İma sumak
Gah şehli gül üstəcəh-cəh vuran bülbül oldun,Gah sıldırım qayalardavüqarlı qartal,Gah çöllər sultanıqaragözlü maral;Gah dağlardan şırıl-şırıl axanbüllur bulaq oldun.Gah küləkdə yırğalananyaşıl yarpaqlı budaq oldun.Yamsıladın quşların, suların dilini,ağacların, böcəklərin,rüzgarın dilini.Səsində meşələr səltənətihəzin bir nəğməylə dilə gəldi.Təbiətin rəngləri, ahəngləribir qadın sinəsindən yüksəldi.Günəşə alqış dedin,lənət dedin zülmətə.Təzim etdin, ehtiram göstərdinelindəki hər sevimli adətə.
Susuzluqdancadar-cadar olanda torpaq,Həzin bir ana yalvarışıylagöylərdən yağmur dilədin,Duydun zəlzələni, fəlakətihamıdan qabaq,Elin dərdiylə, kədəriylə inlədin.Nur şəlaləsi kimiçağladı məhəbbətin;Uzaq eldən gələn qonaq,incədir, şairanədirsənətin.Sənətkarsan!Elin dərdinə yana-yanaağlayırsan,İnsanların ürəyininəğmələrinlə dağlayırsan.İncə nəğməli gözəl,şirin, məzəli gözəl,Dilini anlayıram,Vətənini, elini anlayıram.Azadlıq nəğmələrihər yerdə bir dildədir.Azadlıq arzularıuzaq-yaxın çox eldədir.Qovuşsun azadlığadili dustaq,eli dustaq,nəğmələri əsir olanlar.Gələcək bir günhəsrətini çəkdiyinŞəfəqləri əlvan geyimli bahar.Nəğmələr əsir olmayacaq,kəsəcək səsini hicran təranələri,Dünyanın hər yerində yüksələcəkAzadlıq nəğmələri ancaq.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-ima-sumak
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Nazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
Necə gülüm?Dostum, deyirsən ki, gül, həmişə gül!Səni sağaltsa da gülüş sağaldar.
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
SevdiyimBurada könlüm asayiş tutmazİstər ki yanına vara sevdiyim