May nümayişi
Page 1 of 3
1902-ci ilin yazı Bakı jandarmeriyasının ən qudurğan, ən quduz vaxtına təsadüf edirdi — bu vaxtlar Bakı «nadinc» fəhlələr ilə dolu idi.
Cənubi Rusiyadan sürgün edilənlər, jandarm və polisin təzyiqindən qaçanlar və sürgündən gələnlərin hamısı Bakıda idi. Bunun üçün də çar jandarmeriyası əvvəlkilərə nisbətən Bakıya daha artıq diqqət verir, ciddi qüvvələrini Bakıya toplayırdı. Rusiyada şöhrət qazanmış Lavrov, ondan geridə qalmayan Ronic, şeytanlıqda ad qazanmış Tisissa və başqaları çarın əmrinə görə Bakı jandarmeriyası üçün səfərbərliyə alınmışdı. Bakı mədən dairələrində jandarm və polis nəfərlərinin qədəri birə on artırılmışdı.
Rayondan şəhərə və şəhərdən rayona getmək çox çətinləşmişdi. Bakı polisi, üstü köhnə və hisli olan hər adamı köpəkcəsinə güdür, nəzarət altına alır, onu bir inqilabçı hesab edirdi. Şəhərdə və rayonlarda iclas çağırmaq, məsələləri ümumi iclaslarda həll etmək heç cür mümkün deyildi.
Pavluşa və Jenyanın Sabunçuya gedib gəlməsi də polisin diqqətini cəlb etməkdə idi.
May bayramı nümayişinə çıxmaq lazım idi.
Yoldaş Ladonun təklifinə görə bu nümayiş Bakı əməkçilərinin açıq nümayişi və topladığı inqilabi qüvvənin birinci imtahan nümayişi olmalı idi. Bu məqsədlə də nümayişə hazırlıq üçün ümumi iclas çağırmaq və əməkçiləri lazımi qədər təşkil etmək lazım gəlirdi.
Jenya və Pavluşanın tez-tez şəhərə gəlib Balaxanı—Sabunçu dairəsinə getməsi hazırlıq iclasının şəhərdə və ya Balaxanı — Sabunçu dairəsində baş tutacağı barəsində jandarm idarəsini inandırmışdı. Buna əsasən fabrika, zavod və mədənlərdə gizli çalışan fəhlə hərəkatı xainlərinə, aşkar və gizlin işləyən xəfiyyələrə lazımi göstərişlər verilmişdi. Bibiheybət dairəsində də Bakı polisinin ciddi hazırlıq hərəkatı gözə çarpırdı.
Lakin Bakı polisi yanılmışdı. O, şəhər və rayonları ciddi nəzarət altına alırkən, əməkçilərin ümumi iclası Keşlə düzündə baş tutdu.
Əməkçilər bu iclasa tək-tək gəlirdilər. Qərara alınmış təpənin dalına məğrur və qorxmaz addımlarla gələnlər addımlarını hara qoyduğunu və nə üçün getdiyini bilir, gələcək Bakı — əməkçi Bakısı xəyalında canlanır, gələcəkdə qələbə çalacağına inanırdı.
Pavluşa ilə Jenya hamıdan əvvəl, hətta Jandarmlar yuxudan qalxmadan, qərara alınmış yerə gəlib yoldaşlarını gözləyirdilər.
Jenya Batumidən qayıtdıqdan sonra Pavluşanın ona qarşı əlaqəsi tamamilə dəyişmişdi. Pavluşa onun möhkəm bir fəhlə və öz sevgilisinə sədaqətli bir qız olduğuna inanırdı. Onu artıq qısqanmırdı. Onun gələcəyi haqqında düşünürdü.
İndi o, qumların üstündə oturub yoldaşlarını gözlərkən xəyalında çürbəçür tablolar açıldı: Jenyanı jandarmlar tutur, sürgünə göndərir, təhqir eləyir, məhv edir; o, Jenyanın görüşünə getmək üçün hökumətdən icazə istəyir, onun özünü də tuturlar. O, Jenyanı ancaq pəncərədən görə bilir, başı ilə onu salamlayır. Nəhayət özünü də sürgün edirlər, bununla da sevgisindən məhrum olur.
Pavluşa bu kimi fikrin təsiri ilə dişlərini dişləri üstünə basıb, titrədiyi zaman, Jenya da başını onun dizinə qoyub, barmağı ilə qum üzərində «Yaşasın 1 May» şuarını yazırdı.
Uzaqdan bir qaraltı göründü. Jenya sarı saçlı başını Pavluşanın dizindən qaldırdı.
İclasda Knunyans, Nikolay Vişnevski, Yustin, Qoqodze Stepan, Nikolay Qorişvili, Solomon Doladze, Stet, Korobçenko, Kulikovski, Kuznetsov, Arşak Xaçiyev, Pavluşa, Əsgər, Ayrapet, Lado, Məmməd, Vasya və Jenya iştirak edirdilər.
İclasda May nümayişinə hazırlıq məsələsinə başlanmadan əvvəl günün hadisələrinə keçilərək, çar jandarmının son günlər Batumidəki sosial-demokrat təşkilatına vurduğu zərbə haqqında danışıldı.
Lado dedi:
– Yoldaşlar! Günlər olduqca mühüm günlərdir. Çar hökuməti sosial-demokrat təşkilatını ciddi təqib altına almışdır. Son vaxtlar çar hökuməti bütün sınanmış jandarm və xəfiyyə qüvvələrini Qafqaza gətirmişdir.
Aprelin 5-də Batumi təşkilatının iclasında, Daraxvelidze, Kandelaki və sair yoldaşlar tutulub Batumi dustaqxanasına salınmışdır.
Ümumi iclas bu qısa məlumatı dinlədikdən sonra, May nümayişinin aprelin 21-də Parapet ətrafında təşkil edilməsini qərara aldı. Vəzifələr yoldaşlar arasında paylaşdırıldı.
Aprelin 21-i bazar gününə təsadüf edirdi. Buna görə də nümayişi bu günə keçirmək daha əlverişli idi. Əvvələn, bu gün fəhlələrin istirahət günü idi. Başqa günlər fəhlələrin işi buraxıb May bayramı nümayişinə gəlməsi Bakı jandarmeriyasını xəbərdar etmək və bununla da may hazırlığına əngəl törətmək demək idi. İkinci də, bazar günü olduğu üçün şəhər əhalisinin böyük hissəsi işsiz idi. Parapetin ətrafı adamla dolmuşdu. Xalq böyük və kiçik dəstələrə ayrılaraq, adi söhbətlərlə məşğul ikən, Bakı polisi də bu günü başqa bazar günləri kimi adi bir istirahət günü hesab edəcəkdi.
Jandarm və polis idarəsi lazımi hazırlıq görməmişdi; bir hadisə üz verəcəyinə əsla inana bilmirdi. Kimsə bu nümayişin polis və jandarmın həmişə nəzarəti altında olan bir yerdə — Parapetdə baş verəcəyinə ümid etməzdi.
Erməni kilsəsinin böyük, kiçik zəngləri qarışıq səslərini şəhərə buraxmışdı. Zənglər «Gəl, gəl! Tez ol!» — deyə erməni camaatını daş damın içərisində qurulan mövhumat tələsinə çağırırdı.
Ağ yaxalı erməni ziyalıları, qara donlu, qara örpəkli qadınlar, çocuqluq beşiyindən yenicə düşərək mövhumatın beşiyinə yüyürən gənc qızlar, ərinin məhəbbətini qazanmaqdan ötrü daş qüvvəli binaya yalvarmaq üçün gedən gəlinlər, dünya və axirət səadətini qazanmaq məqsədi ilə keşişin tüpürçəkli və kəsif əlini öpməyə gedən qadınlar, Allahdan övlad tələb etmək üçün gedən övladsızlar, zavallılar, öz xəstəsinə şəfa axtaranlar, doğanlar və doğmayanlar, borclu düşənlər, ərindən, arvadından narazı qalanlar, evlənmək arzusunda olanlar... zənglərin qarma-qarışıq səslərini eşidib kilsəyə gəlirdilər. Sevənlər, sevilənlər, bir-birini görmək istəyənlər kilsənin «qüdsiyyətindən» istifadə etməyə tələsirdilər. Günahlılar günahını bağışlamaq, savablılar isə savabını artırmaq və mövhum cənnətin ən mühüm yerlərini əldə etmək istəyirdilər. Bir çoxları da keşişə demək üçün hazırladığı günahlarını əzbərləyə-əzbərləyə gedirdi.
Yalvara-yalvara bir parça çörək almaq üçün gələnlər, sürgündəki, dustaqdakı övladına nicat diləmək istəyənlər, həyatın ağırlığını keçirən dilənçilər, qol-qılçalarını itirmiş çolaqlar, zirzəmilərin rütubətli havasını udanlar, öskürə-öskürə ölüm çağıranlar, qan qusanlar sürünə-sürünə laqeyd Allahın, soyuqqanlı İsanın qapısına gəlirdilər.
Erməni burjuaziyası kilsəyə hamıdan sonra gəldi. Onlar kilsəyə toplanan yoxsulların erməni burjuaziyasına sədaqətli qalmaları və son qüvvələrini istismara təslim etmələri üçün and içirməyə gəlirdilər. Burjuaziya qadınları da ipək donlarını sürüyə-sürüyə gəlirdilər.
Bakı fəhlələri isə nümayiş keçirmək, öz qüvvəsini Bakı burjuaziyasına göstərmək üçün möhkəm addımlarla Parapet ətrafında toplaşırdılar. İnqilab duyğusu ilə çırpınan inadlı ürəklər mübarizə üçün meydana atılmağa və öz varlığını göstərməyə tələsirdi.
İki dünya bir-birinə qarışmışdı. O dünyanın biri — kilsəyə, allaha yalvarmağa gələnlər, yoxsulları burjuaziyanın mərhəmətinə tapşıranlar, o biri isə allaha, kilsəyə, dinə nifrət bəsləyənlər idi.
Qızıl bayrağı Tatarski küçədə olan Ruxadzenin dükanında saxlayır, Bakı təşkilatının əmrini gözləyirdilər.
Erməni kilsəsində dua qurtarmışdı. Kilsədəki adamlar yavaş-yavaş bayıra çıxıb, ətrafda toplanmış kütlələrə qoşulurdular.
Birdən bayraq göründü. Onun ətrafında iki mindən artıq fəhlə var idi. Qırmızı bayraq daşıyan dəstələr dəniz kimi dalğalanırdı.
Bu vaxt bir-birinə zidd olan iki səs eşidilirdi: biri kütlələri mövhumata, köləliyə dəvət edən kilsə zənginin səsi idi, o birisi isə «Yaşasın əməkçilərin azadlıq bayramı!» deyə yüksələn qurultulu səslər idi.
Bu səs əzəmətli bir sel idi. Bu səs kilsədən çıxan erməni burjuaziyasının ahəngini pozdu. Aralıq qarışdı. Burjuylar bayılmaqda olan qadınlarını faytonlara qoyub qaçmaq istəyirdilər. Onlar indiyə qədər eşitmədikləri bir səs eşidirdilər:
– Yoldaşlar! Bu gün böyük bayramdır! Biz bu gün nadanlıq, cəhalət, fəqirlik və yalan əleyhinə qalxırıq. Rədd olsun mütləqiyyət! Yaşasın azadlıq!
Bu səs, sanki bir anda, bütün Bakı mühitini titrətdi. Pəncərələr açıldı, zərif pərdələrin dalından yüzlərcə yoğun boyunlar, qaba başlar uzandı, yuyulmamış üzlər, daranmamış saçlar, minlərcə yuxulu gözlər yüksək binalardan küçəyə tərəf çevrildi. Bayraqçının yanından bir səs daha eşidildi:
«Səkkiz saatlıq iş günü!»
Bu səs Bakı zəhmətkeşlərinin əsas şuarlarını bütün Bakıya elan etdi və istismarçı burjuaziyanın yaz səhərindən aldığı nəşələri zəhərlədi.
Bu səs may səhərinin yüngül və ruhoxşayıcı küləyinə qarışıb, burjuaziyanın pəncərələrindən içəri soxuldu.
Havada uçan və üzərində «Yaşasın 1 May bayramı!» yazılmış intibahnamələr Bakı milyonçularının qəlbini çırmaqlayırdı.
Polis və jandarmlar havadan yerə düşən intibahnamələri tutmaq, məzmunundan xəbərdar olmaq istəyirdilər. Lakin bu intibahnamələri oxumaq istəyən minlərcə xalq buna mane olurdu.
Jandarmlardan bir hissəsi ancaq qırmızı bayrağı ovlamaq üçün yüyürürdü.
Bir səs daha eşidildi:
– «Rədd olsun mütləqiyyət! Yaşasın azadlıq!»
Bu səs sanki bir ağızdan deyil, bütün Bakının üfüqlərindən ucalırdı. Bir anda qadın dəstələri də kişilərə qoşuldu. Bu səs başqa küçədə olanları da öz tərəfinə cəlb etdi. Dəstələr get-gedə böyüdü, Bakı polislərinin təşvişinə səbəb oldu. Polis, kütləvi şəkil almış Bakı nümayişini sakit edə biləməyəcəyini yəqin etdi, bunun üçün də yalnız qızıl bayrağı daşıyan Vanonu nişanladı və onun xüsusi əlamətlərini öyrənərək nümayişdən sonra ovlamağı qərara aldı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-may-numayisi
Use ← → keys to move, R for a random poem
More by this author
Mən bu görüşdə çoxdan bəri demək istədiyim sözü ona deməyi qərara almışdım. Nina dünənki sevgi söhbətindən, bunu açıq dediyindən utanır və başını qaldırıb üzümə baxa bilmirdi. Sözümü heç dayanmadan dedim:– Siz istəsəniz, inqilabda böyük bir vəzifə götürə bilərsiniz. Lazımi yardımı verə bilərsiniz. İran inqilabının yardıma böyük ehtiyacı var. O, indi hər tərəfdən mühasirə altındadır. Siz özünüz həmişə deyirsiniz ki, qəhrəmanlar az qüvvənin içindən çıxır. Hazırda o qəhrəmanların önündə böyük çətinliklər durur. O çətinlikləri də məhv etmək üçün inqilab qəhrəmanlarına yardım əlinizi uzatmalısınız.
Nina ərə gedirMən evə gəldikdə Nina yox idi. Onun qulluqçusu Zeynəb bacı və mənim evimi təmizləyən Təhminə xanım ev sahibi Minasyanın qadını Şuşanik xanımla danışırdı. Təhminə və Zeynəbin gözləri ağlamış adam gözünə oxşayırdı. Mən içəri girəndə yalnız Şuşanik xanımın bu sözlərini eşitdim:– Hayıf gözəl Nina! Arşak mənim öz ermənimdir. Amma bilirəm ki, o, arvad saxlayan deyil.
Bağır xanSərdar heç vaxt faytona minməzdi. O, həmişə atlı gedirdi. O, atlanana qədər mən faytonla gedib onu Bağır xanın (Salari-millinin) qapısında gözləyirdim.Sərdar gəlib çıxdı. Bağır xanın qapısında duranlar onu təntənə ilə qarşıladılar. İçəri girdik. Burada Səttar xanın dairəsinə nisbətən daha böyük hərəkət vardı. Bağır xanın mövqeyi qorxulu idi. Hücumların bir çoxu Xiyaban tərəfindən başlanırdı. Buna görə də müharibə edən qüvvələr tamamilə Bağır xan ətrafında yerləşdirilmişdi. Bu ətraf cəbhə şəklində idi. Burada hər kəs silahlı idi. Hər tərəf səngər idi. Hər tərəfdə əski və yeni toplar gözə çarpırdı.
Rəhim xanRəhim xan Çələbiyanlı gəlib sahibi-divan bağında yerləşmişdi. İstibdad qüvvələri gündən-günə canlanırdı. Rəhim xanı istibdadın birinci nəcat verəni bilənlər dəstələrlə onun görüşünə gedirdilər. Sahibi-divan bağının ətrafında Rəhim xanı görmək üçün bütün gününü başa aparanlar da vardı. Sahibi-divan bağı böyük ziyarətgah şəklinə girmişdi. «Qarabağ qəhrəmanının» yaxın günlərdə Təbrizi alacağına heç kəs şübhə etmirdi. Öz damında vurmaq və özünü sadiq nəzərə vermək üçün ağ bayraq hazırlayan həddindən artıq idi. Ağ bayraq hazırlayanlar içərisində məşrutəçilərdən də az deyildi. Bunların bir çoxu əncümənə gəlmirdi. Hacı Mehdi ağa yenə də evinə qapanmışdı.Vaxt ikən hazırlıq görüldüyünə baxmayaraq, Qaradağ atlıları Göyməscid və Maralan tərəflərini dağıtmışdılar.
Poems by other poets
MİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Zakir bəylərbəyi Mirzə Cəfərqulu xana onun evində ayaqqabıları oğurlandığı üçün yazmışırBəylər, nə layiqdi xan qulluğuna,Bir kəs atlı gedə, piyadə gələ?
OdunÇıxdı yay, oldu payız, qış yetişər ləşkərilən,Çırpısız kimsə durub mən kimi əşk-i tərilən.