Dünya nə gündəydi, nə günə qaldı,Ümid nə Allaha, nə dinə qaldı,Kim axı dünyanı bu günə saldı,Kim saldı dünyanı qoz qabığına?!

Gün gələr, dünyanın buzu çatlayar,Dünyaya baxanın gözü çatlayar...Nəğməsi deşilər, sözü çatlayar,Şairlər sığışmaz söz qabığına.

Ömrün axırına az qalır daha,Bir-bir tanıyıram dostları daha.Açılır hamının astarı daha,Çıxır yavaş-yavaş üz qabığına.

…Güclüyəm, yazığam öz içimdə mən,Hamıdan uzağam öz içimdə mən,Qəbrimi qazaram öz içimdə mən,Adımı yazaram öz qabığına…

Başıma döyən yağışın,Yağan qarın içində, -Mən də bir ev istəyirəmDörd divarın içində.

Tanrı göydən dərdi məni,Yerə göndərdi məni.Qarışdım, gözündən itdimAdamların içində.

Çətindi susuz dəryadaYelkənsiz qayıq olmaq,Bayquş kimi ayıq olmaqYatanların içində.

Günaha batıb boğulur,İlahi, min-min adam.Əlini ver, mən də varamBatanların içində...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets