Pəri
Eşitdim sədanı, gəldim buraya,Dedilər dərs alır Qurana Pəri.Sövdagərlər məta açıb bazarda,Alıcılar gəlir meydana, Pəri.
Danış, danış, yar, eşidim dillərin,Görsə fəğan eylər o bülbüllərin,Urumda,1 Qeysərdə yoxdu xalların,Kafər görsə gələr imana, Pəri.
Bilmirəm mələksən, mələkzadəsən,Yoxsa ki bəşərsən, bəşərzadəsən,Ver içəyim, yar, əlindən badə sən,Ərəstun içirdi loğmana, Pəri.
Qurbaniyəm, yaxşı tanıynan bizi,Sədan alıb Mərənd ilə Təbrizi,Səndən əlavə də sevdim bir qızı,Eşqindən olmuşam divana, Pəri.
Kitabxana.az · https://kitabxana.az/en/works/qurbani-peri
Use ← → keys to move, R for a random poem