən qalib çıxdıqca, adam duyğularını, təsəvvürlərini demək, söyləmək, bir kitab qədər danışmaq istəyir. Ancaq buna vaxt hanı? İsrafil ancaq anasına, bacı-qardaşına qısa məktublar yazır, sağ-salamat vuruşduğunu xəbər verir, ailəsinin halını soruşurdu: "Nə qədər ki, - deyirdi, - bizim, biz qızıl əsgərlərin canı sağdır, dincliyinizə, səadətinizə zaval yoxdur. Ürəyiniz rahat olsun. Fikir-zad çəkməyin. Nə qədər qurban versək də, faşistləri qırıb tərk edəcəyik. Mən özüm şimal-qərb cəbhəsindəyəm. Bu cəbhədən yazılan xəbərləri oxuyun. Mənim barəmdə yazmamış olmazlar."
Oktyabr Revolyusiyasının XXIV ildönümü günündə, qızğın döyüş şəraitində İsrafil böyük dahinin Moskvadan bütün dünyaya yayılan səsini eşitdi, nitqini dinlədi. Vətənə vurulan zərbələri eşidəndə, faşist cəlladların cinayətlərini göstərən faktları biləndə yaralı aslan kimi tərpəndi, gözlərindən qəzəb qığılcımları yağdı. Üzünü şimala, Stalinə tərəf çevirib ürək sözünü dedi: "And içirəm! Dahi! Böyüklüyünə and içirəm ki, sən deyəni edəcəyəm. Xalqımıza vurulan zərbənin intiqamını alacağam. İşğalçılara aman verməyəcəyəm!"
Elə bu zamanlar döyüşdə nümunə göstərdiyinə görə, komandir dəstə qabağında İsrafilə təşəkkür elan edirdi. İsrafil üzünü siyasi rəhbərə tutub dedi:
"Yoldaş komissar, komsomol mənə az əmək çəkməyib. İndi mən bu gün də partiya sıralarına daxil olmayıb, haçan olacağam! Xahiş edirəm, mənim ərizəmi müzakirə edəsiniz!"
İsrafili Oktyabr Revolyusiyasının ildönümündə partiyaya qəbul etdilər. Bu, onun həvəsini, səyini qat-qat artırdı. İndi o, sadəcə döyüşçü deyil, kommunist döyüşçü idi.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-israfil
Use ← → keys to move, R for a random poem
More by this author
Bu idarə şəhərin kənar bir yerində, görkəmsiz bir binada idi. Pəncərələri dar döngəyə baxırdı. Qapısı sısqa ağacları olan kölgəli, rütubətli bağçaya açılırdı. Qapımn başında paslı və bozarmış bir lövhə vardı.Saat doqquza qədər idarə suyu sovulmuş dəyirman kimi səssiz, hərəkətsiz olurdu. Stullar yorğun öküz kimi durardı. Mürəkkəb qabları uyuyar, qələmlər dincələrdi. Paltar asqısı üşüyər, qalın və xəzli paltoların intizarını çəkərdi.
Kərpic məsələsiHər səhər yatağımdan qalxanda, gözüm evimizin qabağındakı balkona sataşır. Diqqətlə baxıram, görüm, samovara od salan Babaxanın köhnə arvadıdır, yoxsa yox...Babaxan çoxdan arvadı təzələmişdir.
Nanənin hünəriPəncərədən stola düşən günəş çəhrayı və şəffaf pərdə kimi süfrəni örtmüşdü. Stol üstə qoyulmuş kəhrəba kimi buğda çörəyi səliqə ilə doğranıb, boşqaba yığılmışdı. Süfrədə bandaqlardan yenicə kəsilmiş, çöpü qurumuş Kirovabad üzümü, paxlava şəklində dilimlənmiş Cərco qovunu, qırmızı turp, toz kimi narın və ağ Naxçıvan duzu, par-par parıldayan çəngəl-bıçaq, üçbucaq salfetlər, göy rəngli, ağ qulplu su qrafinkası düzülmüşdü.Nanə xala qolu çırmalı, əlində qaşıq xörəyə ədviyyə tökür, hərdən mətbəxin qapısından boylanırdı. Ərinin və oğlunun gəlməsini gözləyirdi.
Gözün aydınOğlum Arifə*1
Poems by other poets
Dedilər; “Səbr elə” səbrə and içdim,Dedilər; “Səbr edən böyükdü, haqdı”.
Deyişmə: Dağıstandan gələn gəlin— Lətif:Dağıstandan gələn gəlin, mən səni qonaq eylərəm,
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
Müəmma: Beş yaşından on beş raha yetişdimBeş yaşından on beş raha yetişdim,Beşi atdım, beşi tutdum, beşi nə?