Sevda İbrahimova bəstələmişdir

Mənə elə gəlir görüşəcəyik,uzun sürməyəcək bu həsrət, bu qəm.Sonra təəssüflə gülüşəcəyik,sənə necə gəlir... onu bilmirəm.

Mənə elə gəlir, mənim çiçəyim,gedər küsümüz də bir dəfə görsəm.Genişdir, böyükdür sənin ürəyin,sənə necə gəlir... onu bilmirəm.

Mənə elə gəlir, haraya getsəngözündə, könlündə yalnız tək mənəm.Sən məni unuda bilməyəcəksən,sənə necə gəlir... onu bilmirəm.

Mənə elə gəlir, yaşamaq olmaz,günəşsiz, havasız-belədir aləm.Həmdəmsiz çətindi... söz çox, ömür az,sənə necə gəlir... onu bilmirəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets