Dəhşətli dərs
Səhər tezdən durub yuxudan ana,Belə dərs deyirdi öz uşagına.— Bu gün biz səninlə gedirik birgə,Qızım, üzümüzə gün doğdu, bəlkə."Çörək pulu verin bədbəxt yetimə!"Əl aç, bu cür söylə, incə səsinlə!— Mən yetim deyiləm!— Yox, elə demə!Ay qız, ağıllı ol, ananı dinlə!
Qız baxır, bədəni əsdikcə tir-tir.— Dünya amansızdır, neyləyək, qızım!Atan altı aydır maaş gətirmir,Deyirsən, acından biz ölək, qızım.Xəstə atanı da sıxır dərd, qubar,Sənin səndən kiçik qardaşın da var...
Axşam qayıtdılar pərişan, yorğun,Onlarda dilənçi xisləti varmı?— Ağzına su alıb sən niyə susdun,Səndən ev dərdinə qalan olarmı?
Kədərlə dilləndi qız aram-aram,Qəlbdə yuva salmış dərd ki, ələm ki...— Ana məcbur etmə! Mən bacarmaram!..— Həyat məcbur edir, mən etmirəm ki...
Yenə küçələrə yollandı onlar,Hərə fağır-fağır durdu bir tində.Gəlib şəstlə keçdi boynu yoğunlar —Quruyub bulağı səxavətin də.
Qız yenə dinmədi, sakitcə durdu,Baxırdı hər ötən nadan harına.Onun səsi çıxmır, qəhər boğurdu,Yağış qarışırdı göz yaşlarına.
İslanıb yağışla,Donub küləklə,Onlar evə döndü bircə çörəklə.
Yenə də sabahın qorxusuyla qız,Yatağa uzandı üz-gözündə tər.Uçdu bir aləmə yuxusuyla qız,Çörəklər görürdü, isti çörəklər.
Şimşəklər yağdırdı göy şaraq-şaraq,Sanki qanad çaldı məşum yarasa.Titrətmə, qızdırma qucaqlaşaraqÇəkib aparırdı qızı harasa.
Sanki ağ kəfəndi, ağ buludlar daGünəş çiçəyiydi nur saçaq-saçaq.Qız elə aləmə uçurdu, orda,Bir daha heç kəsə əl açmayacaq!
Elə bil hay qopduDüzdə, dərədə,O, quruyan çaymı, uçulan dağmı?Təhqirli bir dərsi öyrənməsə də,Bu dərd kimlərəsə dərs olacaqmı?
Qapqara bəlalar,Yağır qar kimi,Donduq soyuğundan dəhşətli dərsin.Qoy durub ən böyük günahkar kimi,Bu dərsə cavabı zəmanə versin.
18-19 may 1995
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-dehsetli-ders
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Sâkîyâ nevrûz geldi mihr-i cânı depredürBilünün işvesine bah ki ne cânı depredür
Doğma musiqiQopardı ruhumu bu gün yerinden,Elimin qəlbindən gələn nəğmələr.
DünyadaVarlıya dost olub,kasıba gülmə,Çox da havalanıb,coşma dünyada.
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,