Sharafnama, chapter 21
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
بیا ساقی آن راوق روحبخشبه کام دلم در فشان چون درخش
من او را خورم دلفروزی بودمرا او خورد خاک روزی بود
چه نیکو متاعیست کار آگهیکزین نقد عالم مبادا تهی
ز عالم کسی سر برآرد بلندکه در کار عالم بود هوشمند
به بازی نپیماید این راه رانگه دارد از دزد بُنگاه را
نیندازد آن آلت از بار خویشکزو روزی آسان کند کار خویش
میفکن کول گرچه خوار آیدتکه هنگام سرما به کار آیدت
کسی بر گریوه ز سرما بمردکه از کاهلی جامه با خود نبرد
گزارندهٔ شرح شاهنشهیچنین داد پرسنده را آگهی
که دارا چو لشگر به ارمن کشیدتو گفتی که آمد قیامت پدید
نبود آگه اسکندر از کار اوکه آرد قیامت به پیکار او
رسیدند زنهاریان خیل خیلکه طوفان به دریا درآورد سیل
شبیخون دارا درآمد ز راهز پولادپوشان زمین شد سیاه
پژوهندهای گفت بدخواه مستشب و روز غافل شد آنجاکه هست
بر او شاه اگر یک شبیخون کندز ملکش همانا که بیرون کند
سکندر بخندید و دادش جوابکه پنهان نگیرد جهان آفتاب
ملک را به وقت عنان تافتنبه دزدی نشاید ظفر یافتن
پژوهندهای دیگر آغاز کردکه دارا نهچندان سپه ساز کرد
که آن را شمردن توان در قیاسکسانیکه هستند لشگر شناس
سکندر بدو گفت یک تیغ تیزکند پیه صد گاو را ریزریز
سپه را جوابی چنان ارجمندبلند آمد از شهریار بلند
خبر گرمتر شد همی هر زمانکه آمد به روم اژدهایی دمان
سکندر چو دانست کان تند میغبه تندر برآرد همی برق تیغ
فرستاد تا لشگر از هر دیارروانه شود بر در شهریار
ز مصر و ز افرنجه و روم و روسشد آراسته لشگری چون عروس
چو انبوه شد لشگر بیکرانعدد خواست از نام نامآوران
خبر داد عارض که سیصد هزاربرآمد دلیران مفرد سوار
چو شد ساخته کار لشگر تمامیکی انجمن ساخت بی رود و جام
نشستند بیدارمغزان رومبه مهر ملک نرم کردند موم
شه از کار دارا و پیگار اوسخن راند و پیچید در کار او
چنین گفت کاین نامور شهریارکمر بست بر جستن کارزار
چه سازیم تدبیرش از صلح و جنگکه آمد به آویختن کار تنگ
اگر برنیاریم تیغ از نیامبه مردی ز ما برنیارند نام
وگر تاج بستانم از تاجوربه بیداد خود بسته باشم کمر
کیان را کی از ملک بیرون کنم؟من این رهزنی با کیان چون کنم؟
بترسم که اختر بدین طیرگیبداندیش ما را دهد چیرگی
چه تدبیر باشد در این رسم و راهکزو کار بر ما نگردد تباه؟
به اندیشه خوب و رای صوابپدید آورید این سخن را جواب
جهاندیده پیرانِ بیدارهوشچو گفتار گوینده کردند گوش
به پاسخ گشادند یکسر زباندعا تازه کردند بر مرزبان
که سرسبز باد این همایون درختکه شاخش بلند است و نیروش سخت
به تاج و به تختش جهان تازه بادسر خصم او تاج دروازه باد
همه رای او هست چون او درستدرستی چه باید ز ما باز جست
ولیکن ز فرمان او نگذریمبه جز راه فرمان او نسپریم
چنان در دل آید جهان دیده راهمان زیرکان پسندیده را
که چون کینهور شد دلِ کینهخواههمه خار وحشت برآمد ز راه
تو نیز آتش کینه را برفروزکه فرخ بود آتشِ کینهسوز
تو سَروِ نوی، خصمْ بیدِ کهنکجا سر کشد بید با سروبن
کهن باغ را وقت نو کردن استنوان در حساب درو کردن است
به دیبای این دولت تازه عهدعروس جهان را برآرای مهد
بداندیش تو هست بیدادگربپیچد رعیت ز بیداد سر
چه باید هراسیدنت زان کسیکه دارد هم از خانه دشمن بسی
قلم درکش آیین بیداد راکفایت کن از خلق فریاد را
ز خصم تو چون مملکت گشت سیربه خصمافکنی پای در نِه دلیر
تنوری چنین گرم در بند نانره انجام را گرمتر کن عنان
کجا شاه را پای ما را سر استدلی کاو کز این داوری بر در است
تمنای شه را که بر هم زند؟که را زهره باشد که این دم زند؟
بر این ختم شد رخصت رهنمونکه شه پیشدستی نیارد به خون
نگهدارد آزرم تخت کیانبه خونریزی اول نبندد میان
سکندر چو در حکم آن داوریز لشگرکشان یافت آن یاوری
به دستوری رخصت راستانبه لشگرکشی گشت همداستان
یکی روز کز گردش روزگاربدست آمدش طالعی اختیار
به فالی همایون به ترتیب راهبفرمود کز جای جنبد سپاه
عنان تاب شد شاه پیروز جنگمیان بسته بر کین بدخواه تنگ
ز شمشیر پولاد چون شیر مستبه کشورگشایی کلیدی بهدست
سپاهی چو زنبور با نیشترز غوعای زنبور هم بیشتر
نشان جسته بود از درفش بلندکه ماند از فریدون فیروزمند
به وقتی که آن وقت سازنده بودفلک دوستان را نوازنده بود
بسی برتر از کاویانی درفشبه منجوق برزد پرندی به نقش
صنوبر ستونی به پنجه ارشبه پیراستن یافته پرورش
برو اژدها پیکری از حریرکه بیننده را زو برآمد نفیر
زده بر سر از جعد پرچم کلاهچو بر کله کوه ابر سیاه
به فرسنگها بود پیدا ز دورعقابی سیهپَر و بالَش ز نور
شد آن اژدها با چنان لشگریبه سر بر چنان اژدها پیکری
جهان کرد از آشوب خود دردناکز بهر چه؟ از بهر یک مشت خاک
از این گربه گون خاک تا چندچندبه شیری توان کردنش گرگ بند
جهان یک نوالهست پیچیده سردر او گاه حلوا بود گه جگر
فلک در بلندی زمین در مغاکیکی تشت خون شد یکی تشت خاک
نبشته برین هر دو آلوده تشتچو خون سیاوش بسی سرگذشت
زمین گر بضاعت برون آوردهمه خاک در زیر خون آورد
نیفتد درین تشت فریاد کسکه بر بسته شد راه فریادرس
چو فریاد را در گلو بست راهگلو بسته به مرد فریاد خواه
به ار پرده خود حصاری کنیبه خاموشی خویش یاری کنی
Ver, saqi, ruh verən parlaq şərabdan,Ondan işıqlansın qəlbim hər zaman.
Mən onu içərsəm verər səadət,O məni yeyərsə doğar fəlakət.
Ayıqlıq nə böyük dövlətmiş, bilsən,Əliboş olmamaq dünya nəqdindən.
Dünyada o şəxsin ucalar başı,Çox sayıq davranır hər işə qarşı,
Şüurla ölçər bu həyat yolunu,Oğrudan qoruyar öz var-yoxunu.
Bir şey ki işini edəcək asanYükündən götürüb atma heç zaman.
Əskiklik versə də, atma kürkünü,Səni qar, soyuqdan saxlar qış günü.
Gədikdə bir eşşək öldü soyuqdan,Çulsuz çıxmış idi o tənbəl heyvan.
Keçən padşahları öyrənmiş bir pir,Soruşan kimsəyə belə nəql edir:
Dara ordusunu Ərmənə çəkdi,Sanki hər tərəfə qiyamət çökdü.
İskəndər bu işdən tutmadı xəbər,Qarşıya çıxarsın qızğın bir məhşər.
Məzlumlar axaraq gəldi hər yandan,Dedilər: “Coşğun sel qoparır tufan”.
Daranın ordusu edərkən səfərPolad geyimlərdən qaraldı yerlər.
Bir casus söylədi: “Düşmən sərxoşdur,Durduğu yerlərdə qafil olmuşdur.
İskəndər bir basqın etsə qəflətənBir anda çıxarar onu mülkündən”.
İskəndər gülərək söylədi cavab:“Gizlində qalmağı sevməz afitab.
Yararmı döyüşdə böyük İskəndərAdi quldur kimi qazana zəfər?”
Başqa bir casus da belə dəm vurdu:“Düşmənin gətirir hədsiz bir ordu.
Qoşun işlərini mükəmməl bilənAncaq saya bilər onu təxminən”.
Ən qısa bir cavab verdi İskəndər:“Bir qılınc yüz öküz bağrını dələr.
Acıqlı canavar - o kinli heyvan,Qorxarmı qoyunun çox olmasından?”
Uca şəhriyarın mətin sözləriİnandırdı buna hər bir əsgəri.
Get-gedə böyüdü bu qızğın xəbər,Ölkəyə yaxındır o qorxunc əjdər.
İskəndər bildi ki, o bir buludtək,Gələcək, qılıncı saçacaq şimşək.
Bütün ölkələrə göndərdi xəbər:“Durmadan dərgaha yığılsın əsgər!”
Rumdan, Əfrəncədən, Misirdən, RusdanBir ordu bəzədi gəlindən rəqsan.
Ordu toplanınca uca İskəndərƏmr etdi sayından verilsin xəbər.
Sayçılar məlumat verdi padşaha:Altı yüz min əskər gəlmiş dərgaha.
Hər yandan yığışıb gəlincə ordu,Çalğısız, içkisiz bir məclis qurdu.
Aqillər yığılıb uca dərgahaVerdilər diqqətlə qulaq padşaha.
İskəndər söz açdı bütün işlərdən,Daranın açdığı o döyüşlərdən:
“Şübhə yox, - dedi, - o adlı tacidarBizimlə döyüşə vermişdir qərar.
Hərb üçün, sülh üçün fikriniz nədir?Düşmən çox yaxındır, göstərin tədbir.
Çıxmasa bu kəskin qılınc qınından,Bizə kişi deməz bir nəfər insan.
Tac-taxt alarsam qoca Daradan,Zalım adlanaram bununla da mən.
Qıymaram çıxsın öz mülkündən Dara,Yamanlıq etmərəm, mən Kəyanlara.
Çünki qorxuram bu əməlim bu günDüşməni çıxarsın bizlərə üstün.
Bu yolda düzgün bir tədbir göstərin,Sonunda işimiz olmasın çətin.
Düşünüb söyləyin sağlam bir fikir,Bu döyüş haqqında fikriniz nədir?”
Bilikli, şüurlu, ayıq, hünərvərBaşçılar diqqətlə çox dinlədilər.
Hörmətlə hamısı dil tökdü ona,Padşaha etdilər çox dua, səna:
“Uğurlar doğsun bu yaşıl ağaca,Kökləri möhkəmdir, adısa uca.
Taxtınla, tacınla dünya qurulsun,Qapında düşmənin başı tac olsun.
Doğrudur təmamən şah buyuranlar,Bir də biz onları edəkmi təkrar?
Əmrindən dönmərik, sözün fərmandır,Padşahın yolunda canlar qurbandır.
İndi ki sorursan, ey dana, zəki,Bizim fikrimizə belə gəlir ki,
Kinli bir ürəyə kin dolan zamanKeçdiyi yollarda göyərər tikan.
Sən də kin odunu eylə şöləvər,Kin yaxan bir atəş tikan təmizlər.
O, qoca söyüddür, sən gənc sənubər,Söyüdlə sənubər olmaz bərabər.
Yenidən abad et bu köhnə bağı.Torpaqdan təmizlə köhnə alağı.
Bu təzə dövlətin al qumaşındanGəlintək bəzənsin o köhnə cahan.
Şübhəsiz zalımdır amansız düşmən,Xalq boyun qaçırır onun zülmündən.
