بیا ساقی آن می‌که جان پرورستبه من ده که چون جان مرا درخوَرست

Saqi, can bəsləyən bir mey ver mana,Bir mey ki, can kimi gərəkdir cana.

مگر نو کند عمر پژمرده رابه جوش آرد این خون افسرده را

Solmuş çiçəyimə təravət versin.Soyumuş qanıma hərarət versin,

یکی روز خرم‌تر از نوبهارگزیده‌ترین روزی از روزگار

Çiçəkli bahartək bir gülşən gündə,Ruzgardan seçilmiş gözəl, şən gündə.

به مهمان شه بود خاقان چیندو خورشید با یکدیگر همنشین

Şaha Çin xaqanı gəlmişdi qonaq,İki parlaq günəş bir oturaraq,

ز روم و ز ایران و از چین و زنگسماطین صفها برآورده تنگ

Zəncidən, Yunandan, Çindən, İrandan,Qonaqlar səf çəkmiş hər iki yandan.

به می چهرهٔ مجلس آراستهز روی جهان گرد برخاسته

Məclisin üz-gözü mey ilə şəndi,Dünyanın çöhrəsi tozsuz gülşəndi.

دران خرمیهای با ناز و نوشرسیده ز لب موج گوهر به گوش

İçki şənliyində gövhərdən dalğa,Söyləyən dodaqdan axır qulağa.

سخن می‌شد از کار کارآگهانکه « زیرک‌ترین کیستند از جهان ؟»

İş bilən kəslərdən açıldı söhbət:Dünyada bilikcə kim tapmış şöhrət?

زمین‌خیز هر کشور از دهر چیست ؟به هر کشور از پیشه‌ها بهر چیست ؟

Dəyərli şey çıxar hansı torpaqdan?Sənətcə dünyada kim almış ad-san?

یکی گفت نیرنگ و افسونگریز هندوستان خیزد ار بنگری

Birisi söylədi: “Cadu və hiyləHindlidən baş verir, baxsan diqqətlə”.

یکی گفت بر مردم شور‌بختز بابِل رسد جادویی‌های سخت

O biri söylədi: “Bəxti yatanlarHər sayaq cadunu Babildən alar”.

یکی گفت کاید گه اتفاقسرود از خراسان و رود از عراق

Başqası söylədi: “Verir ən şaqraqXanəndə Xorasan, çalğıçı İraq”.

یکی گفت بر پایهٔ دسترسزبان‌وَرتر از تازیان نیست کس

Birisi söylədi: “Yüksəkdir, əlbət,Ərəbin dilində olan fəsahət”.

یکی گفت نقاشی اهل رومپسندیده شد در همه مرز و بوم

Birisi dedi: “Rum nəqqaşı, əlbət,Dünyada qazanmış böyük bir şöhrət”.

یکی گفت نشنیدی ای نقش‌بین !؟که افسانه شد در جهان نقش چین

O biri söylədi: “Görmədin, nədir,Çin naxşı dillərdə bir əfsanədir”.

ز رومی و چینی دران داوریخلافی برآمد به فخر‌آوری

Deyişmə coşdurdu Rum ilə Çini,Yenməyə başladı biri-birini.

نمودند هر یک به گفتار خویشنموداری از نقش پرگار خویش

Hər biri fikrini isbat edərəkNaxış pərgarından göstərdi örnək.

بران شد سرانجام کار اتفاقکه سازند طاقی چو ابروی طاق

Deyişmə sonunda verildi qərar,İki qaş tağıtək bir tağ qursunlar!

میان دو ابروی طاق بلندحجابی فرود آورد نقشبند

Bu tağa hər iki qaş arasındanBir örtü çəkilsin müəyyən zaman.

بر این گوشه رومی کند دستکاربر آن گوشه چینی نگارد نگار

Rumlu bir guşədə sənətə dursun,Çinli bir bucaqda naxışlar vursun.

نبینند پیرایش یکدیگرمگر مدت دعوی آید به سر

Müəyyən saatlar gəlməmiş başaBaxmasın heç biri digər naxışa,

چو زان‌کار گردند پرداختهحجاب از میان گردد انداخته

Yalnız bu iş sona vardığı zamanQalxsın bu asılı pərdə ortadan.

ببینند کز هر دو پیکر کدامنو آیین‌تر آید چو گردد تمام

Görsünlər bu iki incə naxışdan,Hansıdır ən təzə, incəlik saçan!

نشستند صورتگران در نهفتدر آن جفته طاق چون طاق جفت

Ustalar oturdu bir nəqqaş kimi,İki tağ altında iki qaş kimi.

به کم مدت از کار پرداختندمیان بَر ز پیکر برانداختند

Axıra yetincə müəyyən zamanÖrtüyü çəkdilər iki naxışdan.

یکی بود پیکر دو ارژنگ راتفاوت نه هم نقش و هم رنگ را

Hər iki “Ərjəng”in birdi peykəri,Vurduğu naxışı, rəngi, zivəri.

عجب ماند ازان کار نظارگیبه عبرت فرو ماند یکبارگی

Onlara baxınca heyrətdə qaldı,Hər iki surətdən bir ibrət aldı.

که چون کرده‌اند این دو صورت نگاردو ارتنگ را بر یکی سان گزار

Nə sayaq çəkmişlər iki peykəri,Surətcə birindən seçilməz biri?

میان دو پرگار بنشست شاهدرین و در آن کرد نیکو نگاه

Oturdu şah iki tağ arasına,Heyrətlə bir ona baxdı, bir buna.

نه بشناخت از یکدگر بازشاننه پی برد بر پردهٔ رازشان

Seçmədi onları biri-birindən,Tutmadı bir xəbər gizli sirindən.

بسی راز از آن در نظر باز جستنشد صورت حال بر وی درست

Nə qədər diqqətlə eylədi nəzər,İşin içüzündən tutmadı xəbər.

بلی در میانه یکی فرق بودکه این می‌پذیرفت و آن می‌نمود

Arada incə bir fərq vardı, biriSurəti göstərir, alır o biri.

چو فرزانه دید آن دو بتخانه رابدیع آمد آن نقش فرزانه را

Bəlinas baxdıqda içki surətə,Əsrarlı sənətdən düşdü heyrətə.

درستی طلب کرد و چندان شتافتکزان نقش سر رشته‌ای باز یافت

Çalışdı, ortaya çıxsın həqiqət,Naxışdan keçirdi ələ bir hikmət,

بفرمود تا درمیان تاختندحجابی دگر در میان ساختند

Əmr etdi, durmadan əsrar öyrənənOrtaya bir pərdə çəksin yenidən.

چو آمد حجابی میان دو کاخیکی تنگدل شد یکی رو فراخ

Elə ki, ortadan asıldı pərdə,Biri zövqə daldı, o biri dərdə.

رقمهای رومی نشد زاب و رنگبرآیینهٔ چینی افتاد زنگ

Rumlunun lövhəsi parladı yenə,Pas düşdü çinlinin saf güzgüsünə.

چو شد صفهٔ چینیان بی نگارشگفتی فرو ماند از آن شهریار

Naxışsız qalınca çinlinin tağı,Padşahın gül kimi açdı yanağı,

دگر ره حجاب از میان برکشیدهمان پیکر اول آمد پدید

Pərdəni aradan bir də çəkdilər,Göründü hər iki tağda bir peykər.

بدانست کان طاق افروختهبه صیقل رقم دارد اندوخته

Bildi ki, o parlaq naxışlı tağaHər naxış əks edir başdan ayağa.

در آنوقت کان شغل می‌ساختندمیانه حجابی برافراختند

Yan-yana işlərkən iki sənətkar,Arada pərdədən çəkmişdi hasar.

به صورتگری بود رومی به پایمصقل همی کرد چینی سرای

Rumlu bir lövhəni çəkirmiş gözəl,Çinli də lövhəyə verirmiş seyqəl.

هر آن نقش کان صفه گیرنده شدبه افروزش این سو پذیرنده شد

Parlarkən çinlinin vurduğu naxışRumlunun şəklindən əksi alırmış.

بر آن رفت فتوی دران داوریکه هست از بصر هر دو را یاوری

Yarışın sonunda qərar verdilər:Hər iki sənətkar göstərmiş hünər.

نداند چو رومی کسی نقش بستگه صقل چینی بود چیره دست

Rumluya çatmaz bu, naxış tökməkdə,Çinli də üstündür siqəl çəkməkdə.

شنیدم که مانی به صورتگریز ری سوی چین شد به پیغمبری

Eşitdim, olmaqçın Çinə peyğəmbər,Reydən Çinə getdi Mani surətgər.

ازو چینیان چون خبر یافتندبران راه پیشینه بشتافتند

Elə ki, bu xəbər yayıldı Çinə,Axdılar o gələn yolun səmtinə.

درفشنده حوضی ز بلور ناببران راه بستند چون حوض آب

Yolunda axar su hovzuna bənzər,İşıqlı büllurdan hovuz çəkdilər.

گزارندگیهای کلک دبیربرانگیخته موج ازان آبگیر

Rəssamın fırçası vurdu yaraşıq,Üstündən dalğalar oynadı sıx-sıx.

چو آبی که بادش کند بی قرارشکن برشکن می‌دود برکنار

Hərəkət verirdi sanki ruzigar,Sahili öpürdü çoşğun dalğalar.

همان سبزه کو بر لب حوض رستبه سبزی بران حوض بستند چست

Hovuz ətrafına naxışlar vuran,Çəkdi çay yanında bitən otlardan.

چو مانی رسید از بیابان دوردلی داشت از تشنگی ناصبور

Mani çox uzaq bir eldən gəlirkən,Yolçunu susuzluq salmışdı əldən.

سوی حوض شد تشنه تشنه فرازسر کوزهٔ خشک بگشاد باز

O hovzu görüncə səbirsiz qaçdı,Boş, quru kuzənin ağzını açdı.

چو زد کوزه در حوضهٔ سنگ بستسفالین بد آن کوزه حالی شکست

Doldurmaq fikrilə vurdu daş hövzə,Əlində qırıldı o saxsı kuzə!

بدانست مانی که در راه اوبُد آن حوضهٔ چینیان چاه او

Bildi ki, çinlilər bu yolda aşkar,Hovuzla ona bir quyu qazmışlar.

برآورد کلکی به آیین و زیبرقم زد برآن حوض مانی فریب

Çıxardı naxışlar açan bir qələm,Aldadan hovuza vurdu bir rəqəm.

نگارید ازان کلک فرمان‌پذیرسگی مرده بر روی آن آبگیر

Baş əyən qələmlə əl işlədərək,Çəkdi hovuz üstə ölü bir köpək.

درو کِرم جوشنده بیش از قیاسکزو تشنه را در دل آمد هراس

Cəmdəyə hər yandan daraşmış qurdlar,Görüncə susuzun ürəyi çatlar.

بدان تا چو تشنه در آن حوض آبسگی مرده بیند نیارد شتاب

Hovuza susuzlar edərkən axın,Ölü it görüncə getməsin yaxın.

چو در خاک چین این خبر گشت فاشکه مانی بران آب زد دور باش

Sürətlə yayıldı Çinə bu xəbər,“Uzaqlaş” naxşını vurdu surətgər.

ز بس جادویی‌های فرهنگ اوبدو بگرویدند و ارژنگ او

Gördülər mahirdir, onda sehr var,Maniyə, “Ərjəng”ə sığındı onlar.

ببین تا دگر باره چون تاختمسخن را کجا سر برافراختم

Bax, yenə səyirtdim ikinci kərə,Çəkdim söz başını baxın nə yerə!

جهاندار با شاه چین چند روزبه رخشنده می بود رامش فروز

Neçə gün bir yerdə İskəndər, xaqanZövq aldı qədəhdən, meydən, çalğıdan.

زمان تا زمان مهرشان می‌فزودهم این را هم آن را جهان می‌ستود

Get-gedə məhəbbət artırdı, gerçək,Onu da, bunu da öyürdü fələk.

بدو گفت روزی که دارم بسیچگرم پیش نارد فلک پای پیچ

Bir gün şah söylədi ona: “Ruzigar,Bir əngəl açmasa, səfər fikrim var.

که گردم سوی کشور خویش بازز چین سوی روم آورم ترکتاز

İradəm dönməkdir yenə yurduma,Mən Çindən tərpənmək istərəm Ruma”.

جوابش چنین داد خاقان چینکه ملک تو شد هفت کشور زمین

Ona hörmət ilə söylədi xaqan:“Sənindir bu dünya, sənindir dövran!

به اقبال هر جا که خواهی خرامتویی قبله هر جا که سازی مقام

Hər yerə üz qoysan bu taleyinlə,Ayaq basdığın yer hər kəsə qiblə.

کجا موکب شه کند تاختنز ما بندگان بندگی ساختن

Atını hər yerə çapsa hökmüranBorcumuz qulluqdur ona hər zaman”.

ز فرهنگ خاقان و بیداریَشعجب ماند شه در وفاداریش

Çox heyrət etdi şah bu ayıqlığa,Ondakı vəfaya və sayıqlığa,

به سالار چین هر زمان بزم شاهفروزنده‌تر شد ز خورشید و ماه

İskəndər məclisi xaqana hər an,İşıqlı göründü Günəşdən, Aydan.

کمر بست خاقان به فرمانبریبه گوش اندرون حلقهٔ چاکری

Ürəklə xidmətə başladı xaqan,Şahın xidmətində durdu hər zaman.

به آیین خود نزل شه می رساندبدان مهر خود را به مه می‌رساند

Şah üçün dəyərli bəxşiş gətirdi,Bununla başını Aya yetirdi.

اگر چه ملک داشت بالاترشزمان تا زمان گشت مولاترش

Hörmətlə tutduqca onu hökmüran,Dostluğu daha da artırdı xaqan.

چو پایه دهد مرد را شهریارنباید که برگیرد از خود شمار

Hər kəsə padişah böyüklük versə,Dikbaş olmamalı elə bir kimsə.

به بالاترین پایه پستی کندهمان دعوی زیردستی کند

Hər zaman kiçiklik yoluyla getsin,Özündən ucaya alçaqlıq etsin,

شه آن کرد با چینیان از شرفکه باران نیسان کند با صدف

Neysandan nə şərəf almışsa sədəf,Çinə də şah verdi elə bir şərəf.

ز پوشیدنی‌های بغداد و رومکه بود آن گرامی در آن مرز و بوم

Bağdadda və Rumda nəfis görünən,Hər çeşid qiymətli o geyimlərdən,

به شاهان چین دستگاهی نمودکه در قدرت هیچ شاهی نبود

Verdi Çin şahına elə bir dəcgah,Onu görməmişdi heç bir padişah,

ز بس خسروی خوان که در چین نهادز پیشانی چینیان چین گشاد

Şahanə bəxşişlər doyurdu Çini,Çinlinin alnından açıldı çini.

به چین درنماند از خلایق کسیکه خزی نپوشید یا اطلسی

Qalmadı o böyük Çində bir nəfərGeyməsin xəz, atlaz, zərif geyimlər.

چو بنمود شاه از سر نیکویبدان تنگ چشمان فراخ ابروی

Etdi İskəndərin gördüyü bu işO dargözlülərin qaşını geniş.

چو ابروی شه بود پیوندشانبه چشم و سر شاه سوگندشان

Şahın kip qaşıtək dostluq bərkişdi,İskəndər başına hamı and içdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets