Kənarında
Bu gün bir gözəlin seyrinə vardım,Əlində şanası tel kənarında.Halqa-halqa, qıvrım-qıvrım, çinbəçin,On dörd hörük gördüm bel kənarında.
Qapına gəlmişəm, sayılam, sayıl,Haqq verən paylara olmuşam qayıl,Pərimin boynunda heykəl-həmayıl,Ləl bazubənd düzüb qol kənarında.
Qurbani der: mənim sözüm düzgündü,Yar əlindən yazıq canım üzgündü,Baxdım, yarın gözü mənə süzgündü,Bir cüt öpüş aldım yol kənarında.
Kitabxana.az · https://kitabxana.az/en/works/qurbani-kenarinda
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Qəzəl: Həbibim qəddi-mövzunun əlifdir dal arasında
Həbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
مرا هر دم به کویت شوق دل ناچار میآردنمیداند که بیتابی ملامت بار میآرد