Nə hirslə oxuyur bu quş
Nə hirslə oxuyur bu quş,Mahnı deyil, qarğışdı bu.Elə bil hürür adama,Yarı it, yarı quşdu bu.
Yoxdu quşlar arasındaDilini bilən bu quşun.İtlər səs verir səsinəBayaqdan hürən bu quşun.
Nə çoxdu hirsi-hikkəsi,Canındakı qurd kinidi.Yazıq hürməsin, neyləsin,Bəlkə günü it günüdü.
…Quş olub hür, it olub uç,Kimdi görən bu ölkədə?!İti qab dibi yalayan,Quşu hürən bu ölkədə…
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-ne-hirsle-oxuyur-bu-qus
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Çığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
Səni mənə Allah özü göndəribSəni mənə Allah özü göndərib,Qələmim gəl, dəftərim gəl, sazım, gəl.
XoşqədəmQədəmin xoş, camalın xoş, özün xoş,Heyif, qismət oldun yada, Xoşqədəm.
SaldınQanlı fələk, neyləmişdim sənə mən,Axırda məni yüz min bəlaya saldın,