Görün, önündə aşiqin şiri necə şikar edər
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Görün, önündə aşiqin şiri necə şikar edər,Pələng kimi cavanları, bir anda biqərar edər.
Çəkib də kirpiyindən ox, o əyri yayda saxlayır,Nə işdi ki, vurulmamış bu qəlbim ahü zar edər.
Alıb ləbin sorağını, dağıtmışam libasımı,Görün, bu mey nə meydi ki, içilməmiş xumar edər.
Dedim o daş ürəklidən vəfa görüm, nə çarə ki,Mənim bu şişə könlümü ələmlə səngsar edər.
Şəbin visalı hər səhər alışdırır xəyalımı,O hər gecə bu könlümü, görün, nə tarümar edər.
Xəzinədirsə möhnətin, xərabələrdə məskən et,Qərarsız könüldə, sor, nədən qəmin qərar edər?
Maqta — the closing couplet bearing the poet’s pen name. Nə qədr zalım olsa da, Nizami, əl götürmə sən!Gül istəyən cəfa çəkib, tikanla ruzigar edər.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-gorun-onunde-asiqin-siri-nece-sikar-eder
Use ← → keys to move, R for a random poem
More by this author
Oh scribe, may God bless thy morning. Since I have laid down my pen, take thou it up,Because this design surpasses high heaven. It makes my pen paint many-coloured pictures.
Sharafnama, chapter 1O God, World -Sovereignty is Thine:From us (slaves, or creatures) adoration comes; God-head (Lordship) is Thine!
Sharafnama, chapter 2O great-One! O greatness-Bestower! I am friendless;Thou art my aid-giver and aid-arriver.
Sharafnama, chapter 3The special messenger of the Omnipotent;The arriver of the " strong-proof " (to the people of the world):