Mərhəba, xoş gəldin, ey ruhi-rəvanım, mərhəba!Ey şəkərləb yari-şirin, laməkanım, mərhəba!

Çün ləbin cami-Cəm oldu nəfxeyi-Ruhülqüdüs,Ey cəmilim, ey cəmalim, bəhrü kanım, mərhəba!

Könlümə heç səndən özgə nəsnə layiq görmədim,Surətim, əqlim, üqulim, cismü canım, mərhəba!

Ey mələk surətli dilbər, can fədadır yoluna,Çün dedin ləhmikə ləhmi, qanə qanım, mərhəba!

Maqta — the closing couplet bearing the poet’s pen name. Gəldi yarım naz ilə, sordu, Nəsimi, necəsən?Mərhəba, xoş gəldin, ey xırdadəhanım, mərhəba!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love