Page 2 of 5 · 20%

– Sahibkar, daş-kərpici bənnanın sərəncamına verən sayağı, əlahəzrət də bizi verib ərbablara, deyib: yonun, əzin, suya qatın, palçıq qayırın, nə istəyirsiniz tikin.

Gizli danışıqların məzmunu belə idi. Əksərən hakim dairələrdə gedən açıq danışıqlarda və hər gün qəzetlərin səhifələrini dolduran yazılarda isə onun İrana etdiyi xidmətlərdən, gətirdiyi maşınlardan, çəkdirdiyi yollardan, tikdirdiyi saraylardan bəhs edilirdi. Bütün bu söhbətlərdə də Tehran və onun həyatı böyük bir yer tuturdu. Rza xanın şəhər və kənd ərbablarının siyasəti naminə böyüklük və Allahlıq iddiası ilə törətdiyi qanlı və əcaib işlər burada vaqe olurdu. Buna görə də bu gəlişində Fridun şəhərin xarici görkəmindən tutmuş, onun daxili həyatına qədər hər şeyi diqqətlə müşahidə edirdi. Şəhərdə birinci gözünə dəyən ehtiyac və kasıblıqla zənginlik və zinət səhnələrinin hər addımda qarşılaşması, üz-üzə durması idi. Şəhərin siyasi və ictimai həyatı isə daha dərin ziddiyyətlərlə dolu idi. Vətəndaşların bir-birindən ürkdüyü və qorxduğu bir şəraitdə bunu müşahidə etmək, əlbəttə, daha çətin idi. Lakin düşdüyü şərait və mühit ona bu yolda imkan verirdi. Xüsusilə darülfünun həyatı!..

Fridun darülfünuna böyük bir ürək çırpıntısı ilə daxil olmuşdu. O, gələcəkdə bir tikə çörək sahibi olmaq fikrilə buraya gəlməmişdi. Yox, tutduğu böyük yolda mətin addımlarla getmək, xalqına faydalı olmaq fikri onu buraya gətirmişdi. Odur ki, Kürd Əhməd, Rza Qəhrəmani və doktorun oğluyla hansı ixtisası seçmək, hansı fakültəyə girmək məsələsini müzakirə edərkən tərəddüd etmədən hüquq fakültəsini seçmişdi.

– Artıq həyat özü mənim yolumu müəyyən etmişdir. Bu yol həmişə ictimai mübarizələr üstündən keçəcəkdir. Belə isə, mən hüquq elmləri ilə daha artıq məşğul olmaq istərdim.

Darülfünun tibb fakültəsində oxuyan doktorun oğlu zarafatyana:

– Demək, biz cəmiyyətə zidd bir yol tutmuşuq, eləmi? – deyə gülmüşdü.

Fridun ciddiyyətlə:

– Yox, – demişdi, – həm cismən, həm də ruhən xəstə olan bir cəmiyyətin hər iki təbibə ehtiyacı var və olacaqdır. Sənə də, mənə də. Bir də mən inanıram ki, sənin əlində təbabət dar bir ixtisas deyil, ictimai ideal yolunda mübarizə silahına çevriləcəkdir.

– Buna şübhə etməyə bilərsən!

Darülfünun həyatı onun azad fikirlərinin yavaş-yavaş, lakin əsaslı surətdə dərinləşməsinə səbəb olmuşdu. Əlbəttə, bu o demək deyildi ki, Tehran darülfünunu mütərəqqi ideyalar təbliğ edən proqramlar əsasında qurulmuş və ya orada inqilabi ruhlu müəllimlər dərs deyir. Əksinə, 1917-ci ildə təşkil edilmiş Tehran darülfünunu hər zaman hakim təbəqələrin və dövlətin ciddi nəzarəti altında olmuşdur. Burada illər boyu tarixi və elmi həqiqətlər pərdələnmiş, hakim feodal sinfinin vəziyyətinə və təbiətinə müvafiq ən mürtəce nəzəriyyələr təbliğ edilmişdir. Hətta saysız-hesabsız ruhani məktəblərinin yaydığı mövhumat və xurafat az imiş kimi, ən çürük dini görüşlər də burada bir “elm” kimi tələbələrə öyrədilmişdir. 1937-ci ildə aparılan reforma darülfünunun zahirən “avropalaşmasına” səbəb olmuşsa da, əslən onun proqramlarının daha mürtəce əsaslar üstündə qurulması ilə, mütərəqqi-elmi fikirlərin daha amansız təqib olunması ilə nəticələnmişdi. Hekayəmizdə nağıl edilən hadisələrin cərəyan etdiyi dövrdə hüquq fakültəsində bütün dərslər mütləq belə bir nəticə ilə qurtarırdı ki, Rza xan istibdadı ideal bir dövlət quruluşudur. Hər hansı ədalət və insaniyyətdən məhrum olan müstəbid İran qanunları yer üzündə ən ideal qanunlardır. Məmləkətin və xalq səadətinin əsası şahpərəstlikdədir və sairə. Həqiqətə və şüura zidd bu çürük fikirləri azca şübhə altına alan və ya “sübut” etməkdə kifayət qədər səy göstərməyən hər bir tələbə “qorxulu ünsür” kimi əbədi nəzarət altına düşəcək idi. Eyni vəziyyət bütün başqa fakültələrdə hakimdir. Lakin hüquq fakültəsi daha artıq “zərərli və qorxulu fikirlərin” doğduğu bir fakültə sayılır. Çünki buranın siyasi, iqtisadi və hüquq şöbələrində istər-istəməz tələbələrə başqa məmləkətlərin hüquq əsaslarından, iqtisadi həyatından məlumat verməyə məcburdurlar. Bu isə, təbii olaraq, tələbələri bir çox istənilməz mənbələrə aparıb çıxarır. Darülfünunda da olmasa, onun xaricində müxtəlif mübahisələrə səbəb olur, tələbələrin başında “zərərli” fikirlər doğurur. Odur ki, hüquq fakültəsində dərs zamanı qətiyyən mübahisələrə, hadisələrin səbəbini axtarmağa, onları təhlil etməyə yol vermir, əzbərləmə, üzdən keçmə və yalnız deyiləni yadda saxlamaq əsas tutulur. Çünki hüquq məsələlərini dərindən təhlil etdikcə ictimai quruluşun dözülməz və ədalətsiz olduğu meydana çıxır. Belə təşəbbüslərə əl atanlar isə öz taleyini İran nəzmiyyəsinə tapşırmış olurlar. Bütün bunları diqqətlə müşahidə edən Fridun tələbələr arasında açıq fikirli və fədakar insanların olduğunu da görürdü. Onlar əksərən xəyalpərəst gənclər, geniş ictimai fəaliyyət meydanı axtaran və həqiqi azadlıq üçün çırpınan gənc tələbələr idi. Ustad adlanan darülfünun müəllimləri arasında isə zahiri bir müvazinət və ağırlıq hökm sürdüyündən belələrini seçmək çox çətin idi. Tələbələrdən Qurban Mərəndi adlı birisi öz açıq fikirləri və cəsarətli hərəkətləri ilə Fridunun diqqətini cəlb etmişdi. Qurban Mərəndi hüquq fakültəsinin iqtisadi şöbəsində üçüncü kursda oxuyurdu. Onunla tanışlıqları da çox sadə şəkildə olmuşdu. Fridun darülfünunun geniş həyətində gəzir, gah hündür ağaclara, gah da sarı payız güllərinə baxaraq, Azərbaycanı xatırlayır və artıq uzun müddət oraya gedə bilməyəcəyini düşündükdə ürəyi qəriblik hisslərilə dolurdu. Bu zaman ortaboylu, lakin möhkəm vücudlu bir adam ona yaxınlaşaraq, çoxdankı bir tanış kimi azərbaycanca:

– Xoş gördük, qardaş – deyə, əlini ona tərəf uzatmış və cavab gözləmədən əlavə etmişdi:

– Azərbaycanlı olduğunu gördüm, davam gətirmədim. Dedim bəlkə, bizim yerlərdən də bir xəbər deyəsən, hardansan?

– Təbrizdənəm.

– Çox yaxşı, mən də Marağadanam. Tanış olaq.

Fridun heyrət etmişdi:

– Bəs Mərəndi niyə?

– Babamgil Mərənddən köçüb gəlmişlər. Mən Marağada anadan olmuşam. Amma bizlərə mərəndilər deyərlər. Heç Marağada olmamısan ki?

– Xeyr.

– Çox təəssüf, görməli yerdir. Meyvə bağları nəyə desən, dəyər.

O, Marağanın meyvə bağlarından, quru əriyinin məziyyətlərindən ağızdolusu danışaraq, üç ildə bir dəfə də oraya gedə bilmədiyini söylədikdə Fridun təəccüblənmişdi.

– Təəccüb etmə, əzizim, bu müddətdə ancaq otaq pulunu, təlim haqqını düzəldib, birtəhər özümü saxlaya bilmişəm. Daha yol pulu və getmək xərci tədarük edə bilməmişəm.

Zəngin çalınması onların söhbətini yarımçıq qoymuşdu. İkinci dəfə beş gün sonra görüşmüşdülər. Bu dəfə dərslər qurtardıqda Qurban Mərəndi Friduna yaxınlaşaraq, onunla birlikdə darülfünundan çıxmış, bir saata qədər söhbət edərək, şəhəri gəzmişdi. Bu söhbətdə Fridun onun Marağada heç kəsi olmadığını, ata və anasının çoxdan vəfat etdiyini, özünün pinəçi şagirdindən tutmuş, nökərçiliyə qədər uzun bir zəhmət yolu keçdiyini və yalnız öz istedadı nəticəsində orta məktəbi bitirərək, birtəhər Tehran darülfünununa girdiyini öyrənmişdi. Onun həyatı və açıq qəlbi Fridunda rəğbət və məhəbbət oyatmışdı.

Üçüncü görüşlərində o, Fridunla gələcək həyatından danışmışdı. İxtisasının ağırlığından şikayət etmişdi:

– Doğrusu, getdikcə daxili bir peşmançılıq duymaqdayam, mənəvi və əxlaqi əsasları çürük olan bir cəmiyyətdə ədalət və haqqa arxalanan qanun təsəvvür etmək çətindir. Belə bir qanun olmayan yerdə də vəkil ya gərək vicdanını satsın, rüşvət və soyğunçuluğa, qan və zülmə bəraət qazandırsın, ya da əvvəl-axır məhv olub getsin, heç bir çıxış yolu görmürəm. Bir təbib olsaydım, bundan daha xeyirli olardım.

Fridun ona təskinlik verərək bu qədər naümid olmamağı məsləhət görmüş, hər halda ədalət və haqq yolunda ölməyin bir zəli kimi yaşamaqdan şərafətli olduğunu söyləmişdi. O, Fridunun bu sözlərini nə isə qəribə əndişə ilə dinləyərək:

– Özünü gözlə ha, həmyerli – deyə xəbərdar etmişdi, – bizim danışgədə çox azarlı yerdir. İnsanın xəbəri olmadan başında elə fikirlər oyanır ki, sonra altından çıxmaq çətin olur. Yadında saxla ki, burada ən qorxulu şey düşüncədir. Özünü düşünməkdən gözlə...

– Hələ ki, qorxulu bir şey düşünmürəm.

– Onda görünür, qarnıtox xoşbəxtlərdənsən. Atan tacirdirmi?

Fridunun da özü kimi kimsəsiz olduğunu eşitdikdə:

– Onda heç şey düşümədiyinə şübhə edirəm, – dedi, – çünki mən insanın bütün düşüncələrini müəyyən edən iqtisadi münasibətlər olduğuna inananlardanam. O, səsini yavaşıdıb, lap yaxına gəldi:

– Düzdür, buna bizdə marksizm deyirlər və onu ən qorxulu bir şey hesab edirlər. Hətta müəllimlər Marksın iqtisadi nəzəriyyəsindən bərnaməyə¹ əsasən səthi və qələt məlumatı da verərkən qorxudan titrəyirlər. Buna baxmayaraq, o mənə çox maraqlı görünür. Necə baxırsan, həmyerli?..

Fridun:

– Əzizim, belə şeylər məni maraqlandırmır, – deyə dərhal getmək bəhanəsilə ondan ayrıldıqda, Qurban Mərəndi qabağına keçdi:

– Həmyerli, mən səni vicdan sahibi hesab edərək, bu sözləri danışdım ha!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İyirmi birinci fəsil

Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.

27 min
İyirmi ikinci fəsil

1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.

28 min
İyirmi üçüncü fəsil

Ayaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?

34 min
İyirmi dördüncü fəsil

Ağır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”

24 min

Poems by other poets