مکن، ای شاهد شکر پارهدل و دین را به عشوه آواره

یا مگرد آشنای و شوی مکنیا به بیگانه رای و روی مکن

زشت باشد که همچو بوالهوساننان شوهر خوری و کیر کسان

به‌چه از خانه سر به‌در داری؟گر نه سر با کسی دگر داری؟

سر بازی و پای رقاصیچون توان یافت بی‌تن عاصی؟

زلف بشکستن و نهادن خالچون حلال است و نیست بوسه حلال؟

ایزدت داد حسن و زیباییهم ز ایزد طلب شکیبایی

ستر زن طاعتی بزرگ بودسگ به از زن، که او سترگ بود

سقف و دیوار و چادر و پردهاز پی پوشش تو شد کرده

چون تو از پرده روی باز کنیوز در خانه سر فراز کنی

پرده در پیش رخ چو می‌بندینه به ریش جهان همی‌خندی؟

از چنین حرص و آز دوری بهوز هوی و هوس صبوری به

چون شد اندر سرت بضاعت شویگردنی نرم کن به طاعت شوی

نانت او می‌دهد، رضاش بدهیا بکن سبلت و سزاش بده

تا دگر دل به مهر زن ندهدراه خواری به خویشتن ندهد

گرش امروز داری از غم دوردان که فرداش هم تو باشی حور

شوی پندت دهد سقط گوییریش گیری که: چون غلط گویی؟

روزت این کبر و کینه در کالانیم‌شب هر دو لِنگ در بالا

یا ز بالا چو شیر باید بودیا چو روباه زیر باید بود

بهر یک شهوت از حرام و حلالچه‌کنی خانه پر ز وزر و وبال؟

ای ز سودای نیم ساعت کامسر خود را فرو کشیده به دام

بسته در پای مال کودک و دختروی انبان خویش را کیمخت

خود نیرزد سه ساله گادن تورنج یک روز شیر دادن تو

شیر اگر دیگری تواند داداز برای تو خود نداند زاد

چه‌کنی ده ستیر دوغ و پیازکه دو من شیر داد باید باز؟

هم زنی پیر بود رابعه نیزبه نماز و نیاز گشت عزیز

نه که هر زن دغا و لاده بودشیر نر نیست، شیر ماده بود

مریم از محصنات در بکریچوی بری بد ز عیب بدفکری

نام بی‌شوهریش زشت نکردکز هوا روی در کنشت نکرد

طفل گویا و مادر خاموشدل پاک است و نفس پاکی کوش

چون بنگشود لب ز حرمت امرآن سه شب در جواب خالد و عمرو

گشت پستان شیرش آبستننه به طفل دگر، به طفل سخن

خان زنبور شد شبستانشپر شد از شهد نطق پستانش

شهد او شیر گشت و شیر شرابطفل چون خورد مست گشت و خراب

نه عجب بودش آن کلام چو شهدزانکه با شیر خورده بد در مهد

تا جوانی‌، به سِتر کوش و نمازکه جوانی دگر نیاید باز

چون تبه گردد آن لب خندانگرگ باشی و لیک بی‌دندان

گرگ در پوستین و یوسف نهجز غم و حسرت و تأسف نه

چون شود پشت زن ز پیری خمشهوت و حرص پیر گردد هم

جامه دان و به جامه دیباییمانده سودا و رفته زیبایی

بعد از آن هیچ چاره نتوان کرددیو را در غراره نتوان کرد

Ey şəkər parçası, sən ey gözəl ay!Eyləmə dinini işvə ilə zay.

Ya könlünü vermə, getmə ərə sən,Ya açma üzünü özgələrə sən.

Ər çörəyi yeyib hərdəmxəyaltəkÖzgəylə yaşamaq eyibdir, gerçək.

Özgəylə görüşmək fikrin yoxsa, sənEvi tərk eləyib neyçün gedirsən?!

Baş şuxluq eləyir, rəqs edir ayaq.Günah işləməzmi bədən bu sayaq?!

Zülfünü burdurub üzə qoysan xal,Sözsüz, busəni də edərsən halal.

Sənə bu camalı vermiş Yaradan,Səbri, dözümü də sən istə ondan.

Böyük itaətdir qadında ismət,Tərs qadın itdən də betərdir fəqət.

O çadır, o pərdə, o divar, o dam,Sənə örtü üçün yaranmış tamam.

Elə ki, bayıra çıxdın pərdədən,Qapıdan eşiyə üz tutdun həmən,

Bir daha pərdəyə nə ehtiyac var?!Gülmə saqqalına dünyanın, zinhar!

Ol bu ehtirasdan, şəhvətdən uzaqYaxşıdır həvəsdən səbirli olmaq.

Sənə ərə getmək olarsa qismət,Onun buyruğuna boyun əy fəqət.

Sənə çörək verir, onu razı sal,Ya yol bığlarını cəza ver dərhal.

Salmasın qadına bir də məhəbbət,Etməsin özünü xəcil, bihörmət.

Əgər bu gün onu qorusan qəmdən,Mələyə dönərsən gözlərində sən.

Ər öyüd verəndə üzə olma ağ,Tutub saqqalından demə haqq-nahaq.

Gündüzlər ədayla danışıb belə,Gecələr sən onu tutma xoş dilə.

Ya daim aslan tək qürurla dayan,Ya da tülkü kimi yaşa və davran.

Ya halal, ya haram bir şəhvət üçünGünahla doldurma sən evi bütün.

Qızılı sevirsən, yaxşı as qulaq,Səbr et, bir gün sən də doğarsan uşaq.

Ey yarım saatlıq kamdan ötəriBaşı tora salan, gəl qayıt geri,

Qızın, ya oğulun malıyçün, düzü,Yamaqlı dağarcıq etmə o üzü.

Üç il kam almağın, onu yaxşı bil,Bir gün süd verməyə bərabər deyil.

Başqası səninçün süd versə də, bax,Sənin xatirinə o, doğmaz ancaq.

Nəyinə gərəkdir on badya ayran,Axır süd verəsən ta iki batman.

Qoca bir qadındı Rabiə arvad,Namazla, orucla o, qazandı ad.

Hər hiyləgər qadın, eyləmə güman,Erkək yox, yaransın bir dişi aslan.

Məryəm də gözəldi, bakirdi, ancaqKönlü pis fikirdən təmiz və uzaq.

Ərsizlik etmədi heç onu bədnam,Həvəsçün tutmadı məbəddə məqam.

Ana sükutdadır, danışır uşaqNəfsi, ürəyi də pak idi ancaq.

Üç gecə Xalidin, Əmrin yanındaHörmətçün dinmədi o, bircə an da.

Axır doldu döşü süd ilə haman,Açdı söz uşağı xətrinə, inan.

Arı süfrəsinə döndü yatağı,Doldu nitq balıyla dişi, dodağı,

Balı südə döndü, süd şərab oldu,Uşaq süd əmərək məst, xarab oldu.

Təəccüb eyləmə o bal sözə sən,Çünki südlə içib beşikdə həmən.

Nə qədər cavansan örtün, qıl namaz,Cavanlıq bir daha geri qayıtmaz.

O gül dodaqlardan gedər təravət,Dişsiz bir canavar olarsan fəqət.

Canavar dəridə, Yusif yoxdur, bax,Heyrət, peşimanlıq, qəm qalmış ancaq.

Elə ki, gün keçər qocalar, arvad,Şəhvət, ehtiras da qocalar, heyhat!

Bədən paltar kimi dəyişər, solar,Gözəllik yox olar, sevdasa qalar.

Daha bundan sonra çarə yox, inan,Artıq div çuvala girməz heç zaman.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets