İbtida eyləyib girdim meydana,Şagirdlər ustadı görün handadıPünhani dərdlərim çoxdu canımdaDürrü gövhərlərim hələ kandadı.

Nazlı yar əlindən mən sinədağam,Sürəyya tək yatmamışam, oyağam,Şahindən ayığam, qazdan sayığam,Gözlərim gözləyir, sübhü dandadı.

Sana qurban olum, ya həzrət Əli,O nə ki buyurub, demişəm «bəli!»Yetim Qurbaninin fikri, xəyalı,Axır ki, mətləbi Pəri xandadı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets