Sən bir ceviz ağacıydınGülxanə parkında.Minarələr qarşında,minarələr arxanda.Baharlarda boylanıbbaxardın Boğaziçinə.hərdən polis kölgəsi düşərdiGülxanə parkınındivar kərpicinə.Yarpaqların – əllərinparlayırdıişım-işım.Budaqların – barmaqlarınçılpaq qalardısuvar payızı,faraş qışı.Axtardım ceviz ağacınıGülxanə parkında.Quruyub dedilər.Quruyub o gündən kiNazimiyer üstündənyer altına köçürdülər.Onun qəlbindəydiceviz ağacının pöhrəli baharı.Ceviz ağacındaydı canımavi gözlü divin.İstəsən ağla,ağla gözün dolusu!Boş qoydu getdibir böyük şair tutumu yerinibu dünya-evin.İstəsən “insanlı dünyanındərdlərindən qurtardı” – deyəqəmli-qəmli sevin!Neçə ceviz ağacı varGülxanə parkında;pöhrələri yaşıl-yaşıl.Gün düşəndə yarpaqlaragöz qamaşır.Bir ceviz ağacı yoxdur artıq.Olmayacaq.Yaralı sətirlər,yarımçıq səhifələrdolmayacaq.Hanı ceviz ağacı?Qurudu dedilər.Bir nadir ceviz ağacsız qaldıNazim yurdu dedilər.Sənə əl çatmaz,ün yetməz, şəkərim!Keçdiyin dünyadanhəsrətin getməz,getməz, şəkərim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets