Hüsnün gözəl ayətləri, ey sevgili canan!Olmuş bütün aləmdə sənin şəninə şayan.

Gəl eylə inayət, mənə ver busə ləbindən,Çünki gözəlin busəsidir aşiqə ehsan.

Sordum ki, “könül hardadır”, aldım bu cavabı:“Heç sorma, tapılmaz onu axtarsa da insan”.

Rəhm eylə, deyib, sel kimi göz yaşımı tökdümKim, qanım ilə əl yuma, ey afəti-dövran!

İnsafın əgər varsa, açıq de, bu Nizami,Sənlə necə rəftar eləsin, ey mahi-taban?

Maqta — the closing couplet bearing the poet’s pen name. Gəl söylə, cavabın nə olar sorğu zamanı,Əhvalımı səndən soruşarsa Qızıl Arlsan?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love