Ləbinə əhli-nəzər can dedilər, gerçəkmiş
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ləbinə əhli-nəzər can dedilər, gerçək imiş,Ağzına nükteyi-pünhan dedilər, gerçək imiş.
Ləlini xətti ilə sormuşam ərvahə, onuXızr ilə çeşməyi-heyvan dedilər, gerçək imiş.
Adəmin surətinə səcdə qılanlar ki, səniGördülər, surəti-rəhman dedilər, gerçək imiş.
Dedilər qamətinə sidrə kəmal əhli, vəli,Xəlq onu sandı ki, yalan dedilər, gerçək imiş
Surətin münkirinə elm ilə iman əhli,Ona kim, div ilə şeytan dedilər, gerçək imiş.
Cənnətin əhli ki, üzün bağın, ey cənnətü hur,Rövzeyi-xüld ilə rizvan dedilər, gerçək imiş.
Qələmin sirrini həqdən bilən ol taifə kim,Ənbərin xəttinə reyhan dedilər, gerçək imiş.
Möcüzat əhli ki, yazısı ilə surətinə,“Lövhi-məhfuz” ilə Quran dedilər, gerçək imiş,
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Nəsimi, ki nəzər əhli vücudun evinə-Laməkan gəncinə viran dedilər, gerçək imiş.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-lebine-ehli-nezer-can-dediler-gercekmis
Use ← → keys to move, R for a random poem