Elə bir düşməndən niyə qorxursan,Evinin içi də özünə düşman.
Zülmün ayininə birdən çək qələm,Xalqının qəlbindən silinsin ələm.
Düşməndən məmləkət doymuşdur cana,Atıl üzərinə mərdi-mərdana.
İsti təndir artıq çörək istər, dur,Atının başına odlu yüyən vur.
Baş qoyarıq hara sən ayaq qoysan,Bizdə yox əmrindən boyun qaçıran.
Sənin istəyini kim poza bilər?Əmrindən çıxmağa kimdə var hünər?”
Sözləri bununla bitirdi: “AncaqSən bu qan tökməyə qoyma ilk ayaq.
Kəyanın taxtına göstər sən hörmət,Öncə qan tökməyə gəl etmə cürət”.
Hamının fikrini şah öyrənərək,Bildi sərkərdələr edəcək kömək.
Doğrular sözünü tutaraq getdi,Ordu yetirməyə o gün əmr etdi.
Dövr edən günlərdən seçərək bir gün,Uğurlu taleyi olurkən üstün
Mübarək fal ilə andı səfəri,Orduya verildi hərəkət əmri.
Kəməri belində kin ilə sıxdı,Parlayan yüyəni aydan işıqdı.
Qızmış aslan kimi etdi tacidarQılıncı dünyanın fəthinə açar.
Neştərli arıydı qaynaşan ordu,Arı pöhrəsindən artıq idi bu.
Firidun padşahdan yadigar qalanO uca Dirəfşi tanırdı çoxdan.
O uğurlu bayraq düzələn zamanNazlardı dostunu bu qoca dövran.
Bayrağı “Dirəfşi-Gavə”dən yüksəkÇəkdi mahlıcına göy rəngli ipək.
Tam əlli arşındı uca sütunu.Zinət öz qoynunda bəsləmiş onu.
İpəyin üstündə müdhiş əjdaha,Baxanlar qorxudan baxmaz bir daha.
Qıvırcıq qara bir qotaz başında,Sanki bir buluddur dağın qaşında.
Bir qara qartaldı, qanadı nurdan,Görürdü onu hər uzaqdan baxan.
Tərpəndi əjdaha heybət əsgərlər,Başında əjdaha peykər İskəndər.
Dünya bu şurişdən dəhşət alaraq,Nə üçün? - Bir ovuc torpaqçün ancaq!
Hiyləgər dünyaya aldanma, burax,Qurdu asanlıqla olur bağlamaq,
Qapaqlı xonça bil köhnə dünyanı,Gah halva yedirir, gah ciyər qanı.
Yer çuxur, göy isə uca və parlaq,Biri qan teştidir, o biri torpaq.
Hər teştin üstündə yazılmış çoxdanSiyavuş qanıtək bir çoxlu dastan.
Bir məhsul verər bu dünyanın bağı,Al qana batırır bütün torpağı.
Bu teştə kimsənin girməz naləsi,Köməyə buraxmaz bu yol heç kəsi,
İndi ki, fəryada yetişməz bir kəs,Kömək istəyənlər çıxarmasın səs.
Səsinə pərdənlə çək mətin hasar,Sakit bir yaşayış eylə ixtiyar.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-serefname-21
Use ← → keys to move, R for a random poem
More by this author
Come, cup-bearer! that pure ruby (the wine of senselessness)Bring; wash this one grief-stained (for God).
Sharafnama, chapter 20Come, cup-bearer! that mirror-like cupGive to me; because in the hand the place of the wine-cup (is) best.
Sharafnama, chapter 22Come, cup-bearer! that fire, repentance-consuming (wine of senselessness),Kindle in the hearth of my brain.
Sharafnama, chapter 23In the name of the great God, the justice-dispenser,Who gave us a share of all His knowledge:
Poems by other poets
Dərdimə dərman qılan ol gözləri şəhla imiş,Qaşlarıdır kabə qövseyn zülfi ev əbna imiş.
GülEy gözəl, ülki əsl-fəsl babın gəldi gül,Ol ənasir xak, badın, atəş, abın gəldi gül,
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Mürəbbə: Nə fəğan eylərsən, ey dəli könülNə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.