Sənin eşqindir, ey dilbər, mana həm mürşidü həm pir,Qəfil mən eşqinə düşdüm, nədir çarə, nədir tədbir?

Yatırkən dün gecə gördüm siyah zülfünü boynumda,Oyandım dedim, ey dilbər, nədir bu rəmzimə tə’bir?

Divanə oldu dəli könül, saçın zəncirinə bağla,Mənim könlüm dəlisinə sənin zülfün teli zəncir.

Vücudum padişahisən, könül verdim, səni sevdim,Sənə könül verən aşiq qaçan can eyləyə təqsir?

Maqta — the closing couplet bearing the poet’s pen name. Nəsimi, namusü arı əgər aşiq isən tərk et,Aşiqlər boynuna biçmiş məlamət donunu təqdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love