The Treasury of Mysteries, chapter 4
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
تختهٔ اول که الف نقش بستبر در محجوبه احمد نشست
حلقهٔ حی را کالف اقلیم دادطوق ز دال و کمر از میم داد
لاجرم او یافت از آن میم و دالدایرهٔ دولت و خط کمال
بود درین گنبد فیروزه خشتتازه ترنجی ز سرای بهشت
رسم ترنج است که در روزگارپیش دهد میوه، پس آرد بهار
«کُنتُ نبیّا» چو علَم پیش بردختم نبوت به محمد سپرد
مه که نگیندانِ زبرجد شدهستخاتم او مهر محمد شدهست
گوش جهان حلقهکش میم اوستخود دو جهان حلقهٔ تسلیم اوست
خواجه مساح و مسیحش غلامآنت بشیر اینت مبشر به نام
امیِ گویا به زبان فصیحاز الف آدم و میم مسیح
همچو الف راست به عهد و وفااول و آخر شده بر انبیا
نقطهٔ روشنتر پرگارِ «کن»نکتهٔ پرگارترین سخن
از سخن او، ادب آوازهایوز کمر او، فلک اندازهای
کبر جهان گرچه بسر بر نکردسر به جهان هم به جهان در نکرد
عصمتیان در حرمش پردگیعصمت از او یافته پروردگی
تربتش از دیده جنایت ستانغربتش از مکه جبایت ستان
خامشی او سخن دلفروزدوستی او هنر عیبسوز
فتنه فرو کشتن ازو دلپذیرفتنه شدن نیز برو ناگزیر
بر همه سر خیل و سر خیر بودقطب گرانسنگ سبکسیر بود
شمع الهی ز دل افروختهدرس ازل تا ابد آموخته
چشمهٔ خورشید که محتاج اوستنیم هلال از شب معراج اوست
تختنشین شب معراج بودتخت نشان کمر و تاج بود
داده فراخی نفس تنگ رانعل زده خنگ شبآهنگ را
از پی باز آمدنش پای بستموکبیانِ سخن ابلق بهدست
چون تک ابلق به تمامی رسیدغاشیهداری به نظامی رسید
Əzəlin lövhəsində „əlif“ yazıldığı an,Asıldı kilid kimi Əhmədin qapısından.
„Əlif“ „hey“in eylədi halqasını hökmüran,Etdi „mim“dən bir kəmər, bir gərdənbəndsə „dal“dan.
Adlandı beləliklə o „mim“ və „dal“ sahibi,Dövlət dairəsində oldu kamal sahibi.
Kərpici firuzəyə bənzəyən bu günbəddəO bir gözəl turuncdur yetişmişdir cənnətdə.
Bu dünyada turuncun belə bir adəti var:Əvvəlcə meyvə verər, sonradan çiçək açar.
Peyğəmbərlik bayrağı ortaya gətirildi,Axırıncı nəbilik Məhəmmədə verildi.
Ay zəbərcəd üzükdür, nurladar dağı, daşı, —Məhəmmədin mehridir, bəlli ki, onun qaşı.
„Mim“inin halqasını yer qulağı daşıyar,Onun təslim bəndilə iki dünya yaşıyar.
O böyük yolçununsa İsa bir nökəridir,Onun adı bəşirdi, bunun adı mübəşşir.
Dərs almamış danışar fəsahətlə o, bilsən,Adəmin „əlif“indən, Məsihin də „mim“indən.
Əhdinə, vəfasına „əlif“ tək düzdür, bəli,Olmuşdur ənbiyanın axırı və əvvəli.
Varlıq pərgarının ən işıqlı nöqtəsidir,Mə’nalı sözlərin ən pərgarlı nüktəsidir.
Başında yerləşmədi dünyada qürurla, kin;Bu aləmdə heç nəyə baş əymədi gül təkin.
Ədəb onun sözündən bir şöhrət olsa gərək,Onun kəmərindənsə bir ölçüdür bu fələk,
Hərəmində oturur pərdədə ismətlilər,İsmət ondan pərvəriş tapdığından fəxr edər.
Onun türbəti gözdən cinayət aparandır,Qəribliyi Məkkədən bollu bac qoparandır.
Sükutu könüllərə işıq saçan, söz, gövhər,Dostluğu, amanlığı günah yandıran hünər.
Fitnə söndürməsini ürəkdən sevər könül,Vurulmaq zəruridir ona, tut xəbər, könül!
Hamıya başçıdır o, xeyir verməkdə başdır,Ağırdır, tez hərlənən qütüb adlı bir daşdır.
Bir ilahi şam kimi yandırmışdır qəlbini,Öyrətmiş əzəliyyət, əbədiyyət dərsini.
Ona möhtac günəşin çeşməsi hər bir zaman,Me’racın gecəsindən bir ayparadır, inan!
Dar nəfəsə genişlik verdi işlədib kamal,Göydə dan ulduzunun ağ atına vurdu nal.
Böyük bir intizarla o geri dönsün deyə,Sübhün ala atlısı diqqətlə baxır göyə.
Əbləgin yürüşüsə sona varanda ancaq,Nizamiyə yetişdi yəhər örtüyü tutmaq.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-sirler-xezinesi-4
Use ← → keys to move, R for a random poem
More by this author
چو صبح از خواب نوشین سر برآوردهلاک جان شیرین بر سر آورد
Khosrow and Shirin, chapter 114تو کز عبرت بدین افسانه مانیچه پنداری مگر افسانه خوانی
Khosrow and Shirin, chapter 115ببین ای هفت ساله قرهالعینمقام خویشتن در قاب قوسین
Khosrow and Shirin, chapter 116چنین گفت آن سخنپرداز شبخیزکزان آمد خلل در کار پرویز
Poems by other poets
Bir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
AxtarırDilbəra! Bu rind genə bir yağlı qurban axtarır,Bu qələtdir kim, deyərlər, əhli-iman axtarır.