تا ندانی که کیست همسایهبه عمارت تلف مکن مایه

Qonşun bilməsən ki, kim olacaqdır,Ev üçün pul tökmək, bil ki, nahaqdır.

مردمی آزموده باید و رادکه به نزدیکشان نهی بنیاد

Bir mərd və sınanmış qonşu tap ki, sənOna qonşu olub ev tikdirəsən.

خانه در کوی بختیاران کندوستی با لطیف کاران کن

Yanında ev tikdir bəxtiyarların,Dostluq et, biri ol sən də onların.

حق همسایگان بزرگ شمارباطلی گر کنند یاد میار

Qonşu haqq-sayını daim əziz tut,Pis bir iş görsələr, ağartma, unut.

خویشتن را مکن ز خویشان دورمیکن آزار خویش ازیشان دور

Qohumdan-qardaşdan çox düşmə uzaq,Özünü, onları incitmə nahaq.

خویش بد را زبان ببر به سپاسدشمن خانگیست، زو به هراس

Hörmət et bir qohum olsa da yaman,O, ev düşmənindir, mütləq qorx ondan

خویش خود را نگر نداری خوارزانکه با خویش میکنی این کار

Qohumu-qardaşı alçaltma bir an,Özün alçalarsan bununla, inan.

کبر با خویش خود مکن به درمگر چه با او سخا کنی و کرم

Pullusan, qohuma öymə özünü,Səxavət etsən də, anla düzünü.

خلق محتاج و دیدها بازستکار مردم بساز، ارت سازست

Camaat möhtacdır, gözlər pərişan,Xalqa kömək eylə olduqca imkan;

پی ز رنجور هم دریغ مدارقرض جوید، درم دریغ مدار

Xəstə yoxlamaqdan darılma əsla,Biri borc istəsə, yox demə pula.

به یتیمان کوچه میکن چشمبیوگان را سخن مگوی به خشم

Yetimlər üstündən çəkmə gözünü,Dullara qəzəblə demə sözünü,

باغت ار هست و هیزم و میوهدور کن قسم مفلس و بیوه

Bağ, meyvə, odunun vardırsa əgər,Dulun, yoxsulun da payını göndər.

مکن از کس اثاث خانه دریغتشنه بینی، برو بباران میغ

Kimsədən əşyanı gizləmə nahaq,Bir susuz görəndə bulud kimi yağ.

دوست گیری، دگر ز دست مدهعهد را عادت شکست مده

Əgər bir dost tutsan, gəl vermə əldən,Çalış bağladığın əhdi qırma sən.

با غریبان به لطف خویشی گیربه دعا و سلام پیشی گیر

Oxşa qəribləri, hörmətlər elə,Qabaqla onları salamda belə.

گر غریبی غریب ساری کنور ز شهری غریب داری کن

Oxşa qəribləri qəribsən əgər,Şəhərli isənsə, evdə yer göstər.

کوش تا بر ره سپاس شویتا حق اندیش و حق شناس شوی

Sən çalış şükr elə Haqqa hər zaman,Ta Haqqı tanıyan, bilən olasan.

در ادا کوش چون کنی وامیمنه از وعده پیشتر گامی

Bir vədə verdinsə yubanma, zinhar.Bir borc eyləyəndə tez geri qaytar.

آنکه زر داد زور داند کردوانکه زر برد هم تواند خورد

Qızılı aparan güc də eyləyər,Qızılı aparan istəsə, yeyər.

با خداوند حق درشت مگویزر طلب میکند به مشت مگوی

Doğru söz deyənə artıq söyləmə,Borcu istəyəndə zor-güc eyləmə.

چون گزافی نگفت ازو مازارگفت چیزی که برده‌ای بازار

Hər nə etdiyini deyirsə, gerçək,Artıq söz demirsə, nədir incimək?!

باز بر دست خویشتن ده و دادمکن، ارنه زرت رود بر باد

Özündən güclüylə alver etmə sən,Yoxsa qızılını bada verərsən.

زر بزور اینچنین ز دست مدهخنجر خویشتن بمست مده

Gücə qızılını vermə bu sayaq,Vermə xəncərini sərxoşa nahaq.

باش با کم ز خود برادر و دوستبیش را مغز دان و خود را پوست

Özündən kiçiklə sən ol qardaş tək,Özünü qabıq say, dostu iç, özək.

خانهٔ بی‌نماز ویرانستگر چه آرامگاه شیرانست

Aslanlar məskəni olan bir mənzil,Namaz qılınmasa, viranədir, bil.

خانه از طاعتست و خیر آبادخیر اگر نیست نام خانه مباد

Taətlə, xeyirlə ev olar abad,Xeyir olmayan ev olacaq bərbad,

مسجد از خانه ساز و طاعت کننان ده و خانه پر جماعت کن

Evi məscid elə, yaşa bəndə tək.Doldur camaatı ver orda çörək.

قدم دوستان به خانه در آردشمنان را مجوی نیز آزار

Qoy dostlar evinə bassınlar qədəm,Çalış düşməni də incitmə bir dəm.

آنکه از دشمنان نسازد دوستفلک از دوستان دشمن اوست

Kim edə bilməsə düşməni dost tək,Onun düşməniylə dost olar fələk.

غرض آنست ازین جماعت شهرکه به مسکین رسد نوازش و بهر

Məqsədim budur ki, şəhər əhlindənYoxsullar pay, bəhrə görsünlər bəzən.

ورنه هر طاعتی نهفته بهستخیر با دیگران نگفته بهست

Yoxsa ki,bəndəlik gizlin xoş olar!Xeyri lazım olmaz demək, aşikar.

خیر باید ز مرد زایندهتا بود نام و خانه پاینده

Kişi etməlidir xeyiri peşə.Ta ki adı, evi olsun həmişə.

بر مکش خانه جز به دین و به دادورنه بر آب مینهی بنیاد

Evi ədalətlə, dinlə tik ancaq,Yoxsa bünövrəsi suda olacaq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets