بیا ساقی آن شربت جانفزا‌یبه من ده که دارم غمی جانگزا‌ی

مگر چون بدان شربت آرم نشاطغمی چند را در نوردم بساط

چو صبح از دم گرگ برزد زبانبه خفتن درآمد سگ پاسبان

خروس غنوده فرو کوفت بالدهل‌زن بزد بر تبیره دوال

من از خواب آسوده برخاستمبه جوهر‌کِشی خاطر آراستم

طلبکار گوهر که کانی کَنَدبه پندار امید جانی کند

به خوناب لعلی که آرد به چنگستیزه کند با دل خاره سنگ

چه پنداری ای مرد آسان‌نیوش‌!که آسان پر از دُر توان کرد گوش‌؟

گر انجیر‌خور مرغ بودی فراخنبودی یک انجیر بر هیچ شاخ

گزارنده پیکر این پرندگزارش چنین کرد با نقشبند

که چون بامداد‌ان چراغ سپهرجمال جهان را برافروخت چهر

به جلوه برآورد خورشید دستعروسانه بر کرسی زر نشست

سکندر به آیین شاهان پیشبر آراست بزمی در ایوان خویش

غلامان گل‌چهره دلربا‌یکمر بر کمر گرد تختش به پای

گهی باده می‌خورد بر یاد کیگهی گنج می‌ریخت بر باد می

نشسته چنین چون یکی چشمه نورکه آواز‌ِ داد آمد از راه دور

خبر برد صاحب‌خبر نزد شاهکه مشتی ستمدیدهٔ دادخواه

تظلم زنانند بر شاه رومکه بر مصریان تنگ شد مرز و بوم

رسیدند چندان سیاهان زنگکه شد در بیابان گذرگاه تنگ

سواد جهان را چنان در نبشتکه سودا در آمد در آن کوه و دشت

بیابانیانی چو قطران سیاهاز آن بیش کاندر بیابان گیاه

چو کوسه همه پیر کودک سرشتبه خوبی روند ار چه هستند زشت

نه رویی که پیدا کند شرمشاننه بر هیچکس مهر و آزرمشان

همه آدمی‌خوار و مردم‌گزا‌یندارد در این داوری مصر پای

گر آید به یارگیری شهریاروگر نی به تاراج رفت آن دیار

نه مصر و نه افرنجه مانَد نه رومگدازند از آن کوهِ آتش چو موم

ز جمعی چنین دل پراکنده‌ایمدگر حکم شه راست ما بنده‌ایم

شه دادگر داور دین پناهچو دانست که‌آورد زنگی سپاه

هراسان شد از لشگر‌ِ بی‌قیاسنباید که دانا بود بی‌هراس

ارسطو‌ی بیدار‌دل را بخواندوزین دَر بسی قصه با او براند

وزیر خردمند پیروز رایبه پیروزی شاه شد رهنما‌ی

که برخیز و بخت‌آزمایی بکنهلاک چنان اژدهایی بکن

برآید مگر کاری از دست شاهکه شه را قوی‌تر کند پایگاه

شود مصر و آن ناحیت رام اوبرآید به مردانگی نام او

دگر دشمنان را درآرد به خاکشود دوست پیروز و دشمن هلاک

سکندر به دستوری رهنمونز مقدونیه برد رایت برون

یکی لشگر انگیخت کز تَرک و تیغفروزنده برقش برآمد به میغ

ز دریا سوی خشگی آورد رایدلیلش سوی مصر شد رهنما‌ی

همه مصریان شهری و لشگر‌یپذیره شدندش به نیک‌اختر‌ی

بفرمود شه کز لب رود نیلکند لشگر‌ش سوی صحرا رحیل

به پرخاش زنگی شتابان شدنددو اسبه به سوی بیابان شدند

دلیران به صحرا کشیدند رختبه کین‌خواه زنگی کمر کرده سخت

چو زنگی خبر یافت که‌آمد سپاهجهان گشت بر چشم زنگی سیاه

دو لشگر برابر شد آراستهشد آزرم‌ها پاک برخاسته

ز نعل سمندان پولاد میخزمین را ز جنبش برافتاد بیخ

ز بس نعره که‌آمد برون از کمینفرود اوفتاد آسمان بر زمین

ز گرز گران‌سنگ چالش‌گر‌انشده ماهی و گاو را سر گران

ز شوریدن بانگ چون رستخیربه وحش بیابان درآمد گریز

چو بر جنگ شد ساخته سازشانگریزنده شد دیو از آوازشان

به جایی گرفتند جای نبردکه گرما ز مردم بر آورد گرد

زمینی ز گوگرد بی‌آب‌ترهوایی ز دوزخ جگر‌تاب‌تر

ز تنّین به غور آمده غار‌هادر او فتنه را روز بازار‌ها

در آن جای غولان وطن ساختندچو غولان به هر گوشه می‌تاختند

چو گوهر فرو برد گاو زمینبرون جَست شیر سیاه از کمین

بر آفاق شد گاو گردون دلیربرآمد ستاره چو دندان شیر

شب از ناف خود عطر‌سایی گشادجهان زیور روشنایی نهاد

برون شد یزک‌دار دشمن‌شناسیتاقی کمر بست بر جای پاس

ستاره درآمد به تابندگیبرآسود خلق از شتابندگی

به یک جای هم روم و هم زنگبارفرومانده زنگی و رومی ز کار

Ey saqi, ver könül açan bir şərbət,Dərdim var, getdikcə etmədə şiddət.

Olsun bu ürəyim o şərbətlə şad,Məni dərd-qəmdən eyləsin azad.

Gəldi qurd ağzından sübhün nəfəsi,Keşikçi itinin kəsildi səsi.

Xoruzlar çırpındı, çaldı qol-qanad,Təbillər səsindən canlandı həyat.

O dadlı yuxudan oyandım yenə,Sarıldım cavahir düzmək fikrinə.

Cavahir istəyən qazar mədəni,Gövhər ümidilə sökər bədəni.

Bir ləli zəhmətlə gətirər ələ,Çarpışar daşların daş ürəyilə.

Nə sandın, ey asan eşidən insan,Dinlənilməz zəngin kəlmələr asan.

Bağda çox olsaydı əncir yeyən quş,Ağaclar əncirdən qalardı bomboş.

Bu ipək pərdəni nəqş edən insan,Belə nəql etmişdir öz ustadından:

Elə ki, fələyin çırağı səhərDünyanı nuriylə etdi münəvvər,

Günəş əlvan şəfəq saçdı hər yana,Gəlintək oturdu qızıl taxtına.

İskəndər qədimki ayində durdu,Eyvanda şövkətli bir məclis qurdu.

Qol-qola tutaraq gözəl qulamlarTaxtının yanında tutdular qərar.

Gah Kəyan adına qaldırır qədəh,Gah gövhər saçaraq edirdi fərəh.

Bir nur çeşməsiydi, oturmuşdu şən,Aman səsi gəldi uzaq ellərdən.

Məclisdə padşaha etdilər məlum:“Amana gəlmişdir bir yığın məzlum.

Kömək istəyirlər Rum sultanından,Deyirlər: Misrə çox dar oldu cahan.

Zəncilər axınla gəlmiş bu səfər,Dolaşmaq çətindir, tutmayır çöllər.

Ordularla dolmuş bu böyük cahan,Çöllərdə hakimdir qorxu, həyəcan.

Hamısı çöllüdür, qətrandan qara,Çöllərin otu da çatmaz onlara.

Uşaq təbiətli hər yaşlı kosaŞən həyat keçirir çirkin də olsa.

Nə bir utanacaq üzləri vardır,Nə də sevgi saçan gözləri vardır.

Bunlar insan yeyər, ilantək sancar,Misrin buna qarşı nə qüvvəti var?

Köməyə çatmazsa böyük tacidar,Qarət gedəcək o zəngin diyar.

Misir, Rum, Əffəncə olar tarmar,Mum kimi əriyər o odlu dağlar.

Bu haqsız axından pərakəndəyik,Şah, fərman sizindir, bizlər bəndəyik”.

O dinin pənahı, adil hökmüdar,Bildi ki, Zəncidə hədsiz qoşun var.

O hədsiz ordudan qorxdu hökmüran,Qorxusuz olurmu ağıllı insan?

İskəndər vəziri tez dəvət etdi,Onunla ətraflı məsləhət etdi.

Ağıllı, bilikli, hünərli vəzir,Müzəffər olmağa tökdü bir tədbir:

“Qalx” - dedi, - bəxtini sına, zamandır,Belə əjdəhanı məhv etmək şandır.

Zəfərlər yaratsa ordunun əli,Daha möhkəm olur şahlıq təməli.

Misir də, Zənci də olur sənə ram,Mərdlikdə alarsan yenilməz bir nam.

Ölkədən silinsə azğın düşmənlər,Xainlər kor olar, dostların gülər”.

Rəhbərin əmriylə o gənc hökmüranBayrağı ucaltdı Makedoniyadan.

Topladı süngülü, qılınclı əsgər,Qılınc şəfəq atdı buluda qədər.

Dənizdən quruya çıxınca ordu,Tərpəndi, bir daha Misirdə durdu.

Misir xalqı ilə silahlı əsgərBu işi uğurlu bir fal bildilər.

Padişah əmr etdi, Nil sahilindənKeçərək, çöllərdə tutsunlar məskən.

Yedəkli at ilə axsın meydana,Döyüşdə verməsin aman düşmana.

İgidlər düzüldü yola hər nə var,Zəncinin kininə bel bağladılar.

O coşğun ordunu görüncə zənci,Gözündə qaraldı dünya sevinci.

Ordular çıxınca qarşı-qarşıya,Üzlərdən büsbütün silindi həya.

O polad misralı atlar nalındanGözündən titrədi o köhnə cahan.

Meydandan o qədər ucaldı nərə,Sanki göy saraldı, töküldü yerə.

Coşdu toppuz, yağdı mancanaq daşı,Əyildi öküzün, balığın başı.

İnsanlar bağırır, kişnəyir atlar,Dünyanın gözü kor, qulaqları kar.

Bu səs-küy elə bir qiyamət açdı,Vəhşilər qorxaraq çöllərdən qaçdı.

Döyüşə başlarkən hər iki əsgər,Divləri sarsıtdı ucalan səslər.

Elə yerdə idi bu döyüş, inan,Qubar gətirirdi adam yanğından.

Kükürdün tozutək qupquru çöllərCəhənnəm kimiydi, yanırdı ciyər.

Sərin su yox idi ağudan başqa,Bir də günəşdəki yanğıdan başqa.

Baxırdı əjdaha kimi hər mağar,O yerdə hər fitnə açmışdı bazar.

Orda ki, yaşayır qulyabanılar,Yaşayıb, hər yerə soxulur onlar.

Ləli yer öküzü udduğu zamanPusqudan sıçradı qapqara aslan.

Gecənin zülməti dünyanı sardı,Aslanın dişitək ulduz ağardı.

Gecənin göbəyi yayırdı ətir,İşıqdan dünyaya açmışdı çətir.

Düşməni tanıyan növbətçi əsgərYollara çıxaraq keşik çəkdilər.

Ulduzlar yer-yerdən doğmuşdu parlaq,Xalq oldu zəhmətdən, kədərdən uzaq.

Qaranlıq çöküncə Rum və ZəngibarVuruşdan yorulub axşamladılar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets