Gəncliyimi sənə verdim, bu möhlətdən şirinsənmiş.
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Gəncliyimi sənə verdim, bu möhlətdən şirinsənmiş.Nə cür ölüm qarşında mən, bu fürsətdən şirinsənmiş.
Gözlərimdə yaş olsan da, işıq alır ürək səndən,Can möhnətim, bunu bil ki, sən işrətdən şirinsənmiş.
Hardan tapım incə sözü, nə cür verim qiymətini?Sən daddığım, dadmadığım hər nemətdən şirinsənmiş.
Savaşın da, barışın da yağ-bal dadır damağımda,Mehrin qədər qəhrin də xoş... hər cəhətdən şirinsənmiş.
Maqta — the closing couplet bearing the poet’s pen name. Nizaminin həyat dürrü sənin bir vəslinə qurban,Hər nə versəm ucuz olar, hər qiymətdən şirinsənmiş.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-gencliyimi-sene-verdim-bu-mohletden-sirinsenmis
Use ← → keys to move, R for a random poem