Bir türkü var canım Odlar yurdununRüzgarında, dalğasında, selində.Mən bu yurdun dönə-dönə olmuşamŞirvanında, Muğanında, Milində.

Şəhidləri güvəncidir sağların,Sayı yoxdur bağrındakı dağların,Bir məlhəm var bağçaların, bağların –Yarpağında, çiçəyində, gülündə.

Min mahala yetər onun sərvəti,Həsrətində soydaşlarla ülfəti,İllər boyu türkülənir xiffətiXəyalında, ürəyində, dilində.

Sabahına hər gün umud bağlayar,Öz əliylə öz köksünü dağlayar,Ayrılıqdan gözyaşları çağlayar –Dənizində, irmağında, gölündə.

Yağılara necə sinə gərməsin?!Doğmalara necə könül verməsin,O istər ki alçaqları görməsin –Şəhərində, obasında, elində.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland