May nümayişi
Page 3 of 3 · 67%
Kağızı kitabın arasına qoydu, lakin Katya adını heç də unuda bilmirdi: «Bəlkə də Katya məndən gözəldir» — deyə ayağa qalxdı, güzgünün qabağına keçdi. Özünün tənasübi-əndamını, boy-buxununu diqqətlə gözdən keçirdi, sonra bir ah çəkərək dedi: «Mən kimdən əskik qızam? O məni nə üçün təhqir etdi? O məni öz boynunda ağır bir yükmü hesab elədi? Mən ondan acizəmmi? Mən özümə tapşırılan hansı bir vəzifəni yerinə yetirə bilmədim? Kim bilir, bəlkə də mən sevgidə tamamilə bacarıqsız bir qızam. Bəlkə də sevginin vəzifə və əqidə ilə əlaqədar olmadığını bilməmişəm. Mən yoxsul bir fəhlə qızıyamsa, onun özü də yoxsuldur, o inqilabçıdırsa, mən də onun yoldaşıyam...».
Jenya bu fikirlərdən yoruldu, onda bir dönüş yaranmağa başladı. «Mən nə üçün qısqanıram. Madam ki, o Katyanı sevir, mən onu bu sevgisindən məhrum etməyə, məni sevməyə məcbur eləməyə haqlıyammı? Pavluşa haqqında nə üçün düşünür, rahatsız oluram? Sönmüş sevgini alovlandırmaq olurmu? Görünür ki, Pavluşa mənimlə ailə qurmağı lazım görmədi. Eybi nədir, sevgimiz olmasa da, yoldaşlıq sədaqətimiz vardır, biz bir əqidə üzərində çalışırıq».
Jenya bu sözlərini sanki yanında oturan bir adama söyləyir, ucadan danışırdı. Onun səsini bu biri otaqda oturan ata-anası da eşitdi və Jenyanın yanında bir başqa adamın olduğunu zənn edərək içəri girdilər.
Jenya onları:
– Dərnəyə hazırlaşıram, — deyə yola saldı və lampanın işığını azaldıb yatağına girdi. Lakin səhərə kimi yata bilmədi. Sanki dünyanın bütün əqrəbləri, ilanları onun yatağına dolmuşdu.
Pavluşa nə qədər düşünürdüsə, bu tezlikdə Jenyada olan dəyişikliyə heç bir məna verə bilmirdi. Özündə heç bir nöqsan görmürdü. Jenya da nə səbəbə küsdüyünü söyləmirdi; dinmir, danışmır, suallara olduqca qısa və kinayəli cavablar verirdi. Buna görə də Pavluşanın qadınlar haqqındakı düşüncəsi tamamilə dəyişdi. O, artıq qadınların düşüncədən qısqandığına, xəyaldan küsdüyünə, şıltaqçı bir ünsür olduğuna inanmağa başlamışdı. Bir gün də Jenyadan soruşdu:
– Bu soyuqluq nə üçündür? Məndə bir nöqsanmı gördün? Sənin bu səbəbsiz küsməyinə tamamilə başqa cür baxıram, başqa cür də məna verirəm.
Jenyanın cavabı çox qısa oldu:
– Adətdir, kişilər hər şeyə istədikləri mənanı verirlər.
Bu cavab Pavluşanı qənaətləndirmədi.
– Bu səbəbsiz küsmələr məni buradan uzaqlaşdırmaq üçünsə, onu yoldaşcasına söyləmək mümkündür. Görünür ki, mənim varlığım artıq səni iyrəndirməyə başlamışdır.
Jenya tələsmədən dedi:
– Bunu mən özüm bilirəm. Onu da sənə deyim ki, bir daha bu cür söhbətlər təkrar edilməyəcəkdir. Səninlə gələcək əlaqəmiz vəzifə barəsində olmalıdır. Bəsdir, filosofluq etdiksə, bir nəticə əldə edilmədi. Artıq bizim vəziyyətimiz bu cür filosofluğa imkan vermir.
Pavluşa soruşdu:
– Nə kimi filosofluq?
– Bir-birimizi təhlil etdiksə də, yanıldıq. İki şeydən birisidir: ya biz filosof deyilik, bu barədə savadsızıq, ya da fəlsəfənin özü xülyapərəstlikdir. Hər kəs bir-birinə müəyyən bir fikirlə yanaşırmış. Kişilər qadınlara, qadınlar kişilərə, böyüklər kiçiklərə, kiçiklər də böyüklərə... Bizim yaxınlığımızın nəticəsi belə çıxdı. Hərgah həqiqət bundan ibarətsə, bizim bir-birimizdən ayrılmağımız heç birimizi düşündürməməlidir.
Pavluşa dedi:
– Demək, sən məndən ayrılmaq istəyirsən?
Jenya başını silkələyib, sarı saçlarını alnından geri atdı. Qəti və mənalı bir baxışla:
– Onsuz da mən səninlə birləşməmişdim! Bir qız kimi söz vermişdim, avam bir qız kimi də aldanmışdım! — deyib bayıra çıxdı.
Bu hal bir neçə həftə davam etdi. Jenyada bir dəyişiklik görünmürdü.
Pavluşa çıxılmaz bir vəziyyətdə qalmışdı. Sergey Vasiliç və arvadı Anna da bu məsələni aydınlaşdırıb, qızlarının qəlbini öyrənməyi bacarmırdı.
Günlərin birində Pavluşa şəhərə köçmək üçün şeylərini yığışdırmağa başladı. Bu vaxt Sergey Vasiliçin ailəsi nahar edirdi. Pavluşanı yeməyə çağırdılar, getmədi, çünki həmişə Pavluşa süfrəyə yanaşanda Jenya qalxıb gedirdi.
Pavluşa şeyləri qoltuğunda olduğu halda:
– Salamat qalın! — dedi. — Verdiyim əziyyətlər üçün üzr istəyirəm.
Sergey Vasiliçin arvadı Anna ağladı.
Sergey Vasiliç də Jenyanın üzünə baxıb narazı halda başını silkələdi. Jenya qolunu gözləri üstünə qoyub süfrədən qalxdı.
Pavluşa qapıdan çıxanda Jenya da ağlaya-ağlaya öz otağına çəkilirdi.
Beləliklə, Pavluşa Jenyadakı dəyişikliyin səbəbini bilmədən getdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-may-numayisi
Use ← → keys to move, R for a random poem
More by this author
Mən bu görüşdə çoxdan bəri demək istədiyim sözü ona deməyi qərara almışdım. Nina dünənki sevgi söhbətindən, bunu açıq dediyindən utanır və başını qaldırıb üzümə baxa bilmirdi. Sözümü heç dayanmadan dedim:– Siz istəsəniz, inqilabda böyük bir vəzifə götürə bilərsiniz. Lazımi yardımı verə bilərsiniz. İran inqilabının yardıma böyük ehtiyacı var. O, indi hər tərəfdən mühasirə altındadır. Siz özünüz həmişə deyirsiniz ki, qəhrəmanlar az qüvvənin içindən çıxır. Hazırda o qəhrəmanların önündə böyük çətinliklər durur. O çətinlikləri də məhv etmək üçün inqilab qəhrəmanlarına yardım əlinizi uzatmalısınız.
Nina ərə gedirMən evə gəldikdə Nina yox idi. Onun qulluqçusu Zeynəb bacı və mənim evimi təmizləyən Təhminə xanım ev sahibi Minasyanın qadını Şuşanik xanımla danışırdı. Təhminə və Zeynəbin gözləri ağlamış adam gözünə oxşayırdı. Mən içəri girəndə yalnız Şuşanik xanımın bu sözlərini eşitdim:– Hayıf gözəl Nina! Arşak mənim öz ermənimdir. Amma bilirəm ki, o, arvad saxlayan deyil.
Bağır xanSərdar heç vaxt faytona minməzdi. O, həmişə atlı gedirdi. O, atlanana qədər mən faytonla gedib onu Bağır xanın (Salari-millinin) qapısında gözləyirdim.Sərdar gəlib çıxdı. Bağır xanın qapısında duranlar onu təntənə ilə qarşıladılar. İçəri girdik. Burada Səttar xanın dairəsinə nisbətən daha böyük hərəkət vardı. Bağır xanın mövqeyi qorxulu idi. Hücumların bir çoxu Xiyaban tərəfindən başlanırdı. Buna görə də müharibə edən qüvvələr tamamilə Bağır xan ətrafında yerləşdirilmişdi. Bu ətraf cəbhə şəklində idi. Burada hər kəs silahlı idi. Hər tərəf səngər idi. Hər tərəfdə əski və yeni toplar gözə çarpırdı.
Rəhim xanRəhim xan Çələbiyanlı gəlib sahibi-divan bağında yerləşmişdi. İstibdad qüvvələri gündən-günə canlanırdı. Rəhim xanı istibdadın birinci nəcat verəni bilənlər dəstələrlə onun görüşünə gedirdilər. Sahibi-divan bağının ətrafında Rəhim xanı görmək üçün bütün gününü başa aparanlar da vardı. Sahibi-divan bağı böyük ziyarətgah şəklinə girmişdi. «Qarabağ qəhrəmanının» yaxın günlərdə Təbrizi alacağına heç kəs şübhə etmirdi. Öz damında vurmaq və özünü sadiq nəzərə vermək üçün ağ bayraq hazırlayan həddindən artıq idi. Ağ bayraq hazırlayanlar içərisində məşrutəçilərdən də az deyildi. Bunların bir çoxu əncümənə gəlmirdi. Hacı Mehdi ağa yenə də evinə qapanmışdı.Vaxt ikən hazırlıq görüldüyünə baxmayaraq, Qaradağ atlıları Göyməscid və Maralan tərəflərini dağıtmışdılar.
Poems by other poets
MİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Zakir bəylərbəyi Mirzə Cəfərqulu xana onun evində ayaqqabıları oğurlandığı üçün yazmışırBəylər, nə layiqdi xan qulluğuna,Bir kəs atlı gedə, piyadə gələ?
OdunÇıxdı yay, oldu payız, qış yetişər ləşkərilən,Çırpısız kimsə durub mən kimi əşk-i tərilən.