Səndən ötrü
Ömürlər xuni-dil içdim,Gülüzarım, səndən ötrü.Axın dağlara düşdümLaləzarım, səndən ötrü.
Sinəmi oxlar dəlibdir,Qanlı peykanlar qalıbdır,Canımı qəmlər alıbdır,Qəmküsarım, səndən ötrü.
Aşiq olan keçər eldən,Başü candan, xanümənden,Damənin tək getdi əldənİxtiyarım, səndən ötrü.
Gözlərim qan ilən doldu,Bilmənəm könlümə noldu,Kəkilin tək qarə olduRuzigarım, səndən ötrü.
Qövsi ilə həmdəm oldum,Həmdəmi-dərdi-qəm oldum,Xarü zari-aləm oldumNazlı yarım, səndən ötrü.
Kitabxana.az · https://kitabxana.az/en/works/qovsi-senden-otru
Use ← → keys to move, R for a random poem
More by this author
Qönçeyi-gül ta gülüstanın çırağın yandırırƏndəlibin pərdeyi-çeşmində yağın yandırır
Qəzəl: Hər qədər gül lətif ola, ruxsarın özgədirHər qədər gül lətif ola, ruxsarın özgədirNərgis nə olsa, çeşmi-fusunkarın özgədir
Qəzəl: Bir yol demədinmi kim könül ol yar kimindirBir yol demədinmi kim könül ol yar kimindirEy kaş biləydin ki bu bimar kimindir
Qəzəl: Nolə ki bağrımı həm çeşmi-giryan eylərNolə ki bağrımı həm çeşmi-giryan eylər,Mənə fərman özünündür nə ki canan eylər