Page 3 of 3 · 67%

– Məni bütün ağırlıqlarla mübarizəyə məcbur edən də budur, – deyə Nina şiddətlə ağladı.

Bu halda Səriyyə xala içəri girdi. Ninanın bu vəziyyətdə görərkən, o da öz qəlbinin xüsusiyyətlərini gizləyə bilməyib ağlayaraq:

– Nə üçün bu yazıq qızın qəlbinə toxundun? – dedi.

Nina gözlərini silərək Səriyyə xalaya müraciətlə:

– Get Təhminə xanıma söylə ki, mən nahara gəlməyəcəyəm, naharı burada yeyəcəyəm, – dedi və redikülündən altı qran gümüş pul çıxarıb Səriyyə xalaya bağışladı. Səriyyə xala getmək istədikdə mən:

– Onların ikisini də götürüb bura gətirərsən, – deyə tapşırdım. Nina daha danışmırdı. O, daim mənə acıqlandıqdan sonra sakit olur və acıqlandığına utanırdı.

– Danış görək, – deyə onu oxşayaraq soruşdum, – şəbnamələr konsulxanada nə kimi təsir bağışladı?

– Danışmıram! – deyə əlimi rədd etdi. Mən onun əlini tutub buraxmadım, divanın üstündə oturmağa məcbur etdim, oturdu, bir neçə dəqiqə danışmadı, başını aşağı salmışdı. Bir azdan sonra gözünün ucu ilə mənə baxdığını və gülmək istədiyini hiss edincə, bir daha onu təskin edərək dedim:

– Nina, bir gəncin gedəcəyi yolun böyük faizini getmişik. Bizim geri qayıdacaq yolumuz yoxdur. Səadətimiz gələcəkdədir. Biz o səadətin xatirəsinə müvəqqəti ağırlıqlara davam gətirməli və yabançı düşüncələrə meydan verməməliyik. Xüsusən sənin özün də acıqlanmaq, hətta bir qəlbi incitmək üçün yaranmamışsan. Hətta bunu bacarmırsan da, sənin gözlərin ağlayanda belə gülür, sənin acıqlanmağın belə insana bədii bir təsir bəxş edir, ruh yüksəkliyi verir.

Nina ayağa qalxdı, nahar süfrəsini düzəltməyə başladı, rəngi tamamilə dəyişmişdi. Bir az sonra tamamilə açılaraq:

– Konsulun öz dilindən eşitdiklərimi deyirəm, – dedi, – intibahnamələrin işi beş nəfər tələbənin işi deyildir. Mütəşəkkil bir cəmiyyət işidir, təşkilat yaradıcılığıdır. Bu iş bizim fikrimizi başqa bir tərəfə çevirmək üçündür. Mədrəsə təşkilatı olsa belə, müntəzəm bir təşkilatdır. Bu göstərir ki, Təbriz inqilabı hələ sönməmişdir, o, istədiyi vaxt öz qüvvəsini toplaya bilər. Bütün divarların bir gecə içində bəzənməsi Təbriz inqilabçılarının İngiltərə–Rusiyaya qarşı başlamaq istədiyi müsəlləh üsyandan daha mənalıdır. Bu hərəkat, gizli hərəkat tərbiyəsi almış yüzlərcə adamın hərəkatıdır. Bu qüvvət istədiyi zaman Təbrizi inqilab yuvasına döndərə bilər və müəyyən adamları terrorizə edə bilər. Kral və imperator hökumətləri buna qarşı laqeyd qalmamalıdırlar.

– Sonra necə oldu?

– İntibahnaməni Peterburq və Tehrana göndərdilər. Məhəlli hökumətə də nota verilmişdir. İntibahnamədə imperator və kral hökumətlərinin təhqir olunduqları qeyd edilməklə İran hökuməti məsul tutulur.

– Tutulan tələbələr nə deyirlər?

– Konsulxanaya gələn məlumata görə, mənzilindən intibahnamə çıxan tələbə onun Mirzə Həsən ağanın nökəri tərəfindən gətirildiyini söyləmişdir. Bunların hər ikisi rus himayəsindədir. Mirzə Həsən və Mirzə Kərim ağalardan bu barədə izahat istənilmişdir.

– Təbriz nəzmiyyəsinin izahatı haqqında bir söz eşitdinmi?

– Eşitdim. Nəzmiyyələrin dediyinə görə, gecə saat dörddə qoltuğunda ağ bağlama olan iki adamı təqib etdikdə onlar Hacı Səfərəli mədrəsəsinə girmişlər. Polisləri çağırdıqda həmən tutulan dörd nəfər tələbənin ikisini tanımışdır. Konsul Təbriz nəzmiyyəsindən heç də şübhələnmir. Bu barədə əmin ola bilərsiniz.

Nina bu sözləri dedikdən sonra bir daha:

– Ayıq olun, bütün çar casusları səfərbər edilmişdir, – deyə tapşırdı.

– Qorxma, təşkilatımız sınanmış təşkilatdır, – deyə cavab verdim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Miss Hanna gedir

Evə axşam saat on birdə qayıtdım. Nina məni görən kimi:– Miss Hannanın evinə getməlisən, ikinci kərədir ki, sənin dalınca adam göndərmişdir, bəlkə, ona bir hadisə üz vermişdir, – dedi.

4 min
Oktyabr inqilabı

Oktyabr inqilabı qaçqınlıqda və gizlində yaşayan firqə üzvlərinin Təbrizə qayıtmasına səbəb oldu. Oktyabrın axırlarında çağirilan firqə iclasının gündəlik müzakirəsində Oktyabr inqilabından sonra firqənin xətt-hərəkəti müzakirə olunurdu. Hazırkı vəziyyət barəsində firqə üzvlərindən bir çoxları danışdı. Hamıdan sonra mən söz alıb danışdım:– Əziz yoldaşlar, – dedim. - Hazırda Rusiyada nə çar hökuməti, nə də Kerenski hökuməti yoxdur. Rusiyada hakimiyyət Sovetlərin əlinə keçmişdir. Artıq Azərbaycan kəndlisi Rusiyadan gələn istilaçı və rus kəndlisinin qardaşlıq köməyini gözləməlidir. Biz son günlər rus soldatının azadlıq uğrunda uzun illər çarpışan Azərbaycan xalqına göstərdiyi qardaşlıq məhəbbətini öz gözümüzlə gördük. Bir az əvvəl çar generallarının komandası ilə Azərbaycan xalqını qorxu altında saxlayan soldatlar bu gün öz silahını həmin qəsbkarlara və istilaçılara qarşı çevirmişdir. Əziz yoldaşlar! İran torpağı İran kəndlisinindir. Kəndlini torpağa, fəhləni fabrik və zavodlara sahib etmək üçün firqəmiz özünə təzə iş və təzə mübarizə planı düzəltməlidir. Firqə şah hökumətinə qarşı qəti mübarizə tədbirləri görməlidir, çünki şah hökuməti və üsuliidarəsi davam etdikcə, torpağı onun feodallarının və mülkədarlarının əlindən alıb kəndlilərə vermək mümkün olmayacaqdır, çünki şahın özü də və onun soyğunçu vəzirləri də böyük mülkədardır. Biz işçi və kəndlilərimizin möhkəm ittifaqını düzəltməli, firqəmizin silahlarını möhkəmlətməliyik. Biz bir məsələni də qeyd etməliyik: bu məsələ mövhumat məsələsindən ibarətdir. Mövhumat şah hökumətinin və əcnəbi kapitalistlərin əlində güclü bir silahdır. Onlar bəzən top-tüfəng ilə edə bilmədiklərini mövhumat vasitəsilə edirlər. Biz bunu Səttar xan hərəkatı zamanında da, indi də təcrübədən keçirmişik. Onlar bir çox mövhumatçı ruhaniləri öz əllərində silah kimi saxlamaqdadırlar. Biz xalqın gözünü açmalı, mövhumat, avamlıq, savadsızlığa qarşı amansız mübarizə etməliyik! Azərbaycan kəndlisi və fəhləsi demokrat firqəsinin rəhbərliyi sayəsində gec-tez şah üsuli-idarəsinin boyunduruğunu öz üzərindən atacaqdır. İngiltərə, Amerika, Almaniya və Türkiyə dövlətlərinin istilaçı siyasətinə qarşı aparılan mübarizəni şah hökumətinə qarşı aparılan mübarizədən ayırmaq lazım deyil, çünki bütün əcnəbi müstəmləkəçilər şah hökumətinə və onun rüşvətxor məmurlarına arxalanırlar. Mübarizəni ciddiləşdirmək və onu kəskin bir hala gətirmək üçün firqənin sağlamlığina diqqət vermək lazımdır. Çünki şəxsi mənafe üçün firqə sırasına daxil olmuş tacirlərin varlığı ilə şah hökumətinə və onun feodallarına qarşı mübarizə təşkil etmək çətindir. Bunu da qeyd etmək lazımdır ki, kəndlilər arasında apardığımız iş kifayət dərə- «ədə deyildir. Səttar xan hərəkatı zamanında bu işin bünövrəsi qoyulmuşsa da 11-ci illərdən sonra çox zəifləməyə başlamışdır və bizim başımız xalqın daxili və xarici düşmənləri ilə mübarizəyə qarışdığından biz son zamanlar kəndlilərin siyasi və ictimai tərbiyəsi ilə çox az məşğul oluruq, bu bizim öz işimizdə buraxdığımız böyük nöqsandır.

3 min
Zavodda

Zavodun işə başlamaq siqnalı verilmişdi, lakin fəhlələr hələ işə başlamamışdılar.Ayrapet, Əsgər və Məmməd Pavluşanın başına yığışıb, Tbilisidən gətirilmiş «Kvali» qəzetini harada oxumaq üçün məsləhətləşirdilər. Vasya da onlara yanaşdı. Qəzeti oxumağı axşama qoyub ayrıldılar.

19 min
Gizli ədəbiyyat

Hamısının sözü bir idi. Səhər saat doqquzda erməni kilsəsinin qarşısında görüşməli idilər. Tiflisdən gətirilən gizli ədəbiyyatı almaq üçün bir yerdə getməli və oradan gələn yoldaşlarla görüşməli idilər.Pavluşa ilə Əsgər hamıdan qabaq gəlib kilsənin tinində durmuşdu. Ayrapet və Məmməd gəlincəyə qədər Parapetin tinində gəzən qorodovoy iki kərə onlara yanaşıb:

23 min

Poems by other poets