Contents
  1. Qızıl alma
  2. Kür
  3. Şəhər
  4. Arzu
  5. Ana öyüdü
  6. Polad necə bərkidi
  7. Qardaşlar
  8. Müdhiş dəqiqələr
  9. Qəhrəman

Page 5 of 5 · 80%

– Bəli, sabahdan öz silahları ilə əclafların özlərini qırarıq!

Muşayev səhərdən bəri gedən gərgin döyüşün təsirindən sanki, indi ayılırdı. Xüsusi bir sevinc və qürur hissi ilə deyirdi:

– Sizin rəşadətinizə heyranam, yoldaş komandir!

İsrafil də indi söhbətdən xüsusi bir həzz duyurdu:

– Deməli, sovet əsgərləri silahına əməlli-başlı yiyələnəndən sonra məğlub olmazmış, möcüz göstərərmiş. Bir də, yoldaşlar, bizi ruhlandıran, biləyimizə qüvvət, qəlbimizə qətiyyət verən bir şey var. Axı bu böyüklükdə Vətənin sənə arxa olduğunu biləndən sonra, Stalin planı ilə döyüşə gedəndən sonra adam özünü dağ kimi hiss edir. Əlbəttə ki, Stalin yolu ilə gedən qalib gələcək. Buna nə söz!

Qəhrəman

Teleqraflar, radiolar, qəzetlər, məktublar İsrafil Məmmədovun göstərdiyi şücaət xəbərini vətənə gətirəndə hamıdan artıq həyəcan keçirən Ələkbər qızı Gülsüm, İsrafili öz südü ilə bəsləyən, əməyi ilə böyüdən ana olmuşdu.

Eyni həyəcan hissini İsrafilin atası, xalqımızın atası, Vətən müharibəsinin böyük sərkərdəsi Stalin keçirmişdi. Atanın da, ananın da həyəcanı sovet dövlətinin tədbirində göründü. Sovet dövləti İsrafilə Lenin ordeni və Qızıl Ulduz nişanı verməklə onu Sovet İttifaqı Qəhrəmanı adlandırdı.

İsrafilin ailəsinə böyük şənlik üz vermişdi. İndiyə qədər Qapanlı kəndindən kənarda tanınmayan kəndli qadın Gülsümü hamı görmək, hamı tanımaq, hamı onun sözünü eşitmək istəyirdi. İsrafilin təhsil aldığı, yaşadığı, ordu sıralarına yola düşdüyü şəhər, Azərbaycanın ikinci sənaye mərkəzi olan Kirovabad şəhəri qəhrəmanın şərəfinə ümuməhalinin mitinqini çağırmışdı. Camaat şəhər meydanında dəniz kimi ləpələnirdi.

Minlərlə göz tribunaya, qəhrəman haqqında danışacaq natiqlərə dikilmişdi. Gülsüm ömründə birinci dəfə idi ki, belə böyük izdiham qarşısında tribunaya qalxdı. Cəbhədən başlamış buraya qədər, israfilin gördüyü işlərdən başlamış, camaatın, xalqın qələbə sevincinə qədər olan hər şey onun gözünün qabağında xüsusi bir məna alırdı. O, iftixar hissi ilə irəli yeriyib sözünü söylədi:

– Eşitmişəm, mənim oğlum igidlik eləyib, qəhrəman olub. Davaya gedəndə dedim, oğul, səni Stalinə verirəm. Onun yolunda qulluq elə!..

Ana burada üzünü yuxarıya, sanki günəşin durub baxdığı üfüqə tutub sanki nitqini dinləyən oğluna xitab etdi:

– Sağ ol, var ol! İsrafil, südüm sənə halal olsun! Üzün ağ olsun! Stalinin yanında məni başıuca eylədin. İsrafil, qadan alım, qəhrəmanlığın mübarək! Leninin nişanını döşünə tax! Oğul, Stalin deyən kimi: faşistləri qır, tərk elə! Qoy xalqın yaxası qurtarsın. İsrafil, anan sənə qurban olsun, hər gün səndən xəbər tuturam, adını eşitdikcə, ürəyim dağ boyda olur. Vur! Vuran əllərin var olsun!

Gülsüm arvadın dedikləri bir qadının sözü deyildi. Bu sözlər böyük ananın, ana vətənin sözləri idi. Bu nitq qəhrəman oğullar, Babək230 lər, Koroğlular, Nəbilər böyüdən, böyük və tarixi işlər görən bir xalqın sözü idi. Böyük ata Stalin də israfilin rəşadətinə "mərhəba!" dedi. Ümumittifaq ağsaqqalı Kalinin qəhrəmanın döşünə Lenin nişanı taxaraq "sağ ol!" dedi.

Ordu komandiri general-leytenant Kuroçkin öz silahını Məmmədova bağışlayaraq əlini sıxdı.

Vətən, bütün xalq, böyükdən kiçiyə qədər bir ağızdan İsrafilə təşəkkür edir. Şairlər, ədiblər, aşıqlar onun adma mahnılar, dastanlar yazırlar.

İsrafilin yerliləri qəhrəmanın adı ilə öhdələrinə yeni vəzifələr götürürlər. İsrafilin qardaşı Hidayət qardaşı kimi qəhrəman olmaq arzusu ilə ordu sıralarına gedir. Rəssamlar o sağlam, yaraşıqlı gəncin şəklini çəkib yayırlar.

Vətənin qayğı və təşəkkürünə, xalqın öz oğluna etdiyi bu mehribanlıq və diqqətə İsrafilin bir cavabı oldu. O, cəbhədə, təntənəli şəraitdə Vətənə, xalqa, böyük ataya, əziz anaya üz tutaraq belə dedi:

– Nə qədər ki sağam, faşist əclafları amansızcasına əzəcəyəm!

İsrafil indi də həmişəki kimi vəzifə başında, döyüşdədir. O, vətənimizə soxulan qəsbkarları qırmaqdadır. O, bütün cəbhə əsgərlərinə nümunədir.

İsrafil yalnız əsgərlərə yox, hamımıza, yeni yetişən gəncliyə, komsomolçulara, pionerlərə, bütün yeniyetmələrə nümunədir. Gənclərdən hər kəs soruşsa ki, necə inkişaf etməli, necə böyüyüb qəhrəman olmalı? Bu suala cavabımız belədir:

– İsrafilin getdiyi yolu tut! İsrafil kimi ol!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Kağızlar aləmi

Bu idarə şəhərin kənar bir yerində, görkəmsiz bir binada idi. Pəncərələri dar döngəyə baxırdı. Qapısı sısqa ağacları olan kölgəli, rütubətli bağçaya açılırdı. Qapımn başında paslı və bozarmış bir lövhə vardı.Saat doqquza qədər idarə suyu sovulmuş dəyirman kimi səssiz, hərəkətsiz olurdu. Stullar yorğun öküz kimi durardı. Mürəkkəb qabları uyuyar, qələmlər dincələrdi. Paltar asqısı üşüyər, qalın və xəzli paltoların intizarını çəkərdi.

193713 min
Kərpic məsələsi

Hər səhər yatağımdan qalxanda, gözüm evimizin qabağındakı balkona sataşır. Diqqətlə baxıram, görüm, samovara od salan Babaxanın köhnə arvadıdır, yoxsa yox...Babaxan çoxdan arvadı təzələmişdir.

193713 min
Nanənin hünəri

Pəncərədən stola düşən günəş çəhrayı və şəffaf pərdə kimi süfrəni örtmüşdü. Stol üstə qoyulmuş kəhrəba kimi buğda çörəyi səliqə ilə doğranıb, boşqaba yığılmışdı. Süfrədə bandaqlardan yenicə kəsilmiş, çöpü qurumuş Kirovabad üzümü, paxlava şəklində dilimlənmiş Cərco qovunu, qırmızı turp, toz kimi narın və ağ Naxçıvan duzu, par-par parıldayan çəngəl-bıçaq, üçbucaq salfetlər, göy rəngli, ağ qulplu su qrafinkası düzülmüşdü.Nanə xala qolu çırmalı, əlində qaşıq xörəyə ədviyyə tökür, hərdən mətbəxin qapısından boylanırdı. Ərinin və oğlunun gəlməsini gözləyirdi.

193713 min
Gözün aydın

Oğlum Arifə*1

193712 min

Poems by other poets