Nazim Hikmətin xatirəsinə

Dərdimi danışdım suya,Ürəyim qarışdı suya,Ürəyimdən düşdü suya,Bir gəmi üzdü, bir gəmi.

Dərdimə həmdəm olmadı,Yelkənləri nəm olmadı,Balıqlara yem olmadı,Bir gəmi üzdü, bir gəmi.

Sahildə bir liman qaldı,Göylərində duman qaldı,Ürəyim qaldı, mən qaldım,Bir gəmi üzdü, bir gəmi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets