Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı!Nə də bu aləm əra dil muqəyyədi-qəm olaydı!
Nə hicr atəşinə odlanıb yanaydı dilim ki,Nə eşqin icrə konul boylə şadu xurrəm olaydı!
Nə sərv qəddin olaydı, nə bəsrətinlə gozum kur,Nə rüzgari-fəraqində qamətim xəm olaydı!
Nə bəhr olaydı, nə umman, nə boylə goz yaşı cari,Nə gül üzündə, ilahi, bu nov-şəbnəm olaydı!
Nə gül olaydı, nə gülzari-gulşənin dəxi seyri,Nə xari-mohnəti-bülbül səninlə möhkəm olaydı!
Nə Misr olaydı, nə Kənan, nə həzrəti-Yəqub,Nə xar olub qəmi-hicranda, qərqi-matəm olaydı!
Nə cah olaydı, nə zindan, nə karvan guzəri,Nə Yusifi bu bəlada gorən bir adəm olaydı!
Nə bəzm olaydı, nə bazari-Yusif əhvalı,Nə rəhguzərdə Züleyxa qəmlə həmdəm olaydı!
Maqta — the closing couplet bearing the poet’s pen name. Nə ah olaydı, nə əfsus, nə parə-parə konul,Nə Natəvanın, ilahi, həvəsi dəhrəm olaydı
Kitabxana.az · https://kitabxana.az/en/works/natavan-ne-men-olaydim-ilahi-ne-de-bu-alem-olaydi
Use ← → keys to move, R for a random poem
More by this author
Söylə Hüseynə, ey səba, Kərbübəlaya gəlməsün,Gəlsə, düşər bu dəştidə dərdü bəlayə, gəlməsün.
Bahar əyyamıdır, acıldı güllər, ey cavan sənsizBahar əyyamıdır, acıldı güllər, ey cavan sənsiz!Təəccübdür, nədən divanə olmaz Natəvan sənsiz?
Əgərçi xoşdu mənə ətri, həm səfası gülünƏgerçi xoşdu məne etri, hem səfası gülün,Cəfası çoxdu, nə hasil ki, yox vəfası gülün.
Dilbəra, dərdi-dilimdən belə ünvan etdimDilbəra, dərdi-dilimdən belə ünvan etdimKi, qəmi-hicrdə dil mülkünü viran etdim.
Poems by other poets · Divine love
Tut orucu, qıl namazı,Allahına xidmət elə.
Bir qəndildən bir qəndilə taxıldımBir qəndildən bir qəndilə taxıldım,Türab olub yer üzünə yaxıldım,
Vəfalı mənəmBilən bilir ki, məhəbbətdə haqq sədalı mənəmGözəl zəmanəmizin gərdişindən halı mənəm.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,