Günüm batdı, gəl, ay bədrim, bir anlıq gəl, amanım ol!
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Günüm batdı, gəl, ay bədrim, bir anlıq gəl, amanım ol!Sən eşqimsən, uzaq gəzmə, evim ol, aşiyanım ol!
Kəsil həmdəm, solub rəngim sinəmdən sil pası, jəngi,A dərdim qaynağı, dərman, güman sənsən, gümanım ol!
Ləbin kövsər - bulaqvan... həyatın ilk səbəbkarı,Dişimdə tutmuşam canım, gəl, ey canım, həyanım ol.
Gözün qurbanı, hirslənmə, sevinsəm, gül, kədərlənmə.Qanımla oynama, cana, canımla oyna, canım ol.
De, yetməzmi, vurub atəş, durub gendə, oda baxdın?Tapaq gülşən, yapaq şənlik, suda qönçəm, fidanım ol.
Qəmər saçlım, hilal qaşlım, Ayın bədri, gülün çətri!Qulun qulluqda amadə, buyur, gəl, hökmranım ol.
Maqta — the closing couplet bearing the poet’s pen name. Yaşıl tağım, İrəm bağım, uca sərvim, süsən bərgim,Nizami dərdinə son qoy, gülüstanım, cahanım ol!
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-gunum-batdi-gel-ay-bedrim-bir-anliq-gel-amanim-ol
Use ← → keys to move, R for a random poem
More by this author
چو خسرو دید ماه خرگهی راچمن کرد از دل آن سرو سهی را
Khosrow and Shirin, chapter 69جوابش داد سرو لالهرخسارکه دایم باد دولت بر جهاندار
Khosrow and Shirin, chapter 70دگر باره جهاندار از سر مهربه گلرخ گفت کاِی سرو سمنچهر
Khosrow and Shirin, chapter 71دگر ره لعبت طاووسپیکرگشاد از دُرج لؤلؤ تَنگ شکر