Yenə divanəydi şahanə könlüm,cahanda sığmırdı cahana könlüm.Dünyanın ən ucqar, ən sakit yeri,qolumun üstüydü səndən ötəri.

Sən dedin beləcə daşa dönəydik,mən dedim daşa yox, quşa dönəydik.Uçaydıq, doyunca nəfəs alaydıq,yerə enməyəydik, göydə qalaydıq.Üzərrik yandırıb sən duz ataydın,qolumun üstündə bir az yataydın.

Sən dedin quş olsaq, bizi vurarlar,daş olsaq, dəyməzlər, dinc oturarlar.Mən dedim daş olsaq, görərlər bizi,götürüb divara hörərlər bizi.

Yandıq bu eşq ilə, bu arzu ilə,bu arzuya əhsən, bu eşqə əhsən.Daşa dönmüşlərin içində hələ,daşa dönməyəni bizik deyəsən.Hələ məhəbbətə inanan bizik,yanıb içimizdə kül olan bizik.Allah, ya daş eylə: divarda qalaq,ya bizi quş eylə, yanına qalxaq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets