Sharafnama, chapter 9
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
بیا ساقی آن آب یاقوتواردر افکن بدان جام یاقوت بار
سفالینه جامی که می جان اوستسفالین زمین خاک ریحان اوست
علم برکش ای آفتاب بلندخرامان شو ای ابر مشگین پرند
بنال ای دل رعد چون کوس شاهبخند ای لب برق چون صبحگاه
به بار ای هوا قطره ناب رابگیر ای صدف در کن این آب را
برا ای در از قعر دریای خویشز تاج سر شاه کن جای خویش
شهی که آرزومند معراج توستزمین بوس او درةالتاج توست
سکندر شکوهی که در جمله سازشکوه سکندر بدو گشت باز
زمین زندهدار آسمان زنده کنجهان گیر دشمن پراکنده کن
طرفدار مغرب به مردانگیقدر خان مشرق به فرزانگی
جهان پهلوان نصرةالدین که هستبر اعدای خود چون فلک چیرهدست
مخالف پس اندیش و او پیش بینبداندیش کم مهر و او بیشکین
خداوند شمشیر و تخت و کلاهسه نوبت زن پنج نوبت پناه
به رستم رکابی روان کرده رخشهم اورنگ پیرای و هم تاج بخش
شهان را ز رسمی که آیین بودکلید آهنین گنج زرین بود
جز او کاهن تیغ روشن کندکلید از زر و گنج از آهن کند
چو آب فرات آشکارانوازچو سرچشمه نیل پنهان گداز
اگر سایه بر آفتاب افکنددر آن چشمهٔ آتش آب افکند
وگر ماه نو را براتی دهدز نقص کمالش نجاتی دهد
گر انعام او بر شمارد کسیبدان تا کند شکر نعمت بسی
ز شکر وی آن نعمت افزون بودولی نعمتی بیش از این چون بود
فلک وار با هر که بندد کمربر آب افکند چون زمینش سیر
بریزد در آشوب چون میغ اوسر تیغ کوه از سر تیغ او
هر آنچ او نموده گه کارزارنه رستم نموده نه اسفندیار
صلاح جهان آن شب آمد پدیدکه از مولد این صبح صادق دمید
کجا گام زد خنگ پدرام اوزمین یافت سرسبزی از گام او
به هر دایره کو زده ترکتازز پرگار خطش گره کرده باز
بران بقعه کاو بارگی تاختهزمین گنج قارون برانداخته
بر آن دژ که او رایت انگیختهسر کوتوال از دژ آویخته
اگر دیگران کاصلشان آدمیستهمه مردمند او همه مردمیست
ندانم کس از مردم روشناسکزان مردمی نیست بر وی سپاس
ز بس ناز و نعمت کزو راندهاندولینعمت عالمش خواندهاند
اگر مردهای سر آرد ز گوربگیرد همه شهر و بازار شور
هزاران دل مرده از عدل شاهشود زنده و خصم ناید به راه
چو عیسی بسی مرده را زنده کردبه خلقی چنین خلق را بنده کرد
جهان بود چون کان گوهر خراببه آبادی افتاد ازین آفتاب
زمین دوزخی بود بی کار و کشتبه ابری چنین تازه شد چون بهشت
ز هر نعمتی کایدش نو به نودهد بخش خواهندگان جو به جو
به هر نیکوی چون خرد پیبردجهان یاد نیک از جهان کی بود
گر از نخل طوبی رسد در بهشتبه هر کوشکی شاخ عنبر سرشت
رسد شرق تا غرب احسان اوبه هر خانهای نعمت خوان او
زهی بارگاهی که چون آفتابز مشرق به مغرب رساند طناب
به کیخسروی نامش افتاده چستنسب کرده بر کیقبادی درست
به هر وادیی کو عنان تافتهدر منه به دامن درم یافته
ز کنجش زمین کیسه بر دوختهسمن سیم و خیری زر اندوخته
کجا گنج دانی پشیزی در اوکه از گنج او نیست چیزی در او
چو از تاج او شد فلک سر بلندسرش باد از آن تاج فیروزمند
زهی خضر و اسکندر کایناتکه هم ملک داری هم آب حیات
چو اسکندری شاه کشورگشایچو خضر از ره افتاده را رهنمای
همه چیز داری که آن درخورستنداری یکی چیز و آن همسرست
چو دریا نگویم گران سایهایهمانا که چون کان گرانمایهای
چو در صید شیران شعار افکنیبه تیری دو پیکر شکار افکنی
چو در جنگ پیلان گشائی کمنددهی شاه قنوج را پیل بند
اگر شیر گور افکند وقت زورتو شیر افکنی بلکه بهرام گور
چه دولت که در بند کار تو نیستچه مقصود کان در کنار تو نیست
بسا گردن سخت کیمخت چرمکه شد چون دوال از رکاب تو نرم
دو شخص ایمنند از تو کایی به جوشیکی نرم گردن یکی سفته گوش
به عذر از تو بدخواه جان میبردبدین عهد رایت جهان میبرد
چو برگشت گرد جهان روزگارز شش پادشه ماند شش یادگار
کلاه از کیومرث تختگیرز جمشید تیغ از فریدون سریر
ز کیخسرو آن جام گیتی نمایکه احکام انجم درو یافت جای
فروزنده آیینهٔ گوهرینمودار تاریخ اسکندری
همان خاتم لعل بر دوختهبه مهر سلیمانی افروخته
بدین گونه شش چیز در حرف تستگواه سخن نام شش حرف تست
جز این نیز بینم تو را شش خصالکه بادی برومند ازو ماه و سال
یکی آنکه از گنج آراستهدهی آرزوهای ناخواسته
دویم مردمی کردن بی قیاسعوض باز ناجستن از حقشناس
سوم دل به شفقت برآراستنستمدیده را داد دل خواستن
چهارم علم بر ثریا زدنچو خورشید لشگر به تنها زدن
همان پنجم از مجرم عذر خواهز روی کرم عفو کردن گناه
ششم عهد و پیمان نگهداشتنوفا داری از یاد نگذاشتن
ز تو شش جهت بی روائی مبادوز این شش خصالت جدائی مباد
به پرواز ملکت دو شاهین به کاریکی در خزینه یکی در شکار
دو مار از برای تو توفیر سنجیکی مار مهره یکی مار گنج
جهان خسروا زیر هفت آسمانطرفدار پنجم توئی بی گمان
جهان را به فرمان چندین بلادستون در تست ذات العماد
همه شب که مه طوف گردون کندچراغ ترا روغن افزون کند
همه روز خورشید با تاج زربه پائین تخت تو بندد کمر
سپارنده پادشاهی به توسپرد از جهان هر چه خواهی به تو
بدان داد ملکت که شاهی کنیچو داور شوی داد خواهی کنی
که بازی کند بر پریشه زورنه پیلی نهد پای بر پشت مور
سپاس از خداوند گیتی پناهکه بیشست از این قصه انصاف شاه
به انصاف شه چشم دارم یکیکه بیند در این داستان اندکی
گر افسانهای بیند از کار دورنه سایه بر او گستراند نه نور
وگر بیند از در در او موج موجسراینده را سر برآرد به اوج
در این گنجنامه زر از جهانکلید بسی گنج کردم نهان
کسی کان کلید زر آرد به دستطلسم بسی گنج داند شکست
وگر گنج پنهان نیارد پدیدشود خرم آخر به زرین کلید
تو دانی که این گوهر نیم سفتچه گنجینهها دارد اندر نهفت
نشاط از تو دارد گهر سفتنمسزاوار توست آفرین گفتنم
خرد کاسمان را زمین میکندبرین آفرین آفرین میکند
چو فرمان چنین آمد از شهریارکه بر نام ما نقش بند این نگار
به گفتار شه مغز را تر کنمبگفت کان مغز در سر کنم
فرستم عروسی بدان بزمگاهکزو چشم روشن شود بزم شاه
عروسی چنین شاه را بنده بادبران فحل آفاق فرخنده باد
به اندازه آنکه نزدیک و دورچراغ جهان تاب را هست نور
گل باغ شه عالم افروز بادچراغ شبش مشعل روز باد
دریده دهن بد سگالش چو داغزبان سوخته دشمنش چون چراغ
نظامی چو دولت در ایوان اوشب و روز باد آفرین خوان او
ز چشم بد آن کس نیابد گزندکه پیوسته سوزد بر آتش سپند
ز سحر آن سرا را نیابی خرابکه دارد سفالینهای پر سداب
سداب و سپند رقیبان شاهدعای نظامی است در صبحگاه
Yaquta bənzəyən suyu, saqi, dur,Bu yaqut yağdıran qədəhə doldur.
Bu saxsı cama mey həyat axıdır,Onun reyhanının öz torpağıdır.
Ey uca Günəş, dur, bayrağını aç,Ey xuraman bulud, mişkin ətir saç.
Gurla, ey ildırım, şahın təblitək,Dan dodağı kimi gül, gül, ey şimşək.
Sən də saf qətrəni yağdır, ey bulud,Ey sədəf, qətrəni qucağında tut.
Ey inci, üzə çıx söz dənizindən,Sultanın tacında get, eylə məskən.
Şah ki yüksəlməni eyləyir arzu,Sənə şanlı tacdır yolunun tozu.
İskəndər qurduğu dövlət, əzəmət,Ona verilmişdir indi o şövkət.
Yerlərə, göylərə odur can verən,Böyük cahangirdir, düşmən devirən.
Məğribdə mərdlikdə hökmü rəvandır,Məşriqdə hünərlə o, Qədərxandır.
Cahan pəhləvandır, Nüsrətəddindir,Hökmü düşmənlərə qılınc təkindir.
Düşmən son düşünən, ürəyində kin,İstiqbal görəndir, ləqəbi Bişkin.
Qılınc sahibidir, tac verən şahdır,Üç növbət vurandır, beşə pənahdır.
Atını Rüstəmlər üstünə sürər,Həm taxtı bəzəyər, həm də tac verər.
Adətdir, dünyanın ulu şahları,Xəznəyə dəmirdən vurar açarı.
Bunun tək qılıncdan xəzinəsi var,Dəmirdir xəznəsi, qızıldır açar.
Fərattək səmimi bir dostluğu var,Nil kimi düşməni gizlində boğar.
Günəşə salsa o öz kölgəsini,Suyuyla söndürər od çeşməsini.
Bir nəzər salsa o yeni hilalə,Bədirlənib o da yetər kəmalə.
Onun bəxşişini sayan bir nəfərNə qədər ömrü var ona şükr edər.
Ona şükr etməklə neməti artar,Belə nemət verən, söylə, harda var?
Fələktək hər kəslə girsə meydana,Atar qalxanını torpaqtək suya.
Döyüşdə buluddur, elə ki, kükrər,Dağların başını qılıncla sökər.
Meydanda açdığı hünərlər ki, var,Nə Rüstəm göstərmiş, nə İsfəndiyar.
Bəxtiyar bir həyat başladı yerdə,Bu Günəş anadan doğan səhərdə.
Altında ağ atı keçsə hər yerdən,Ayağı dəydiyi yer olur gülşən.
Hansı bir qələdə parlatmış yüyən,Düyümü açmışdır pərgar xəttindən.
Hər şəhrə hünərlə qələbə çalmış,Qarun sərvətini əlinə almış.
Bayrağı qələyə sancdığı zaman,Bəyinin başını asmış qaladan.
Hamıda insanlıq bir təbiətdir,Bu başqa insandır, başqa xilqətdir.
Bildiyim ən adlı-sanlı kimsələrBu insanlığına təşəkkür edər.
Geniş ehsanı var, uca şövkəti,Adlanmış dünyanın vəlineməti,
Dirilsə bir ölü, qalxsa məzardan,Şəhəri, bazarı tutar həyəcan.
Min ölü dirilsə ədalətilə,Düşmənin ürəyi düzəlməz hələ.
İsatək nə qədər ölü diriltdi,Bu gözəl əxlaqla xalqı qul etdi.
Gövhər mədənitək dağılan dünyaBu günəşlə tapdı həyat və ziya.
Yer cəhənnəm idi - nə iş, nə tarla,Bir cənnət olmuşdu bu gənc baharla.
Hər yeni nemətdən dağıdır xalqa,Neməti çay kimi axıdır xalqa.
Yaxşılıq ardınca getsə hər zaman,Yaxşının adını unutmaz cahan.
Demirəm dənizdir uca şövkətin,Bir mədən qədər var ağır qiymətin.
Şahın da sarayı günəş kimidir,Məşriqdən məğribə uzatmış kəndir.
Cənnəti tutmuşsa Tuba ağacı,Hər budaq olmuşsa bir qəsrin tacı,
Ehsanı Şərq ilə Qərbə kök salmış,Hər ev süfrəsindən bir nemət almış.
Adı Keyxosrovla olmuş bərabər,Nəsəbi ucadır Keyqubad qədər.
Atını hansı bir səhraya çapmış,Hər qanqal ətəyi əşrəfi tapmış.
Yer, xəzinəsnindən bir çuval tikmiş,Xeyri zər toplamış, yasəmən gümüş.
Hansı xəzinəni açıb axtarsan,Onun sikkəsindən tapılar nişan.
Tac ilə başını ucaltmış fələk,Başında bu tacı olsun mübarək.
Dünyanın Xızrısan, İskəndərisən,Həm mülkün, həm həyat suyun var, əhsən.
Fəth etdin İskəndər kimi dünyanı,Xızrtək doğrultdun yoldan azanı.
Hər şeyin ucadır uca adıntək,Yalnız bir şeyin yox - tayın yox demək.
Aslanlar ovuna çıxdığın zamanBir oxla edərsən iki ov nişan.
Fillərlə döyüşdə atınca kəmənd,Qənnucun şahını edərsən filbənd.
Şir gur ovlayanda sən olsan orda,Nə ki şir, ovlarsan Bəhram Guru da.
Kim əyməz başını, əmr etsən: “Əyil!”Hansı dövlətdir ki, əlində deyil?
Sən at oynadarkən, məğrur boyunlar -Yəhər qayışıtək yumşalar onlar.
İki şəxs əmindir, sən qəhr edərkən:Bir sənə qul olan, bir boyun əyən.
Düşmən üzr istəsə, sən bağışlarsan,Bu mətin əhdinə qul olmuş dövran.
Dünyanın başına döndü ruzigar,Altı şahdan qalmış altı yadigar:
Kəyümərs padşahdan tacıdır nişan,Cəmşiddən bir qılınc, taxt Firidundan,
Camı Keyxosrovdan qalmış yadigar,Ulduzlar sirrini edər aşikar.
Ən parlaq bir güzgü, şəffaf bir gövhərQuraraq, yadigar qoymuş İskəndər.
Ləldən düzülən o parlaq üzük,Süleyman möhrüylə çil-çıraq üzük.
Saydığım altı şey məxsusdur sana,Adında altı hərf şahiddir buna.
Səndə bundan başqa altı xislət var,Bunlarla olarsan daim bəxtiyar:
Birinci - açıqdır xəzinən hər an,İstəməsələr də edərsən ehsan.
İkinci - kərəmin hesaba gəlməz,Haqqını biləndən almazsan əvəz.
Üçüncü - şəfqətlə alarsan ürək,Hər zaman məzluma edərsən kömək.
Dördüncü - taxmısan göylərə bayraq,Bir ordu yenərsən təklikdə ancaq.
Beşinci - günahkar olsa peşiman,Suçundan keçərsən onun hər zaman.
Altıncı - mətindir verdiyin qərar,Unudan deyilsən, gözəl vəfan var.
Bəzəyindir sənin bu altı cəhət,Səndən ayrılmasın bu altı xislət.
İki tərlan gərək ölkə qurmaqda,Xəzinə yığmaqda, şikar vurmaqda.
İki ilan gərək sənə, onlardan,Biri dövlət, biri xəznə qoruyan.
Yeddi göy altında, ey dünya şahı,Beşinci ölkənin sənsən pənahı.
Əmrində bu qədər ölkə, şəhər var,Qapında sütundur saraylı şahlar.
Hər gecə göylərdə dolanar qəmər,Sənin çırağına gəlib yağ tökər.
Günəş də başında tacı, hər səhərTaxtının önündə köləlik edər.
Sənə bu şahlığı bəxş edən kimsəVermişdir ürəyin nə istəmişsə.
Şahlıq et, verilmiş sənə ölkələr,Kömək ol, xalqlara ədalət göstər.
Çibin qanadını qırmasın tərlan,Fil də qarışqaya verməsin ziyan.
Allaha min şükür, min şükür, əlbət,Şahda yazdığımdan çoxdur ədalət.
Şahdan bir diləyim var mənim, ancaq,Mənim dastanıma nəzər salaraq,
Sönük bir əfsanə verərsə artıq,Üstünə nə kölgə salsın, nə işıq.
Rast gəlsə dalğalı incə, gövhərə,Başımı ucaltsın uca göylərə.
Bu “Şərəfnamə”də dünya sirrindənÇox xəznə açarı gizlətmişəm mən.
Hər kimin əlində olsa bu açar,Bir çox xəzinələr, tilsimlər açar.
O gizli xəznəni aça bilməsə,Verər qızıl açar şənlik o şəxsə.
Bilirsən, bu yarım yonulmuş gövhər,Qoynunda gizlətmiş nə xəzinələr?
Bu gövhər yonmağım səninlə şəndir,Afərin deməyim sənə səndəndir.
Ağıl ki, göyləri endirər yerə,Afərin söylər bu afərinlərə.
Şahdan alınmışdır belə bir əmr:“Adıma bir naxış bağla, ey şair!”
Şahın sözlərindən ilham alaraq,Ağıla, şüura bərk sarılaraq,
Vurum bu gəlinə elə yaraşıq,Şahın məclisini bürüsün işıq!
Ona bu şux gəlin olsun bir kəniz,Məclisdə, dünyada tutulsun əziz.
Dünyanı parladan çıraq nə qədərYaxını, uzağı nurilə bəzər.
Dünyanı parlatsın şahın gül bağı,Gündüz məşəl olsun, gecə çırağı.
Ağzı qarğa kimi cırılsın gərək,Yansın düşmən dili çıraq dilitək.
Uca dövlət kimi qonsun eyvana,Nizami afərin oxusun sana.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-serefname-9
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
MİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Deyə-deyəYığmadım dövləti, yığmadım malı,Ümidlə gəlmişəm var deyə-deyə.