خوردن باده گر شود ناچارکوش تا نگذرد حریف از چار

Əgər naçar qalıb şərab içsən sən,Çalış, çox olmasın yoldaşın dörddən.

خادمی چست و صاحبی خوشخویساقیی نغز و مطربی خوش گوی

Bir zirək xidmətçi, gözəl bir həmdəm,Mütrüb xoşavazlı, saqi xoşgörkəm...

تا زر و سیم و نقل داری و میمنه از جای خویش بیرون پی

Nə qədər mey, noğul, qızıl, gümüş var.Qoyma ayağını həddindən kənar.

گر خوری می به خانهٔ دگرانبر حریفان مباش سرد و گران

Özgənin evində mey içən zaman,Soyuq, lovğa olma dostlarla bir an.

چشم در شاهد حریف مکنهزل با مردم شریف مکن

Dostun məşuquna dikmə gözünü,Böyüklə hörmətlə apar özünü.

نقل کم خور، که می‌خمار کندنقل کم کن که سرفگار کند

Noğulu az ye ki, olarsan xumar,Artıq söz danışma başı ağrıdar.

به قبول کسان ز جای مشوعندلیب سخن سرای مشو

Hər deyilən sözə çıxma özündən,Ötən bülbül olma məclisdə gəl sən.

وقت خوردن دو باده کمتر نوشتا نباید به دست رفتن و دوش

Az iç, iki qədəh, həm içən zaman,Sonra çiyinlərə yük olmayasan.

تا بگردد خورش گوارندهمشو، ای خواجه، می گسارنده

Olmasa arada yaxşı bir yemək,Ey xacə, içkiyə dil vurma, əl çək.

می بهل، تا که کار خود بکندکه به آخر شکار خود بکند

Qoy şərab özgəyə qursun torunu,Nəhayət, ovlasın o da ovunu.

خورش و می چو در هم آمیزیخون خود را به خوان خود ریزی

İçkiyə yeməyi qatsan, sən inan,Qanını süfrəyə tökmüş olarsan.

می خوری، اعتراف کن به گناهتا نگردد حرام سرخ و سیاه

Günahı boynuna al mey içərkən,Gəl haram eyləmə al, qaranı sən.

چند گویی که: باده غم ببرد؟دین و دنیا نگر که هم ببرد

Şərab qəm aparır, demə bu qədər,Hər şeyi aparır, buna et nəzər.

بیغمی شعبه‌ای ز بی‌نفسیستبطر و خرمی ز ناجفسیست

Duyğusuz olmaqdır kədərsiz olmaq,Hədsiz sevinc özü arsızlıqdır, bax!

آن که شیرین به غم سرور کنداز دل خویش غم چه دور کند؟

Kim qəmlə, kədərlə sevinsə əgər,O, qəmi, kədəri necə tərk edər?!

بهتر از غم کدام یار بود؟که شب و روز برقرار بود

İnsana ən yaxşı dostdur kədər, qəm,Odur gecə-gündüz səninlə həmdəm.

می چنان خور که او مباح شودنه کزو خانه مستراح شود

Meyi elə iç ki, olmasın haram,Ev ayaq yoluna dönməsin tamam.

هر چه مستی کند حرامست آنگر شرابست و گر طعامست آن

Məst edən hər bir şey haramdır, bəli,İstər yeməlidir, istər içməli.

مستی مال و جاه و زور و جمالهم حرامست و نیست هیچ حلال

Vardan, gözəllikdən, rütbədən də, bax,Halal yox, haramdır məst, xumar olmaq.

به ضرورت نجس حلال بودبیضرورت نفس وبال بود

Zəruri olarsa halaldır murdar,Lazımsız nəfəs də haramdır, aşkar.

آب زمزم گرت کند سرمسترو بشوی از حلال بودن دست

Məstlik gətirərsə lap Zəmzəm özü,O, halal deyildir, haramdır, düzü.

تو در آبی، چنین دلیر مروبر کنارش رسی، به زیر مرو

Bu suya girməyə gəl, cürət etmə,Sahilə çatsan da, dibinə getmə.

گر چه غم سوز و غصه کاهست اوزو برمن، آب زیر کاهست او

Düzdür, qüssə qovan, qəm dağıdandır,Həm də saman altdan su axıdandır.

گر چه آبی تنک نماید و سهلپای در وی منه تو از سر جهل

Dayaz görünsə də o su insana,Sən nadanlıq edib yanaşma ona.

بر حذر باش ز آب آتش رنگکه تفش اژدهاست و ناب نهنگ

O od rəngli sudan eylə ehtiyat,O, bir əjdahadır, timsahdır, heyhat.

آتش باده بر مکن زین پسکه ترا آتش جوانی بس

Bu qədər odlanma şərab eşqinə,Cavanlıq atəşi bəs deyil sənə?!

می که آتش ندیده جوش کندچون به آتش رسد خروش کند

Şərab od görməmiş qaynayıb-daşar,Oda rast gələrsə kükrəyib-coşar.

می چو آتش بر آتشت ریزدمی ندانی چه فتنه بر خیزد؟

Odunu oduna qatarsa əgər,Özün də bilməzsən nələr törədər.

زین دو آتش چو دیگ برجوشیگر به یکباره خود سیاووشی

Səyavuş olsan da əgər sən, inan,Qazan tək qaynarsan bu iki oddan.

کاسه‌ای کندرو خوشی نبودچه شود گر دو آتشی نبود؟

Sevinc gətirməyən bu kasa ki var,İki oddan başqa onda nə olar?!

بهل این آتش ار کمست، ار بیشکه درشت آتشیست اندر پیش

Bu od az da olsa, çox da, gəl burax,Qabaqda çox böyük bir od olacaq.

مکن، ای نفس و کار خود دریابروز شد برگشای چشم از خواب

Ey nəfs, özünə gəl, bu işdən əl çək,Gün getdi, yuxudan bir ayıl görək.

چند راضی شوی به خورد و به خفت؟ترک این بیخودی بباید گفت

Nə qədər olacaq bu yatmaq, yemək?Özündən bixəbər olmaqdan əl çək.

باده نوشندگان جام الستنشوند از شراب دنیا مست

Ələst qədəhindən şərab içənlərDünya şərabından məst olar məgər?!

ذوق پاکان زخم و مستی نیستجاه نیکان به کبر و هستی نیست

Təmizlər məstlikdən, küpdən uzaqdır,Yaxşılar qürurdan, vardan iraqdır.

هر کرا عشق او خراب کندفارغ از بنگ و از شراب کند

Onun eşqi ilə məst olan insanUzaqdır dünyada bəngdən, şərabdan.

از کف من چو جام‌جم داریدیگر اندر جهان چه غم داری؟

Bu “Cəmşid camını” alsan əlimdən,Dünyanın qəmini çəkməyəcəksən.

گر چه اختر به اختیار تو شدورچه شیر فلک شکار تو شد

Sənə tapşırsa da tale dünyanı,Sənə ov olsa da göylər aslanı,

تو بیکبارگی ز دست مشووز شراب غرور مست مشو

Çalış birdən-birə çıxma özündən,Qürrə şərabıyla məst olma gəl sən.

بس ازین آب و خاک غارت کنآب و خاکی دگر عمارت کن

Son qoy bu talançı suya, torpağa,Çalış başqa yerdə mənzil salmağa.

گاه مستی و گه خرابی توکس نداند که از چه بابی تو؟

Gah xarablıq edir, gah məst olursan,Sənin kimliyini bilməyir insan.

چون نکردی خرابی آبادانبر خرابی چه میشوی شادان؟

Sən bir xarabanı etmədin abad,Gəl öz xarabanla çox da olma şad.

خیز و آباد کن مقامی نیکتا برآری به خیر نامی نیک

Bir dur, bu mənzili eylə abadan,Bu xeyir işinlə böyük ad qazan.

چند راحت بری ز ملک کسان؟راحتی هم به ملک خود برسان

Özgənin mülkündə çox olma rahat!Bir öz mülkündə də rahatlıq yarat.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern