Mənim rəhbanımü deyrim, səlibim, dinim, imanım
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Mənim rəhbanımü deyrim, səlibim, dinim, imanım,Həbibim, rahətim, ruhim, rəfiqim, munisim, canım.
Nurumsan, zülmətim, narım, şəbimsən, rövşənim, şəm’im,Münəvvər nurumü hurim, nəimü xüldü rizvanım.
Təbibim, şərbətim, dürdüm, nabatım, şəkkərim, qəndim,Əlacım, mərhəmim, çarəm, Calunis ilə Loğmanım.
Bənbövşəm, sünbülüm, vərdim, rəyahin, zanbağım, laləm,Əbirim, ənbərim, udum, gülüm, qönçəm, gülüstanım.
Kitabım, müshəfim, dərsim, hədisim, əbcədim, lövhüm,Səlatım, taətim, zöhdüm, savabım, həccü ərkanım.
Rəmimü gorumü cismim, dü eynim, fikrimü əqlim,Amanım, adətim, fitnəm, təbiət ünsürü qanım.
Maqta — the closing couplet bearing the poet’s pen name. Nəsimi çün səni buldu, kəsildi cümlə varından,Hamudan sevgilim sənsən, mənim sərvi-xuramanım.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-menim-rehbanimu-deyrim-selibim-dinim-imanim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Yoxdur mənə səndən uca, səndən böyük insan,Rəhmət sənə, rəhmət, Ata, insanlığa şansan!
Gizli sevgiBəzən saatlarla mən düşüncəyə dalıram,Uzaqlara həsrətlə baxa-baxa qalıram.
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
Könlüm səni istərYüz gər mənə canan ola, könlüm səni istər,Yüz afəti-dövran ola, könlüm səni istər