Xuruşlu adam
Əlində portfeli düşdü vaqondan,Qara eynək taxıb süzdü şəhəri.Aldığı-verdiyi nəfəsi yalan –Havanın bir az da artdı zəhəri.
Gəlib bir dalana girdi xəlvəti,Zəngi işarəylə çalıb dayandı.Bir nifrət, bir təşviş sardı külfəti,Yanaşı otaqda bir çıraq yandı.
O qara portfeli böhtan yüküydü,Əyləşib, başladı xırıd etməyə.Hamısı uydurma, hamısı küydü,Yazırdı, pozurdu dərd yeyə-yeyə.
Xuruşlu qələmlə çirkab tökürdüDoğrunun üstünə, düzün üstünə.Məhrəm körpüləri bir-bir sökürdüDostun, qohumun da durub qəsdinə.
Sonuncu məktubu hirslə başladı,Həsəd alovunda hey yana-yana.Uydurub tapdığı faktı xoşladı,İlkin “töhfəsiydi” bacıoğluna:
“...Vəravurd etmişəm, bilirəm hər günÜçcə minə çatır onun daşbaşı.Verdiyim “siqnalı” batırmaq üçünƏlli min apardı dünən qardaşı.
Bu gün də otuz min saldılar yola,Bir az ayıq olun, yoldaş filankəs.Nazirin özü də hey bala-balaYeməyə başlayıb deməyəsən bəs.
Turşsuda nə qədər qurular məclis,Yeyirlər, içirlər – dağılır ölkə...Əlacsız qalmışıq, mat qalmışıq biz,Siz tədbir görəsiz bu işə bəlkə.
Burada hər şeyin xarabı çıxıbİstisu azaldıb hərarətini.Gizli axa-axa dağları yıxıb,Danıb tərkibini, xasiyyətini...
O nanəcib bulaq bağlansın gərək,Ağzına yüz pudluq möhür vurulsun.Bu təbdir vacibdir ibrət dərsitək –Başqa çeşməyə də qoyun görk olsun...
A yoldaş filankəs, oxuyun bunu,Adamlar göndərin şəxsən özünüz.Burada dağ özü pozub qanunu –Qalmayıb ətrafda bir xırmanlıq düz...
İmza: Öz elinə, yerinə sadiq,Bir də ki, öz şikəst ərinə sadiq,Amansız qənimi düşmənin, yadın –On uşaq anası qəhrəman qadın.”
Gah arvad, gah uşaq donuna girdin,Neçə maska taxdın sırtıq üzünə.Sümük mərəzidir azarın, dərdin,Çıxası deyilsən dünya üzünə.
Düşündüm bu qədər ala-bula şərHaradan cəm olub təbiətinə.Əslini-kökünü nişan verdilər,Güntək aydınlaşdı hər mətləb mənə.
Kitabxana.az · https://kitabxana.az/en/works/qasim-qasimzade-xuruslu-adam
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Müsəlman qeyrətin çəkdin, gözətdin türkün namusun,Dağıtdın xavəri-islamdən küffar kabusun.
HanıXəyalü fikrə gətir şeş cəhati-dünyanı,Təsəvvür eylə cəmiən cahani-imkanı
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
DustNədir eşqindən özgə canım ey dustOdur can ilə çün cananım,ey dust