لب است آن یا گل حمرا رخست آن یا مه تابانگل آگنده بمروارید و مه در غالیه پنهان

Dodaqmı, ya qızılgüldür, o üzdür, ya mədhi-taban?Gülü mirvarid örtmüşdür, ay olmuş mişkdə pünhan.

کند بر گل همی جولان زره پوشیده زلف اوزره پوشیده زیباتر که باشد مرد در جولان

Edər cövlan gül üstündə zireh kimi onun zülfü,İgid xoşdur, zireh geysin, edəndə ərsədə cövlan.

اگر نرگس ندیدی برک وی پیکان بهرامیاگر سنبل ندیدی شاخ او سیسنبر و ریحان

Əgər hər yarpağı peykan nərgis görməmişsən sən,Gözünə dəyməmiş sünbül ki, hər şaxı ola reyhan.

بنرگس گون و سنبل دار چشم و زلف او بنگرمر آن را همچو ریحان حسن وین را غمزه چون پیکان

Onun nərgiz gözü, sünbüllü zülfünə nəzər sal sən,Görərsən, hüsnü reyhandır, baxışda qəmzəsi peykan.

عقیق است آن لب رنگین حریر است آن بر سیمینعقیقش حقه لؤلؤ حریرش پرده سندان

Əqiqdir ondakı ləblər, ipəkdir büllur əndamı,Əqiqi içrə var inci, ipəksə pərdə sindandan.

ز نخ چون گویی از کافور و زلف از مشگ چوگانیبر او از برگ گل وز سیم صافی ساخته میدان

Yanaq kafur topdur, zülfü isə mişk çovqandır.Ona gül yarpağından, saf gümüşdən üzdə var meydan,

ز برگ گل شود میدان ولی از سیم پالودهچو از کافور باشد گوی و از مشگ سیه چوگان

Gərək meydan qızılgül yarpağı, xalis gümüş olsun.O yerdə ki, topu kafurdur, tər mişkdən çovqan.

بچشم اندر خیال او ز نیکوئی چو در شب مهبگوش اندر حدیث او بشیرینی چو در تن جان

Xəyalımda onun hüsnü, gecə bağrındakı Aydır,Qulağımda onun vəsfi şirindir yüz əziz candan.

چو بخرامد بکوی اندر شود زو کوی بتخانهچو بنشیند بحجر اندر شود زو حجره لالستان

Qədəm vurduqda kuyində, edər o kuyi bütxanə,Otursa hücrədə, hücrə olar gülzar, sərvistan!

بدیده عقل را رنج و بعارض رنج را راحتبغمزه عقل را درد و ببوسه درد را درمان

Gözüdür əql üçün afət, üzündə can olur rahət,Bəladır qəmzəsi, hər busəsi min dərdədir dərman.

شود گریان دو چشم من چو دیده روی او بیندوگر رویش نبیند یک زمان دیده شود گریان

Sataşdıqda gözüm rüxsarına, durmaz gözüm yaşı,Üzünü görməsəm bir an, qalar bu gözlərim giryan.

دو چشمم در گریستن کرده زینسان روز و شب عادتندارد طاقت وصل و نیارد طاقت هجران

Qəmində gözlərim ağlar, gecə-gündüz edib adət,Nə vəslə taqətim vardır, nə məndə can qoyub hicran.

بجزع اندر عقیق اشگ خونین در میان اوعقیقی دیده ای هرگز که باشد جزع او را کان

Əqiqlərdən axar qan-yaş gözüm içrə bəbəklərdən,Görübsənmi bu aləmdə, bəbək olsun əqiqə kan?

ندارم پای با وصل و نه با هجر از پی آنراکه آرد وصل وی چون هجر او جانرا همی نقصان

Nə vəslinə əlim çatdı, nə də hicranına canım,Vüsalı can əritməkdə, deyil kəm heç də hicrandan.

فراوان گردد این علت که غائب گردد از قالبروان از غایت شادی چنان کز غایت احزان

Çox olmuş ki, dözüb dərdə bir aşiq vəslə çatmışdır.Sevincindən uçub ruhu, uzaqlaşmış vücudundan.

کنم با وصل و هجران صبر چندانی که بتوانمکه باشد صبر در آغاز صبر و نوش در پایان

Gərək dözmək onun vəslü fəraqına bacardıqca –Dözüm əvvəl acı olsa, sonu şirin olar baldan.

نه وصل و هجر آن بت خدمت خواجه عمید آمدکه در شادی و در اندوه کردن صبر از او نتوان

Deyil Xacə Əmidən xidməti, yar vəsli, hicranı,Deyil mümkün uzaq salsın bizi şadlıqla qəm ondan.

کشم در زین گران شخصی که که با شخص آن ذره؟بره رانم سبک سیری که مه با سیر او کیوان

Yəhərlətdim elə bir at ki, dağdır zərrə yanında,Qaçışda sanki aydır o, önündə isə Ay Keyvan!

بلندی آسمان او را کم از بالای خر پشتهفراخای زمین او را کم از پهنای شادروان

Əgər hündürlüyü qalsa, belindən göylər alçaqdır,Geniş bu yer üzü olmuş çadır boyda ona meydan.

درنگ وی درنگ خاک و جنبش جنبش آتششتاب او شتاب دیو و جستن جستن ثعبان

Duruşda yer kimi möhkəm, qaçışda od kimi zirək,Gücündə div kimi güclü, atılmaqda – qara qaplan.

گهی از سم او در آب خسته پهلوی ماهیگهی از فرق وی بر چرخ رنجه سینه سرطان

Dənizdə dırnağından gah balıq böyrü əzilmişdir,Dişindən göydə Xərçəngin döşü olmuş qana qəltan,

نکردی رخش را رستم خطر گر سیر او دیدینه مر شبدیز را پرویز و نه شبرنگ را نعمان

Onu görsəydi Rüstəm, heç zaman Rəxşi bəyənməzdi,Nə də Şəbdizini Pərviz, nə öz Şəbrəngini Neman.

کنم زیر سبک پایش گران راهی که ننیوشددر او جز نعره شیر و صدای غول گوش الحان

Onu bir yol da çapdım ki, sən özgə səs eşitməzsən,Uğuldar divlə cadular, çəkər nərə pələng, aslan.

هوای او بسوزد مرغ را چون گشت تفتیدهزمین او بگیرد مرد را چون ترشد از باران

Qızanda torpağı, quşlar yanar göydə havasından,Yağış torpağın islatsa, fələk çıxmaz o batlaqdan.

توقف کردن اندر وی نتاند کس مگر جنیمجاور بودن اندر وی نیارد کس مگر شیطان

Çətin ki, yurd sala bir kəs o yerlərdə, məgər cinlər,Dayanmaz bir nəfər yolçu, qərar tutmaz, məgər şeytan.

شوم تا درگه آن خواجه ای کز فضل و دانش شدکمال ملت احمد جمال دولت سلطان

Məşəqqətlə gəlib, bir xacənin dərgahına çatdım –Ki, almış dinlə dövlət feyz onun fəzlü kamalından.

عمید مملکت بونصر منصور آنکه از هولشحریر نرم گردد بر تن بدخواه چون سوهان

Əmidəlmülk Bunəsr Mənsurun, ki zəhmindənİpək paltar olar bədxahı əynində polad suhan.

نهد بر شیر نر فرمان و بر پیل دژم طاعتگر این بگراید از طاعت ور آن بگریزد از فرمان

Verər erkək şirə fərman, itaət gözləyər fildən,Qaçırsa baş əgər bir gün bu taətdən, o fərmandan.

به تیغ هندی و گرز گرانشان با زره آردیکی را برکند ناخن یکی را برکشد دندان

Çəkər hindi qılınc, əldə tutar möhkəm ağır gürzü,Qopardar pəncəni ondan, çıxardar dişləri bundan.

نه بیند خلق هرگز درگه وی خالی از زائرنیابد خلق هرگز خانه وی خالی از مهمان

Onun dərgahı zəvvardan boş olmaz heç zaman, bil ki,Hələ yoxdur görən xacə evində olmasın mehman.

بجای سرمه گویی شرم کردش دایه در دیدهبجای شیر گوئی حلم دادش مادر از پستان

Deyərsən, gözlərinə dayə sürmə yox, həya çəkmiş,Qida vermiş ona südlə deyil, helm ilə püstandan.

چو بر بزم او گزیند رزم و لشگرگاه بر گلشنشود در زیر وی زین تخت و خیمه از برش ایوان

Əgər məclisdə gülzarı bir ordugah fərz etsə,Olar altındakı təxti yəhər, çöl çadıra – eyvan.

گدازد مغز و بندد خون ز بیم دستبرد اوبروم اندر سر قیصر بچین اندر دل خاقان

Hücumu qorxusundan, beni bişmiş, qanı donmuşdur –Başında Qeysəri – Rumdu, ürəkdə Çindəki Xaqan.

شد از شش نامدار اندر جهان شش چیز او را ارثکه جز با وی نیابی با کس این شش چیز در کیهان

Cahanda altı ülvidən qalıbdı altı şey miras,Bu altı xislətə ondan savay sahib deyil insan.

وفای ایرج و فرهنگ سلم و فر افریدونزبان زال و سهم سام و دست رستم دستان

Vəfası İrəcin, fərri Fərudin, hikməti Səlmin,Zalın nitqi, Samın zəhmi, Əliylə Rüstəmi – Dəstan.

بماهی در سرای او شود آزاد صد بندهبروزی از لباس او شود پوشیده صد عریان

Edər hər ayda qəsrində kərəmlə yüz qulu azad,Libasıyla onun örtər bədən hər gündə yüz üryan.

نه هرگز لاجرم بر درگهش بینی یکی بندهنه هرگز لاجرم بر تنش بینی جامه خلقان

Onun dərgahına salsan nəzər, bir qul da görməzsən,Onun mülkündə bir cındır geyimli şəxs tapmazsan.

بود در روضه دانش همیشه فضل او سوسنبود برنامه حکمت همیشه نام او عنوان

Bilik gülzarına fəzli onun tərtazə susəndir,Adı olmuş həmişə hikmətin mənşuruna ünvan.

چو خشم آرد از او ویران شود آباد اقلیمیچو رحم آرد بدو آباد گردد کشور ویران

Qəzəblənsə, edər viranə bir abad iqlimi,Gələrsə rəhmə, rəhmiylə olar abad yüz viran.

قلم در دست او ماهی است اندر بحر پنداریاگر زرین بود ماهی و باشد بحر درافشان

Qələm xacə əlində bir balıqdı sanki dəryadə,Əgər olsa balıq altun, o dərya dürr saçan ümman.

بود در خانه زرینش مأوی چون بود خفتهکند بر وادی سیمین تماشا چون بود یقظان

Yatarkən xacənin sanki məkanı bir qızıl evdir,Ayıq olduqda, bir simin fəzanı yer edər heyran.

بسان رفتن مستان همیشه رفتن او کجولیکن فعل ایشان را کند رفتار او بنیان

Həmişə gec gedər yol, zənn edərsən ki, o sərxoşdur,Tutar əslində rəftarı neçə sərxoşlara divan.

خط او تیره و روشن در او الفاظ و معنی هاچو در تاریکی اسکندر ز آب چشمه حیوان

Qarasaqqaldır, var hər sözündə bir işıq məna,Gəzər zülmətdə İskəndər kimi o, çeşmeyi-heyvan.

دل مؤمن از او شادان و غمگین زو دل کافرز بهر آنکه هست او را سر از کفر و دل از ایمان

Onunla şad olar mömin, onunla qəm çəkər kafir,Qara saç başını örtmüş, onun qəlbində var iyman.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation